20/09/2019 23:12
728 x 90

ADPU-da yeni qəbul olunmuş tələbələrin qeydiyyata alınması başladı - FOTO

img

Avqustun 15-dən bütün ali təhsil müəssisələrindəolduğu kimi, Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) də I tədris ilinə qəbul olunmuş tələbələrin qeydiyyata alınması başlayıb. ADPU-nun rektoru, professor Cəfər Cəfərov 2019-2020-ci tədris ilində ADPU-ya qəbul olunmuş tələbələrin qeydiyyatının aparılması və sənədlərinin qəbul edilməsi haqqında müvafiq əmr imzalayıb.

ADPU-da  ali təhsilin bakalavriat səviyyəsinə qəbul olunmuş tələbələrin qeydiyyatının mövcud qaydalara uyğun təşkili və keçirilməsi məqsədiləuniversitetin 8 fakültəsinin - Filologiya, Riyaziyyat, Tarix və coğrafiya, Kimya və biologiya, Fizika,İbtidai təhsil, Məktəbəqədər təhsil, İncəsənət və fiziki tərbiyəfakültələrinindekanlarından, dekan müavinlərindən və əməkdaşlarından ibarət Sənəd Qəbulu Komissiyası yaradılıb.Sənəd Qəbulu Komissiyasının məsul şəxsiFilologiya fakültəsinin Ədəbiyyat kafedrasının müdiri, dosent Razim Məmmədovdur.

Sənəd Qəbulu Komissiyasına universitetə qəbul olunmuş tələbələrin qeydiyyatı zamanı təqdim ediləcək sənədlərin müvafiq qaydada toplanıb işləməsi tapşırılıb. Sənəd Qəbulu Komissiyası universitetə qəbul olunmuş I tədris ili tələbələrinin qanun çərçivəsində qeydiyyata alınmalarına və sənədləşmənin düzgün aparılmasına nəzarət edir. Sənəd Qəbulu KomissiyasıADPU-nun Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, 68 ünvanında yerləşən 1 nömrəli tədris binasında şənbəvə bazar günləri istisna olmaqla, hər gün saat 9:00-dan 17:00-a kimi fəaliyyət göstərir. Əlaqə telefonu: (012) 4930032. Tələbələrin qeydiyyatı zamanı növbəlilik prinsipinin, qayda-qanunun və nizam-intizamın qorunması diqqət mərkəzində saxlanılır. Qeydiyyat zamanı universitetlə tələbələr arasında imzalanan ikitərəfli müqavilənin məzmun və mahiyyəti, şərtləri onlara aydın izah edilir.Məlumat üçün bildirək ki, bu il ADPU-ya ali təhsilin bakalavriat səviyyəsində 22 ixtisas üzrə 2420 nəfər plan yeri ayrılıb.

Təhsil Nazirliyinin Kollegiyasının  məlum qərarına əsasən  ödənişli əsaslarla universitetə qəbul olunan, lakin maddi cəhətdən imkansız tələbələrə təhsil haqlarını yarımillik üzrə ödəmək üçün lazımi şərait yaradılır. ADPU-nun 5 filialında-Şəki, Şamaxı, Cəlilabad,Quba və Ağcabədi filiallarında, həmçinin ADPU-nun nəzdindəAzərbaycan Dövlət Pedaqoji Kollecində yaradılmış Sənəd Qəbulu Komissiyaları da öz işlərinin öhdəsindən layiqincə gəlirlər.

Qeyd etmək lazımdır ki, ADPU-da tələbələrin qeydiyyata alınmaları zamanı bir yenilikdə tətbiq edilir. Belə ki, tələbələr arasında sorğu keçirilir. Həmin sorğuda tələbələrin anket göstəriciləri, ADPU haqqında məlumatları, ADPU-nu seçmələrinin səbəbi, universitet haqqında ilk təəssüratları və digər vacib məqamlar öz əksini tapıb. Tələbələr və onların valideynləri qeydiyyatın çevik, rahat və şəffaf təşkilinə, vətəndaş məmnunluğunun təmin edilməsinə görə universitetin rəhbərliyinə təşəkkür edirlər.

ADPU-nun rəhbərliyi universitetə qəbul olunmuş bütün tələbə-gəncləri,eləcə də onların valideynlərini ürəkdən təbrik edir, gənclərə həyatda və təhsildə yeni-yeni uğurlar arzulayır.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi

Son xəbərlər