şənbə günü, 14 noyabr 2026
     

Bəzi azərbaycanlı qızlarda inanılmaz “Adel” sindromu – 15-20 yaş özündən böyük kişilər...

Image


Bəzən deyirlər ki, sevgi yaşa baxmır. İnsan istənilən yaşda sevə və özündən yaşca böyük, yaxud kiçik insana aşiq ola bilər. Çoxlarımız bunu təbii qəbul etməyə çalışırıq. Nədənsə, bu barədə düşünəndə reallıqlara göz yumub hisslərimizin diqtəsinə uyuruq.

Müasir Azərbaycan qızlarının sevgiyə münasibəti bir qədər fərqlidir. Əvvəlki dövrlərlə müqayisədə indi qızlar daha çox özlərindən 10-20 yaş böyük kişilərlə sevgi yaşamağa, evlənməyə can atırlar. Vaxtilə isə qızlar daha çox yaşıdları, yaxud da özlərindən uzaqbaşı 5-6 yaş böyük insanla sevgi yaşamağa, ailə həyatı qurmağa meyl göstərirdilər. Yeri gəlmişkən, Sovet dövründə bu məsələyə xüsusi diqqət yetirilirdi. Hətta keçən əsrin əvvəllərində, ondan qabaqkı dövrlərdə qızların özlərindən 10-15, 20 yaş böyük kişiyə ərə verilməsi ciddi tənqid edilirdi. Elə dahi Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” filmində də gənc qızın atası yaşda kişiyə ərə verilməsi şiddətlə tənqid olunub. Üzeyir bəyin bu əsəri yazmasının üstündən bəlkə də 100 ildən çox vaxt keçib. Bu gün ata-analar qızlarını zorla özlərindən yaşlı kişiyə verməyə elə də meyl göstərməsələr də, qızların özləri bu seçimi etməyə cəhdlər göstərirlər.

Statistikaya görə, Azərbaycanda özündən 10-15 yaş böyük kişilərə aşiq olan qadınların sayı artıb. Bu faktın psixoloqların araşdırmaları zamanı üzə çıxdığı məlum olub. Psixoloqlar çoxsaylı pasiyentlə söhbətlər zamanı bu halın aşkar olunduğunu vurğulayırlar.

Psixoloq Aytən Ələkbərovanın sözlərinə görə, son dövrlər bu vəziyyətə görə yaşanan problemlərlə müraciət edən xanımların sayında artım var: “20 yaşlı qızların özlərindən 10 yaş böyük kişilərə aşiq olması onlarda ciddi ürək xəstəliklərinə, vegetativ nevroz və sağlam düşüncənin pozulmasına gətirib çıxara bilir. Bəzən bu, bağlılıq hissi olur. Lakin əgər gün ərzində fikirlərini toplaya bilmirlərsə, hər yerdə o şəxsi görürlərsə, bu artıq aşiq olduğuna işarədir. Ümumiyyətlə, qadınların aşiq olma yaşları bölünür. 17, 18, 20 yaşlarında qızlarda buna daha çox rast gəlinir.

Statistikaya görə, qadınların bu yaşlarda aşiq olması “Adel” sindromuna gətirib çıxarır. 40-45 yaş qrupları arasında kiməsə aşiq olan qadınlarda isə bu sindrom özünü daha güclü göstərir”.

Qeyd edək ki, “Adel” sindromu kimi tarixə düşən bu termin böyük ABŞ yazıçısı Viktor Hüqonun qızı Adelin adı ilə bağlıdır. Adel qeyri-adi sevgisi ilə tarixə düşmüş qadınlardan biridir.

  • Könül Vaqifqızı: “Özündən qat-qat yaşlı kişiyə o qızlar meyl göstərir ki...”

Psixoloq Könül Vaqifqızı “Bakı-Xəbər”ə bildirdi ki, bu gün 17, 18, 19, 20 yaşlı qızların böyük əksəriyyəti həqiqətən də özlərindən 10-15, 20 yaş böyük kişilərə aşiq olur. Bu, bir tərəfdən, qızların psixoloji durumu ilə bağlıdır. Başqa bir tərəfdən isə onlar yaşayışlarını, maddi rifahlarını təmin edə biləcək kişinin məhz özlərindən 15-20 yaş böyük olacağı qənaətindədirlər. “Statistikaya baxsaq görərik ki, Azərbaycan qızlarının xeyli bir qismi əsasən özlərindən yaşlı kişilərlə ünsiyyət qurmağa meyl göstərir. Bəzən bu münasibətlər ciddi sevgi üzərində qurulur. Qızlar yaşlı kişiləri sevirlər. Bilirsiniz, özündən qat-qat yaşlı kişiyə o qızlar meyl göstərir ki, onların özgüvəni çox zəifdir, ailədə özünə müdafiəçi, həmfikir tapa bilmir. Belə qızlar adətən uşaqlıqda öz valideynlərindən diqqət-qayğı görməyənlər, yaxınlarının laqeyd münasibətindən, soyuqluğundan əziyyət çəkənlərdir. Onlar daim sığınacaqları, güvənə biləcəkləri insan axtarırlar. Təbii ki, bu onların yaşıdı, yaxud da özlərindən 3-5 yaş böyük oğlanlar ola bilməz, bu halda, qızlar özlərindən 15-20 yaş böyük kişiyə maraq göstərirlər. Siz fikir versəniz görərsiniz ki, 17, 18, 20 yaşlı qızlar hətta evli, oğul-uşaqlı kişiləri də sevirlər. Onlar bu kişilərə, bir növ, maddi və psixoloji problemlərdən xilas vasitəsi kimi baxırlar. Gənc qızların çoxu özündən 20, 30, ya böyük kişiyə dəlicəsinə aşiq olur və bu da əksər hallarda qızlara faciə yaşadır. Bu həm bizdə, həm də dünya praktikasında var. Amma bu sevgilərin çox böyük hissəsi iflasa uğrayır”.

Bu gün qızların çoxunun öz yaşıdları olan oğlanlarla ünsiyyət probleminin olduğunu da deyən psixoloq hesab edir ki, müasir qızlar oğlanlarla müqayisədə əqli, psixoloji və bioloji cəhətdən daha çevik inkişaf etdikləri üçün, həm də daha çox bilgiyə, informasiyaya malikdirlər. “17-18 yaşlı qızlar var ki, onlar özlərini kifayət qədər yetişmiş hesab edirlər. Söhbət edəndə görürsən ki, bunlar həqiqətən də çox bilirlər və onların maraq dünyası tamamilə fərqlidir. Özündən yaşlı kişiyə aşiq olan gənc qızların bir qisminin psixoloji durumu elə də yerində olmur. Onlar arasında nevrozlar, “Adel” sindromundan əziyyət çəkənlər də var. Yadınızdadırsa, bu yaxınlarda bir neçə gənc qız özlərindən yaşca böyük, ailəli-uşaqlı kişilərə qoşulub qaçmışdı” - deyə ekspert vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ