şənbə günü, 14 noyabr 2026
     

Tovuz dağlarında qara zurna səsi - Yunus Oğuz yazır

Image


...Tovuzlu dostlarım, başda təpədən-dırnağa qədər milli ruhlu olan Arzu Nağıyev bilirdilər ki, buralara gələcəm. Zəng zəng dalınca ki, bəs bu gün qonağımsan. Yumşaq şəkildə təşəkkürümü bildirib, Qənirə xanımın "sərəncamında" olduğumuzu dedim. Ta neyləyə bilərik? Başqa cürə mümkün deyildi axı, oxucularla görüşə gəlmişik, özü də Qənirə xanımın təşəbbüsü ilə.

...XANIM ƏFƏNDİnin diqqəti bir an üzərimizdən əskik olmur. Otelin foyesinə düşən kimi marşrutumuz bilindi: Tovuzun füsunkar gözəlliyi ilə seçilən Əsrik meşəsinə yollanırıq. Yolda Qənirə xanım Tovuz və insanları haqqında şövqlə və fəxrlə danışır, hiss edirəm ki, buralı olmağı ilə qürurlanır. Amma telefon hər üç dəqiqədən bir "qışqırır". Arada öz-özümə deyirəm ki, Allah eləməsin telefon bu qızın qulağında partlasın. Rayona xəbər düşmüşdü ki, Qənirə xanım Tovuzdadır.

Bəhanə ilə yeməyə gəlib onunla  görüşənlərin də şahidi olduq. Əvvəl şəkil çəkdirib, sonra da problemlərindən danışırlar. Onu gözaltı izləyirdim. İnsanları  səbrlə, aramla dinləyir, hər kəsin  dərdinə əlac etməyə calışırdı. Əsəbləşən görmədim, hirslənməyini hiss etmədim. Bir sözlə, Allah bu qıza səbr verib. Yemək də yeməyə qoymurdular. İki məsələdə onun qəti barışmazlığını gördüm: biri övladının ön cəbhədən başqa yerə köçürülməsi xahiş ediləndə onun qəti cavabı sərt şillə kimi xahiş edənin üzünə çırpılırdı: "Nədi, sənin uşağın olmazsa, o biri ananın uşağı olmazsa, bəs bu sərhədləri kim qoruyacaq?" Düz də deyirdi. Halal olsun! İkincisi, təhsil, ali məktəbə qəbulla bağlı edilən xahişlərə qəti rədd cavabı verirdi... "Oxuyaydı, yüksək bal toplayaydı. Milləti  cahillikdən yalnız oxumaq qurtara bilər!" Bu da onun sözləridir.

...Əsrik meşəsinin şırıltılı çay suyunun səsi altında özümüzü təbiətin içində əritmək, bir anlığa buranın gözəlliyinin bir parçasına çevrilmək istəyirik. Bura həm də sayı-hesabı bilinməyən istirahət yerləridir. Tovuzdan və ətraf yerlərdən gələn qonaq-qara əskik olmur, baxmayaraq ki, dağın o biri tərəfi Ermənistan əraziləridir. Sevindirici haldir ki, tovuzlular bir qarış torpaq da  ermənilərə verməyiblər. Eşq olsun tovuzlulara!

...Qənirə xanımla xalqın millətə çevrilməsindəki əngəllərdən, tarixdən, etnososial psixologiyadan, keçmişimizin və bunun gələcəyə daşıyacağı problemlərdən danışırıq. Çox hazırlıqlıdır. Hansı əngəldən söhbət edirsə, əvvəlcə onun skiletini qurur, sonra ətə-qana dolduraraq tezis şəklində fikirlərini bildirir. Hiss edirəm ki, mənim və xanımımın belə söhbətlərə ehtiyacı olduğu kimi, onun da belə mənəvi mükamiləyə ehtiyacı var. Biz bir növ yorğunluğumuzu belə çıxardırıq.

Söhbəti yaslarımız və toylarımızın üzərinə gətirəndə bizi düşüncələrimizdən və söhbətimizdən dağlara səs salan qara zurnanın və davulun səsi ayırdı. Daha danışmayıb diqqətimizi qara zurnaya kəsdik. Allah, burada nələr yoxmuş. Qara zurnanın səsi şəhərdə və tarixdə itmiş ruhunu özünə qaytarır. Sən musiqiyə qoşulub itmiş, çox zaman parçalanmış ruhunu dağda, bağda axtarmağa başlayırsan. Bu səs səni qəhrəmanlıq, müdriklik, səmimiyyət, bəzəksiz-düzəksiz dünyaya aparır. Burada saflığının beşiyindəsən, törələr sənin başının üstündədir, heç kimin bu törələri pozmağa, ayaqlayıb keçməyə ixtiyarı yoxdur. Yazılmamış qanunların pozulmasına heç kim izn verməz. Zurna səsi törə qaydalarını sənə səslə başa salır, davul da guruldamaqla sənə xəbərdarlıq edir ki, yolunu azmayasan, yatmayasan.

Zurna-davul səsi kəsildi. Ruhum o sehrli səsdən ayrılaraq xanımların yanına qayıtdı. Zarafatla dedim ki, burada şeir yazmağa nə var? Sözlər öz-özünə gəlir. Qənirə xanım zarafatıma tovuzluların bir məsəli ilə cavab verdi. ...Xeyli güldük.

Yenə qara zurnanın, davulun səsi diqqətimizi kəsdi. Arada gəlib XANIM ƏFƏNDİ ilə şəkil çəkdirənlər də öz yerində. Öz-özümə sual verdim: "Niyə toylarımızı gəlib bu dağlarda etmirik? Şadlıq saraylarının musiqi səsləri az qalıb qulağımızı kar, gözlərimizi kor etsin. Niyə hamımız şadlıq saraylarına qaçırıq?" Özüm də cavabını verdim: "Rahatlıq axtarırıq. Özümüzün əlavə yüklənməyimizi istəmirik. Axı bunun   üçün qonum-qonşu tökülürdü toy sahibinin evinə, bir ay öncədən hazırlıq gedirdi. İndi hər şeyi  özün təkbaşına  edirsən. Əvəzində isə  doğmalıq, təmas, səmimiyyət, saflıq əlimizdən alınır". Heç bunu düşünmürük...

Musiqi sədası altında Tovuza otelə dönürük. Parkda gəzməyə imkan vermirlər. Yenə də fotosessiya.

...Yolda millət vəkili yenə öz ampluasındadır. Telefona cavab verir, kimlərəsə zəng edir, çox zaman da kimlərinsə problemini həll edir.

Gecə yarıdan keçib, başımız söhbətə necə qarışıbsa artıq zamanla vaxtın yerini səhv salırıq. İntellektual söhbətə çay süfrəsinin arxasında polis rəisi, səhəri gün isə tədbirdən sonra icra başçısı da qatılır...

Gecə yarısı bizdən sonra hara getdiyini səhər tezdən bizim arxamızca gələndə bildik. Hansısa kəndə dərd ovutmağa getmişdi. Bax belə. Tədbirdən çox yazmıram, çünki şəkillər və dərc olunan xəbərlər hər şeyi deyir.

Bircə onu deyim ki, tədbir möhtəşəm idi, həm insan axını, həm də Azərbaycanın ən qədim təhsil ocaqlarından olan 110 yaşlı Puşkin adına orta məktəbdə keçirilməsi məclisə xüsusi rəng qatırdı. Hiss edirsən ki, Tovuzda kitab aclığı var, bilmək, öyrənmək həvəsi var, oxumaq onlar üçün gələcək deməkdir. Kaş bütün Azərbaycanda belə olaydı. Oxumaq və savadlanmaq, bilik yiyəsi olmaq millətimizin qurtuluşudur. Çıxışlarımız da möhtəşəm oldu. Xalqın başa düşdüyü dildə "Tarix nədir?" , "Tarixi bilmək niyə lazımdır?" kimi mövzularda danışdıq. Düşünürəm akademik dildən, pafosdan kənar danışmaq xalqla ziyalılar arasında körpü və doğmalıq yaradır və hamını dövlətə, vətənə, millətə daha sıx bağlayır. Çıxışımda dediyim kimi: "Tarix sevgi ölşüsüdür!"

Beləcə iki günlük səfərimiz başa çatdı...

Yunus Oğuz

P.S. Bu səfərə görə Qənirə xanıma, şəhər ictimaiyyətinə, icra başçısına təşəkkürümüzü bildiririk.

Bakı-Tovuz-Bakı
5 avqust 2019



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ