Warning: opendir(/home/sites/bakixeber/cache/): failed to open dir: No such file or directory in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Baki Xeber - News
24/10/2019 09:32
728 x 90

Nəsimi rayon İcra Hakimiyyəti iyul ayının hesabatını verdi - 4 səyyar qəbul...

img

Nəsimi rayon İcra Hakimiyyəti yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdığı məsələlərin operativ həll olunması istiqamətində məqsədyönlü tədbirlərini davam etdirmək məqsədilə iyul ayı ərzində 4 səyyar qəbul keçirib, 650-dən artıq sakinin iştirak etdiyi qəbullarda 24 müraciət dinlənib.

Nəsimi RİH-dən baki-xeber.com-a verilən məlumata görə, qəbullar zamanı qaldırılan məsələlərin əksəriyyəti həllini tapıb, bir sıra müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyatı idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilib, digər məsələlərlə bağlı vətəndaşlarla geniş izahat işi aparılıb. Vətəndaşların müraciətləri, əsasən, yeniyetmə və gənclərin yay istirahətinin səmərəli təşkili, mənzil şəraitinin yaxşılaşdırılması, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin, köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi, həyətlərin abadlaşdırılması, dam örtüklərinin təmiri və istifadəsiz su çənlərinin yığışdırılması kimi məsələlərlə bağlı olub.

Qəbullarda  Prezident İlham Əliyev tərəfindən qəbul edilən əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar, o cümlədən minimum əməkhaqlarının və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılması, bəzi çoxmənzilli binalarda mənzillərin sənədləşdirilməsi və müavinətlərin artırılması ilə bağlı həyata keçirilən tədbirlər əhalinin sosial müdafiəsi istiqamətində görülən işlər barəsində Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov tərəfindən ətraflı məlumatlar verilib. Səyyar qəbullarda iştirak edən sakinlər vətəndaşların yerlərdə qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Son xəbərlər