13/11/2019 20:54
728 x 90

Ölkədə ümumən müəllimliyə meyl artıb, rus bölməsi müəllimliyinə isə…

“Bu gün orta məktəblərdə rusdilli bölmə üzrə müəllim çatışmazlığı yaşanır”

img

“Müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqənin test mərhələsi üçün Azərbaycan bölməsinə bir fənn üzrə sənəd verənlərin sayı 2000 nəfər olduğu halda, rus bölməsində bu göstərici 40 nəfər təşkil edir”. Bunu təhsil nazirinin müavini Məhəbbət Vəliyeva media nümayəndələrinə açıqlamasında deyib.

O bildirib ki, bu il müəllim işləmək üçün müraciət edən namizədlərin 2300 nəfəri rusdilli bölmə üzrə sənəd verib: “Rus bölməsində müəllim işləmək üçün müraciət edənlərin sayı azdır”.

M.Vəliyeva əlavə edib ki, ötən il müəllim işləmək üçün müraciət edən 51 min nəfərin 46 mini müsabiqəyə buraxıldı: “Bu il isə müraciət edən 54687 namizədin 48204 nəfəri imtahanda iştirak üçün təsdiq cavabı alaraq müsabiqəyə buraxılıb”.

Maraqlıdır, rusdilli bölmə üzrə müəllim işləmək istəyənlərin sayı niyə azlıq təşkil edir?

  • Məlahət Mürşüdlü: “Yeni fəaliyyətə başlayan müəllimlər isə…”

Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu gün orta məktəblərdə rusdilli bölmə üzrə müəllim çatışmazlığı yaşanır. Rustəhsilli müəllimlərin sayı olduqca azlıq təşkil edir: “Bir çox məktəbdə rusdilli bölmə üzrə fənni Azərbaycandilli sektoru bitirən kadrlar əvəz edir. Təbii ki, bu amil keyfiyyətə təsir edən amillərdən biridir. Təhsil müəssisələrində rusdilli bölmə üzrə kadr çatışmazlığının səbəblərindən biri də dərs demək bacarığı olan, sağlam pedaqoqların 60 yaşı tamam olduğu üçün yaşla bağlı işdən çıxarılmasıdır. Yeni fəaliyyətə başlayan müəllimlər isə öz ixtisaslarını mükəmməl bilmədikləri və rus dili üzrə yüksək peşəkarlığa malik olmadıqları üçün, bu sektorda problem yaşanır. Bu səbəbdən də orta məktəblərin rusdilli bölməsi üzrə kadr çatışmazlığı qeydə alınır”.

Günel CƏLİLOVA

Son xəbərlər