19/08/2019 17:17
728 x 90

1,3 milyon nəfər stipendiya və təqaüd alanların həyatı dəyişir

“Müavinət və təqaüdlərin artırılması sahəsində görülən işlər, ümumilikdə, 1,3 milyon insanı əhatə etdi”

img

2019-cu il Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan mühüm tədbirlər ili kimi yadda qalacaq. Bu il Prezident İlham Əliyev tərəfindən əməkhaqqı, pensiya, müavinət, təqaüdlərin artırılması, problemli kreditlərlə bağlı olan məsələnin həlli məqsədilə çoxsaylı sərəncam və fərman imzalandı. İmzalanan sənədlər əhalinin rifah vəziyyətinin yaxşılaşdırılmasına önəmli töhfə oldu. 

Qeyd etdiyimiz kimi, Prezidentin sərəncamı ilə bu il tələbə təqaüdləri ilə yanaşı, müavinətlərin həcmi də artıb. Məlumat üçün bildirək ki, 300 min əlilliyi olan şəxs, 500 min məcburi köçkün, 100 mindən artıq tələbəni, ümumilikdə, 1.3 milyon insanın gəliri artıb. Bu artım həm həmin kateqoriyaya aid olunan şəxsin, eyni zamanda onun ailəsinin sosial durumunun inkişaf etməsinə səbəb olacaq.

  • Fatimə Hacıbəyli: “Müavinət və təqaüdlər əhalinin sosial cəhətdən ən həssas təbəqəsini əhatə etdi və onların gəlirləri  əhəmiyyətli şəkildə artırıldı”

 “Vəfa” Sosial İctimai Problemlərin Həllinə Dəstək İctimai Birliyinin rəhbəri Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, son illər Prezident İlham Əliyev əhalinin sosial durumunun yüksəlməsi məqsədilə sərəncamlar imzalayıb: “Həmin sərəncamlarla qayğıya ehtiyacı olan təbəqələr üçün müəyyən olunan müavinətlərin həcmi artıb. Məlumdur ki, bu ilin fevral ayında cənab İlham Əliyev təxminən 3 milyon vətəndaşı əhatə edən sosial paketi elan etdi. Bu paketdə minimum əməkhaqqının, əmək pensiyalarının minimum məbləğinin, sosial müavinətlərin, tələbə, magistr və doktorantlara verilən təqaüdlərin, məcburi köçkünlərə verilən müavinətlərin həcminin artırılması qeyd olunurdu. Bəllidir ki, mütəmadi olaraq maaşların, pensiyaların, müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı xəbərlər eşidirik. Bu çox sevindirici haldır. Hər bir Azərbaycan vətəndaşı sosial məsələlərin həllində dövlətin rolunu yüksək qiymətləndirir”.

Birlik sədri onu da vurğuladı ki, müavinət və təqaüdlərin artırılması sahəsində görülən işlər, ümumilikdə, 1,3 milyon insanı əhatə etdi və bunlardan 300 mindən artığı məhz əlilliyi olan şəxslər, 500 minə qədəri məcburi köçkün, 100 mindən artığı tələbə və gənclərdir. Ümumilikdə, bu müavinət və təqaüdlər əhalinin sosial cəhətdən ən həssas təbəqəsini əhatə etdi və onların gəlirləri əhəmiyyətli şəkildə artırıldı.

Günel CƏLİLOVA

Son xəbərlər