şənbə günü, 14 noyabr 2026
     

Sulutəpədə “Camal LTD” sexlərindən “Araz” marketə - buz kimi donan “marojna” görmüsünüzmü, adı da “Plombir”... - FOTO

Image


Havalar isindikcə dondurmaya da tələbat artır. İstənilən mağazada müxtəlif çeşidlərdə, müxtəlif ölkə istehsalı olan dondurmalar satılır. Hazırda ölkə bazarında daha çox yerli, Türkiyə və Rusiya istehsalı olan dondurmalardır. Əlbəttə, xaricdən gətirilən dondurmalar yerli istehsala nisbətən 2 dəfəyə qədər baha qiymətə  satılır.

Bəs ləzzətlə yediyimiz dondurmaların hamısı keyfiyyət tələblərinə cavab verirmi? Sözsüz ki, yox. Dəfələrlə satışda vaxtı keçmiş, keyfiyyəti aşağı olan dondurmalara rast gəlirik, hansı ki, insan orqanizmində fəsadlara, zəhərlənmələrə yol açır. Bəzi dondurmaların üzərində istehsal olunduğu məkan və tərkibi belə qeyd edilmir. İddialara görə, həmin dondurmalar zirzəmilərdə, antisanitariya şəraitində hazırlanan məhsullardır.

Qeyd edək ki, satışda xaricdən gətirilən dondurmalarla yanaşı, yerli istehsal da üstünlük təşkil edir. Ölkənin istənilən ərazisində dondurma sexləri fəaliyyət göstərirlər. Həmin sexlərdə hazırlanan dondurmaların tərkibi isə heç də standartlara cavab vermir. Məlumdur ki, dondurmanın hazırlanması üçün süd, qatqısız yağdan istifadə olunmalıdır. Ancaq bu gün satışda olan dondurmaların əksəriyyətinin tərkibi belədir: süd yağı – 10-16 faiz, yağsız süd qatı kütləsi – 9-12 faiz, əlavə qatqılar – 14-19 faiz, stabilizatorlar və emulsifatorlar – 0.2-0.6 faiz, su – 55-64 faiz, müxtəlif boya maddələri.

Təbii ki, qeyd olunan məhsulların bir çoxu insan bədəni üçün yaddır və bu cür maddələrin davamlı olaraq qəbulu xərçəng başda olmaqla, bir çox təhlükəli xəstəliyə gətirib çıxarır.

Standarta cavab verməyən, süd əvəzinə dondurmaya su verən şirkətlər yetərincədir. O şirkətlərdən biri də “Camal LTD”dir. Bu şirkət Bakı şəhəri, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində fəaliyyət göstərir. Son zamanlar “Camal LTD” şirkətinin istehsal etdiyi dondurmalarla bağlı redaksiyamıza çoxlu sayda şikayət daxil olur. Şikayətçilər bildirirlər ki, onlar marketdən 15 faizlik “Plambir” dondurma alıb, sonra onun təkrar donması üçün buzluğa qoyurlar: “Buzluqdan dondurma çıxarılan zaman dondurmadan əsər-əlamət qalmır. Dondurma sanki buza dönür və onu yemək qeyri-mümkün olur. Əriməsini gözləyəndə isə tamamilə suya çevrilir. Belə ki, dondurmanın üzərində yazılan 15 faiz yağlılıq sadəcə söz üçün yazılıb. Çünki yağlı dondurma heç vaxt buz olmaz”.

Qeyd edək ki, bu halla əksər istehlakçı rastlaşır. Dondurma süd ilə deyil, su ilə hazırlandığı üçün, adıçəkilən sərinləşdirici qida buzluğa qoyulan zaman tamamilə buza çevrilir.

  • “Camal LTD” - Xuraman Abdullayeva: “...satış nöqtələrində bəzən soyuducu tam işlək vəziyyətdə olmadığı üçün, alınan məhsul yenidən buzlağa qoyulanda əvvəlki effektini itirir”

Məsələni dəqiqləşdirmək üçün “Camal LTD”şirkəti ilə əlaqə saxladıq. Şirkətin laboratoriya şöbəsinin rəhbəri Xuraman Abdullayeva “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, şirkət tərəfindən istehsal olunan dondurmaların tərkibi kərə yağı, qatılaşdırılmış süd və şəkərdir: “Məlumat üçün bildirim ki, Prezidentin göstərişi ilə Biləsuvar rayonunda kərə yağı istehsal edən müəssisə açılıb. Biz də həmin kərə yağından istifadə edirik. Dondurmalar standarta uyğun formada istehsal olunur. Sadəcə, satış nöqtələrində bəzən soyuducunu tam işlək vəziyyətə gətirmirlər. Bu səbəbdən də dondurma əriyir, o zaman istehlakçı məcbur olub buzluğa qoymalı olur. Belə olan halda, həmin dondurma öz formasını itirir. Məlumat üçün bildirim ki, dondurmaların tərkibi 100 faiz yağ olmur, 60 faizi sudan ibarətdir. Hərarətin düşməsi səbəbindən dondurma əridiyi üçün, o yenidən buzluğa qoyulur. Buzluqdan çıxarıldıqdan sonra həmin dondurma həm öz formasını itirir, həm də buza çevrilir”.

Mütəxəssislər qeyd edirlər ki, keyfiyyətli dondurmanın tərkibində mütləq süd, şəkər, kərə yağı, yumurta olmalıdır. Həmçinin, dad və ətirverici maddələr, stabilləşdiricilər əlavə olunur. Əgər dondurmanı dilin üstünə qoyduqda acı dad verərsə, deməli, tərkibinə kərə deyil, marqarin, bitki yağı qatılıb. Dondurma süd məhsulu olduğu üçün, onun tərkibinə ancaq kərə yağı vurulmalıdır. Yalnız bu halda dondurmanı dilin üstünə qoyduqda təzə qaymaq dadı verir, yəni yararlıdır.

Ekspertlər onu da vurğulayırlar ki, dondurma alarkən daha bir məqama diqqət etmək lazımdır - onun kağızına. Əgər dondurmanın kağızı əzikdirsə, mütləq onu almaqdan çəkinmək lazımdır. Bu onu göstərir ki, dondurma bir dəfə əriyərək, yenidən dondurulub və bu da insan orqanizmi üçün təhlükəlidir və çirklənmiş məhsul hesab olunur.

  • Eyyub Hüseynov: “Əmtəə bazarında elə dondurmalar var ki, yararsız hala düşdükdən sonra düzəldilərək açıq halda satılır”

Azad İstehlakçılar Birliyinin (AİB) rəhbəri Eyyub Hüseynov qeyd etdi ki, bu sahədə ciddi problemlər var: “Biz Azad İstehlakçılar Birliyi olaraq, 2011-ci ildən ölkədə istehsal edilən cəmi bir məhsula qida təhlükəsizliyi ilə bağlı xüsusi nişan vermişik. Həmin dondurmalarla bağlı açıq monitorinqlər aparılıb. Adını reklam olmasın deyə, səsləndirmirəm. Digər dondurmalarla bağlı monitorinqlər aparılmayıb. Onu da deyim ki, məhsulun üzərində həm istehsal, həm də son tarix qeyd edilməlidir. Bu, “Yeyinti haqqında” Qanunla da tənzimlənir. Qanuna bunun daxil edilməsi üçün çox çalışmışıq. Avropada əsasən son tarixi qeyd edirlər. Görünür, Azərbaycan da onlardan nümunə götürür. Ancaq biz buna imkan verməyəcəyik. Hər iki tarix qeyd edilməlidir. Çünki istehlakçı ola bilər ki, yeni mal almaq istəsin. Bütün bunlar istehlakçı hüquqlarının pozulmasıdır. Əgər məhsulun üzərində hər iki tarix yoxdursa, istehlakçı bu barədə Qida Təhlükəsizliyi Agentliyinə məlumat versin. Bu, birbaşa olaraq, qanunvericiliyin pozulmasıdır. Ölkədə dondurma bazarında bu gün 30-dan çox istehsalçı var. Azad bazar şəraitinin onlara yaratdığı imkandan sui-istifadə edilir. İstehlakçı dondurmanın əzik olduğunu görürsə, onu qəti şəkildə almasın. Əzilmiş dondurma o deməkdir ki, nə zamandan temperatura məruz qalıb və çirklənib. Bu cür süd məhsulu artıq təhlükəli sayılır. Dondurmanın qabığı düz olmalıdır. Əriyib, yenidən dondurulursa, onu yemək olmaz. Belə hallar daha çox köhnə dondurmalarda müşahidə olunur. Açıq şəkildə satılan dondurmaları alarkən də diqqətli olmaq lazımdır. Əmtəə bazarında elə dondurmalar da var ki, yararsız hala düşdükdən sonra düzəldilərək açıq halda satılır. Bu cür dondurmaları yeyən şəxslər ciddi mədə-bağırsaq xəstəliklərinə tutula bilərlər. Çünki həmin dondurmaların tərkibinə çoxlu sayda müxtəlif kimyəvi qatqılar qatılır”.

Həmsöhbətimiz onu da vurğuladı ki, dondurmanın yararlılıq vaxtını illərlə qoyurlar, tərkibini üstünə yazmırlar və sairə. Bir sözlə, dondurma sahəsində çox böyük problemlər yaşanır. Bu məhsulu uzun müddət saxlamaq üçün tərkibinə arzuolunmaz maddələr qarışdırılır. Bunlar da, birmənalı şəkildə, onun üzərində yazılmır. Çünki ölkədə istehlakçı üçün məlumat standartı yoxdur. Xaricdən gətirilən dondurmalara gəlincə isə, onların yararlılıq müddətinə və saxlanma şəraitinə fikir versək, arzuolunmazdır.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ