şənbə günü, 14 noyabr 2026
     

Dinamik, qaynar uşaqlıqdan qəhrəmanlığa gedən yol - FOTO

Image


Uşaqlıqdan daim hərəkətdə olmağı, dinamikliyi, hətta maşın sürməyi də çox sevirdi. Tez böyüyüb, ürəyində tutduğu bütün arzularına qovuşmaq istəyirdi. Bunlar Ehtiramın uşaqlıq düşüncələri idi. Amma sən saydığını say... Atasının vaxtsız vəfatı ailənin vəziyyətini ağırlaşdırmışdı.

Anası İmmi xanım uşaqlarının qayğısız böyüməsi üçün min bir əziyyətə qatlaşmışdı. Gecəsini-gündüzünə qatıb, bütün ağır işlərdə çalışırdı. Lakin ailə böyük olduğundan, qayğıların həllinə nail olmaq çox çətin idi. Böyük qardaşı Oqtay erkən vaxtlardan anasına kömək edərək, qardaş-bacılarının yaxşı dolanması üçün əlindən gələni əsirgəmirdi. Gəncliyini, demək olar ki, onların yaxşı dolanmasına, yaxşı təhsil almasına sərf etdi. Ehtiram bunlardan xəbərsiz, hələ də öz uşaqlığını yaşayırdı. Qardaşı Oqtayı öz atası bilirdi.

 Ehtiram da həddi-büluğa çatmışdı. Kənd həyatı onu çox bərkə-boşa da salmışdı. Böyüdükcə ana və qardaşının onlar üçün nə qədər əziyyət çəkdiyini dərk etməyə başlamışdı. Ona görə də elə bu çağlarından tez böyüyüb ailəsinə kömək etməyə can atırdı. Çalışırdı ki, az da olsa onların yükünü azaltsın. Lakin qardaşı onun ali təhsil almasını istəyir və bunun üçün əlindən gələni əsirgəmirdi. Zaman öz axarı ilə gedirdi. Səkkizinci sinfi bitirən Ehtiram daha evdəkilərə çətinlik yaşatmamaq niyyətilə evdən xəbərsiz Bakıya gələrək sənədlərini Bakı Maşınqayırma Texnikumuna verir. Texnikuma qəbul olaramsa evə xəbər edərəm, yox, qəbul olmaramsa burada qalıb, zavodların birində işə düzələrəm deyə öz-özlüyündə gələcək planlarını götür-qoy edir.

...Artıq o, tələbə adını qazanmışdı. Çox keçmir ki, bu sevinci bütün ailəsi bilir. Ana üçün bundan gözəl hədiyyə nə ola bilərdi həyatda? Həyat yoldaşı İsrayıl kişi vəfat edəndən sonra üzü gülməmişdi. İndi İmmi ananın yanağından sevinc göz yaşları axırdı. Çox şükür, Allahım, bu günü görməyi mənə qismət etdin deyərək, əlini Uca Tanrıya qaldırıb dua edirdi.

Ehtiramsa ailəsinin maddi vəziyyətinin o qədər də yaxşı olmadığını bildiyindən onlara yük olmaq istəmirdi. Texnikumda oxuduğu illərdə bir qarın ac, bir qarın tox yaşasa da, bunu ailəsinin yanında büruzə vermirdi.

Bu o illər idi ki, ölkədə vəziyyət getdikcə ağırlaşırdı. Qarabağdan və ətraf rayonlardan gələn hər qara xəbər, bütün ölkə gəncləri kimi, Ehtiramın da qəlbinə ox olub batırdı. Hər gün televizorun qarşısında oturub cəbhə xəbərlərini dinləyir, tələbə yoldaşlarına deyirdi: Daha burda əlimizi qoynumuza qoyub oturmaq olmaz. Mübarizə aparmalı, öz Vətənimizi qorumalı, onun yolunda canımızı fəda etməliyik! 

...1992-ci ilin yayı idi. Ehtiram təhsilini başa vurub orduya getməyə qəti qərar verir. Erməni vandalları Xocalıda xalqımıza min bir işgəncə vermiş, ana, uşaq, yaşlı bilmədən əllərinə keçən hər kəsi qətlə yetirmişdi. Sağ ələ keçənləri isə əsir götürərək minbir işgəncəyə məruz qoymuşdu. Bir neçə gündən sonra o, könüllü orduya yazıldı. Ehtiramın qəlbi qisas hissi ilə döyünürdü.

Fiziki cəhətdən qüvvətli olmasını nəzərə alaraq onu Azərbaycanda ilk yaradılan Xüsusi Təyinatlılara qəbul edirlər. Bəlkə də bu, Allahın ona verdiyi bir şans idi ki, özünü bu çətin sınaqda sübut eləsin. Zabitlərin əksəriyyəti Əfqanıstan döyüşçüsü idi. Bunun üçün də onlar müharibənin nə olduğunu yaxşı bilirdilər. Zabitlər yaxşı bilirdilər ki, müharibədə adi bir səhv əsgərlərin həlak olmasına gətirib çıxara bilər. Onun üçün də əsgərlərə qarşı nizam-intizamlı, tələbkar idilər... Sonradan bu hərbi hissə hərb tariximizdə adını qızıl hərflərlə yazmış 777 saylı hərbi hissə kimi tarixə həkk oldu. Təsadüfi deyil ki, 777 saylı hərbi hissədən 14 döyüşçü Azərbaycanın ən yüksək fəxri adına - “Milli Qəhrəman” adına layiq görülmüşdü. Onlardan 4-ü bu gün də öz əməlləri ilə xalqına xidmət edir. Əfsanəvi komandirimiz, general-leytenant Rövşən Əkbərov yenə də hərbidə öz peşəsini şərəflə davam etdirir.

...Ehtiram Əliyevin xidmət etdiyi hərbi hissəni Naxçıvana göndərmişdilər. Dağlıq Qarabağ və ətraf rayonlarda olduğu kimi, burada da vəziyyət son dərəcə ağır idi. Düşmən hər tərəfdən Naxçıvan Muxtar Respublikasına hücumlar təşkil edirdi. Sədərəkdən gələn hər qara xəbər, orada yaşayanları təlaşa salmışdı.  Əlavə qüvvələrə ehtiyac vardı. O, Sədərəkdə, Batabatda, Salvartı yaylağında erməni silahlı birləşmələrinə qarşı aparılan döyüş əməliyyatlarında yaxından iştirak edirdi.

Onun ilk döyüşü Salvartı yaylağında oldu. Düşmən Sisyan istiqamətindən güclü hücuma keçmişdi.  Onların məqsədi yüksəklikləri ələ keçirib, daim əhalini atəş altında saxlamaq idi. Elə ilk döyüşdə Ehtiram özünün nəyə qadir olduğunu sübut etdi. Komandirlərin və döyüş dostlarının yanında hörməti birə - beş artdı. Beləliklə heç bir itki vermədən qəhrəman döyüşçülərin sayəsində, düşmən qüvvələri geri oturduldu. Həmin vaxtlarda Sədərək istiqamətində də ağır döyüşlər gedirdi. Erməni silahlı birləşmələri strateji əhəmiyyət kəsb edən bu ərazini nəin bahasına olursa-olsun Naxçıvandan ayırmağa çalışırdılar.  O zaman nizami Milli Ordunun olmaması səbəbindən Sədərəki yerli özünümüdafiə taborları və polis dəstələri qoruyurdu. Qüvvələr nisbəti qeyri bərabər olduğundan, H.Əliyevin qətiyyətli addımları sayəsində bura yeni qüvvələr gətirildi. Ağır gedən döyüşlərdə Ehtiram Əliyevin xidmət etdiyi hərbi hissə  Sədərək ərazilərinin  düşməndən geri alınmasında xüsusi fədakarlıq göstərdi. Düşmənin bir neçə texnikası və onlarla canlı qüvvəsi məhv edildi.  Məhz döyüşçülərimizin qəhrəmanlığı sayəsində Sədərək əraziləri erməni quldur dəstələrindən təmizləndi. Ancaq Xüsusi Təyinatlılardan da həlak olanlar az deyildi. Bu səbəbdən hərbi hissəni yenidən formalaşdırmaq üçün müəyyən vaxt lazım gəlirdi.

 Bakıda 17-18 gün təlim keçdikdən sonra 1993-cü ilin iyul ayında E.Əliyevin xidmət etdiyi hərbi hissə Ağdam bölgəsinə göndərildi. Cəbhəyanı ərazilərimizdə olduğu kimi, burada da vəziyyət ağır idi. Demək olar ki, Ağdam rayonu büsbütün işğala məruz qalmışdı. Ağır gedən döyüşlərdə 3 kənd - Əfətli, Yusifcanl, Novruzlu kəndləri qəhrəman döyüşçülərin sayəsində geri alındı.

 1993-cü il...  Avqustun 23-ü... Düşmən ağır texnika ilə Füzuli rayonunun Əhmədbəyli kəndinə hücuma keçdi. Əsas strateji yüksəkliklər düşmənin əlində idi. Bu isə əməliyyatın gedişini xeyli çətinləşdirirdi. Buna baxmayaraq ordumuz əzmlə döyüşür, erməni yaraqlılarını geri çəkilməyə məcbur edirdi. Döyüşlərin birində E.Əliyev sürünə-sürünə  28 nəfər döyüşçü ilə yaxınlıqdakı təpəyə qalxdı. Burdan düşmən mövqeyini görmək mümkün idi. Ardıcıl zərbələrdən sonra düşmənin 2 texnikası alova büründü. Düşmən bu zərbədən çaşbaş qalaraq geri çəkilməyə məcbur oldu. Fürsəti əldən verməyən cəsur döyüşçülərimiz qənimət olaraq bir tankı da ələ keçirməyə müvəffəq oldu. Bu uğurlu əməliyyat bir neçə kəndin geri alınması ilə yadda qaldı.

1994-cü il... Yanvar ayının 5-i...  Mübarizə davam edir, düşmən hücumlarını artırırdı. Ordumuz əlavə qüvvə alaraq yenidən hücuma keçdi.  E.Əliyevin xidmət etdiyi dəstə fürsətdən istifadə edərək düşmənin arxasına keçdi.  Yaraqlılar sarsılmışdı. İki gün davam edən ağır döyüşdə düşmən 45 km geri oturduldu. Lakin... atılan güllələrdən biri Ehtiramı yaralayır. O, yaralanmasına baxmayaraq, yoldaşlarını tək buraxmır. Axı axıradək onlarla birlikdə olacağına and içmişdi. Qısa müddət müalicə olunduqdan sonra yenidən döyüş yoldaşlarının yanına qayıdır.

20 aprel 1994-cü ildə hərbi hissəni Tərtər bölgəsinə göndərdilər. Burada da döyüşlər ara vermirdi. Milli Ordunun əsgərləri düşmənə qarşı mətnlə vuruşurdular. Burada bir neçə əsgər, zabitimiz şəhid olsa da, fədakar döyüşçülərimizin iradəsi qırılmadı. Əksinə, daha da möhkəmləndi, bərkidi. Düşmənin həmin istiqamətdəki mənfur niyyətlərinin boşa çıxmasına nail ola bildilər.

E.Əliyev 1996-cı ilin avqust ayında ordudan tərxis olundu. 1997-1998-ci illərdə Bakının Sabunçu  rayon Polis İdarəsində işlədi.

2000-ci ildə tələbəlik sevinci yaşadı. O, əvvəlcə Beynəlxalq və Şəhərlərarası Avtovağzalda sərnişindaşımanın rəis müavini, hazırda isə həmin şöbənin rəisi vəifəsində öz işini şərəflə davam etdirir.

Gözəl ailə başçısıdır. İmmixanım, Elvin, Emin adlı 3 övlad atasıdır.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 sylı fərmanı ilə Əliyev Ehtiram İsrayıl oğluna “ Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.   

Mərdlik, igidlik, hünər, bir də yüksək Vətənpərvərlik hissi... Bunlar qəhrəmanlıq deyilən bir zirvədə birləşib. O zirvədə ki, insan olum, ya da ölüm məqamı ilə üzləşir. Taleyinə ölüm yazılanlar şəhidlik zirvəsində qərar tutur. Adi bir təsadüf üzündən qalanlar isə həmin o şəhidlik zirvəsini görüb qayıdanlardı. Hər iki halda məna və məzmun eynidir: Qəhrəmanlıq!! Vətən uğrunda canını fəda vermək , bir də ölümün gözünə mərdliklə, hünərlə baxmaq qüdrəti...  Azərbaycanın Milli Qəhrəmanı kimi ən yüksək ada layiq görülmüş Ehtiram İsrayıl oğlu Əliyev kimi...

Yurda bağlılığı, torpağa məhəbbəti, insanlığa sevgini öncə valideynlərindən, sonra isə müəllimlərindən öyrəndi və onları əsgər yoldaşlarına öyrətməyə çalışdı. Döyüş dostları da onunla çiyin-çiyinə durmaqdan qürur duydular. Ehtiram Əliyev bu gün o adət-ənənəni işlədiyi kollektivdə də qoruyub saxlayır. Dosta sadiq olmağı, düşmənə isə hədsiz nifrət hissini gənclərə aşlamağa çalışır.

Vüqar ƏSGƏROV
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının redaktoru, ssenarist



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ