Xəzər Universitetinin Neftçilər kampusunda (Məhsəti küç., 41) Açıq Qapı Günləri başlanıb. Açıq Qapı Günlərinin təşkil olunmasında məqsəd Dövlət İmtahan Mərkəzinin iyul ayının 24-dən avqust ayının 6-a kimi elan etdiyi ali təhsil müəssisəsi və ixtisas seçimi prosesində abituriyentlərə əsaslı yardım göstərməkdən ibarətdir. Açıq qapı hər gün (həftə sonu istisna olmaqla) səhər saat 10-dan axşam saat 17-yə kimi davam edəcək. Açıq Qapı Günləri avqustun 6-a kimi davam edəcək!