şənbə günü, 14 noyabr 2026
     

“Yetim bir haray var, gəzir dünyanı”

Image


İllərdən sonra yazdığım ilk məktubdur bəlkə də bu. Əslində yer üzünün insanlarına ünvanlanmış “Gözlər yoldan yığılarmı...” haray dolu məktub-kitaba, onun müəllifi, istedadlı qələm dostum, yazıçı-publisist Nəzirməmməd Zöhrablıya bir dost, vəfa borcumdu bu sətirlər.

Qarabağ uğrunda döyüşlərdə itkin düşmüş qəhrəman övladımız, cəsur kəşfiyyatçı Xəqani Əkbərovun keçdiyi şərəfli ömür yolundan söhbət açan bu kitab böyük zəhmətin, yazıçı, jurnalist axtarışlarının, ürək ağrısının, göz yaşlarının məhsuludur.

Redaktoru olduğum kitabın əlyazmasının hər səhifəsində mən bu hiss və həyəcanları duydum, yaşadım...

...Uşaq vaxtlarımdan əl şəkili çəkməyi xoşlayırdım. Qumral saçlı körpə bacım mürgüləyən kimi qırmızı rəngli karandaşımı onun balaca barmaqları arasında gəzdirir, bu “balaca əlləri” məktubla uzaq Sibirdə əsgərlikdə olan qardaşıma göndərirdim. Mənə elə gəlirdi ki, bu doğma balaca əllər o uzaq soyuq Sibirdə qardaşımı soyuqdan, şaxtadan, xətadan, bəladan qoruyacaq.

Əziz dostum Nəzirməmməd, sənin böyük əziyyətinin, zəhmətinin, axtarışlarının, yuxusuz gecələrinin toplusu olan bu əl boyda, ürək boyda kitabın istiliyini, hərarətini ilk duyduğum üçün ürəyimdən keçənləri sənə yazmağı lazım bildim. 45 illik redaktorluq təcrübəsi olan, yüzlərlə kitabın əzab-əziyyətini çəkmiş, redaktoru olmuş yaradıcı bir insana işıq üzü görən hər kitab doğma balası kimi əzizdi. Sənin bu kitabın da o sıradandı. Minaaxtaranlar kimi çəkdiyin əzab-əziyyəti kim bilməsə də, mən yaxşı bilirəm. 25 il bundan əvvəl Qarabağda - Ağdamda itkin düşmüş cəsur bir Azərbaycan oğlunun axtarışları yolunda göstərdiyin fədakarlıq, vətəndaşlıq borcu, ayrı-ayrı ünvanlara aparan çəkdiyin “yol xəritəsi” və yollarda keçirdiyin saatlar, günlər, həftələr, aylar nisgilli bir ömrün tarixçəsi olan monumental kitabın araya-ərsəyə gəlməsinə səbəb olub.

Orijinal başlıqlar, maraqlı keçidlər, dil və üslub gözəlliyi, bədii nümunələrdən ustalıqla istifadə, təkrarsız dialoqlar, müsahibələr sənin yazılarını əslində Vətən təəssübü çəkən hər bir kəsin oxuyacağı doğma kitaba çevirmişdir.

Söhbət etdiyin hər bir kəsin cızdığı, çəkdiyi, qabarıq verməyə çalışdığı Xəqani portretindəki mərdlik, vətənpərvərlik cizgiləridir. Bunu qardaşı Gündüzlə apardığın söhbətdən də aydın görmək olar. Xəqaniyə deyəndə ki, sən evin sonbeşiyisən, müharibəyə getməyə də bilərsən, Xəqani dözə bilməyib cavab vermişdi: “Bəs kim getsin?” O qaçır, bu gizlənir, torpaqımız da gedir əldən, namus, qeyrətimiz də... Mən başıma yaylıq-şal bağlayıb evdə otura bilmərəm - Xəqaninin bu  sözləri mənə istiqlal nəğməkarı, qüdrətli şairimiz Xəlil Rza Ulutürkün: “Yox, mən susa bilməzdim” harayını, üsyanını xatırlatdı. Xəlil Rzaya: “aradan çıx, gizlən” deyənlərə böyük şair görün necə cavab vermişdi:

- ...Yox, mən susa bilməzdim yurdumun o halında,
Mən gizlənə bilməzdim arvad-uşaq dalında
Qaçqınların göz yaşı dağ çəkəndə yollara,
Südsüz qalan yavrular baş qoyanda qollara
Gəncəbasar, Sumqayıt cəhənnəmə dönəndə,

Nizaminin qəbrinə ölüm tozu sinəndə.
Sinəmdə odlanarkən neçə qəzəb kürəsi,
Bir ildırım doğanda qanımın hər qətrəsi
Vətənimi talanan, sümürülən görəndə,
Qısırlaşan torpağım qarşımda can verəndə
Ağzıqanlı canavar yalayıban dilini,
Gəlib lum-lum udanda Muğanımı, Milimi,
Arxadan bağlayanda cəsurların əlini,
Susa bilərdimmi mən?!

Görünür, Vətən dərdini öz dərdi bilən böyük insanların hamısı belədir. Təzəcə nişanlanmış bir oğlanın cəbhəyə könüllü olaraq getməsi, döyüşlərin ən qaynar nöqtəsinə can atması böyük vətənpərvərlik nümunəsi deyil, bəs nədir?!

Vətənin o ağır çağlarında övladlarını cəbhədən yayındıranlar, Rusiyaya, başqa ölkələrə göndərənlər azmı oldu? Belə nadürüstlərlə, nankorlarla müqayisədə Xəqani qəlbimizdə Savalan dağı qədər ucadı, əyilməzdi. Vətən belə qəhrəman, cəsur, qeyrətli oğulların çiyinlərindədir.

Əziz dostum Nəzirməmməd! Sən bu cür övladı dünyaya gətirən ananın  obrazını bir neçə epizodda necə də ustalıqla cızmısan. Bu, görünür sənin həm də analara olan böyük sevgin, ehtiramındır:

“Birdən görürdüm ki, qar yağıb. Evdəkiləri yuxuya verib düşürdüm həyətə. Deyirdim Xaqan qarda ölüb, görəsən necə ölüb?! Gedib xəlvətçə otururdum, uzanırdım qarın üstündə, girirdim qarın içinə. Deyirdim qoy mən də balam kimi ölüm, buzlayım, donum qalım burda. Qar elə bil bir az soyudurdu yanğılarımı... Birdən  fikirləşdim ki, bəlkə heç ölməyib balam?! Evdəkilər duyuq düşürdülər. Gəlib məni ərki çatan danlaya-danlaya, öyüd-nəsihət verə-verə, ərki çatmayanlar dilə tutub birtəhər yerdən qaldırıb dartıb aparırdılar evə”.

Əziz qardaşım, Telli anayla - oddan-alovdan köynək geyinən, bala yanğısıynan canını qoymağa yer tapmayan bir türk anasıyla olan söhbətlərinlə sən əslində hamımızın baş əydiyimiz bir ana heykəli, bir dərd heykəli ucaltmısan. Mən o sətirləri oxuya-oxuya kövrəldim, gözlərim doldu. İlahi, ana ürəyi yer üzünün bütün dərdlərini maqnit limi necə də özünə çəkirmiş. O da ola bala dərdi. Xəqani kimi oğulun dərdi. İtkin düşmüş balasının dərdindən canını qoymağa yer tapmayan, şəhərlə kənd arasındakı yollarda qalan, qəribə xəyallar quran bir ananın sarsıntılarını, tərəddüdlərini, iztirablarını görəndə çox sarsıldım. Bu əslində sənin yazıçı-publisist ustalığındı. Yadıma böyük Nazim Hikmətin dərdli misraları düşdü:

- Buludlar keçir,
Cənuba aparmayın məni
Ölmək istəmirəm,
Ölmək istəmirəm.
Şimala aparmayın məni,
Ölmək istəmirəm,
Ölmək istəmirəm.
Qərbə aparmayın məni.
Məni burda qoymayın,
Aparın bir yerə,
Ölmək istəmirəm,
Ölmək istəmirəm!

Bəli, bu bizim analarımızdı. Ölümün özünü belə heyrətə gətirən, ölümün acığına qol götürüb oynayan, ölümün özünü öldürən analarımız! İlahi, 25 ildi oğul yolu gözləyən bir ananın dərdini nər dəvəyə yükləsən, dözərdimi.?! Çətin!

Əslində kitabda bacı-qardaşların hamısının Xəqani haqqında duyğu və düşüncələrinə yer verilib. Bu duyğuları, bu öygüləri, bu yalvarışları, uzaqdan gələn qaibanə səsə bənzər ahları, nalələri Xəqani eşitsəydi, bəlkə də elə o dar qəfəslərin qoynundan quş olub uçardı.

Biz nədənsə doğmalarımızın qədrini-qiymətini onları itirəndə bilirik. Dərdimizin nə qədər böyük olduğunu duyub dərk edirik. Xəqaninin də itkin düşməsi, qeyb olması, 25 illik uzaqlardan belə doğmalarını, dostlarını yandırıb-yaxması, cızdaqlarını çıxarması təbiidi. Biz insanıq, daş-divar deyilik axı. O da ola Vətənin məcnunu Xəqani kimi oğul. Təəssüf, min təəssüf, mamır basmış daş da göyərir, insansa yuvası dağılmış, küsüb getmiş qaranquşlar kimi bir də geri dönmür. Keşkə belə olmayaydı...

Bu kitab indi 50 yaşı olan Xəqaninin iziylə lap nağıllardakı kimi dəmir çarıq geyinib yurdu başdan-başa dolanmaqdı, ümidlə, həyəcanla yol gözləməkdi.

Hər yolun başında, sonuncunda qolları uzalı qalmış bir ana dayanıb. O analardan biri də Telli anadı. Oğlunun ölmədiyinə, gələcəyinə hələ də inanan ana!

Xəqaninin doğmalarının, əzizlərinin gözlərində hələ də ümid çırağının sönməməsinin bir səbəbkarı da bəlkə elə sənin “Gözlər yoldan yığılarmı...” kitabındı, Nəzirməmməd dostum.

Sən bir ailənin yaşadığı dramı, faciəni bütövlükdə insanlığın faciəsi kimi göstərə bilmisən. Budur sənin ustalığın.

Saysız-hesabsız sorğulara, jurnalist təhqiqatlarına, axtarışlarına, həqiqəti üzə çıxarmaq yolunda çəkdiyin əzab-əziyyətlərə, görünür, nöqtə qoymağın vaxtı hələ çatmayıb.  Axtarışlar davam edir. Belədə sənin “Gözlər yoldan yığılarmı...” nida-sualına vaxt, zaman cavab verəcək. Verə biləcəkmi?! Böyük Musa Yaqub: “Bu dünya ayrılıqdı, ayrılıq başdan-başa” demiş.

Tanrı Vətənimizi qorusun!

Zülfüqar Şahsevənli



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ