İyulun 26-da Dövlət Gömrük Komitəsinin rəhbərliyi Qobustan, Şamaxı və Siyəzən rayonlarının sakinlərini, eləcə də bu bölgələrdə məskunlaşan məcburi köçkünləri qəbul edib.
Həmin gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Qobustan şəhərində Qobustan və Şamaxı rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbulda vətəndaşların yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinlənib. Müraciətlər əsasən idxal-ixrac əməliyyatları zamanı rəsmiləşdirmə, gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.
Həmin gün Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev isə Siyəzən şəhərində vətəndaşları qəbul edib.
Qəbullar zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Baki-xeber.com