şənbə günü, 14 noyabr 2026
     

Sovet dövrü Azərbaycan tarixinin altını üstünə çevirməyə ehtiyac var

Image


Tarixini bilməyən xalqın manqurtdan heç bir fərqi yoxdur. Xalqımızı 70 il öz hökmranlığı altında saxlayan bolşevizm hökumətinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi siyasət bizi öz tarixi köklərimizdən ayırmağa, tariximizə, tarixi dövlətçiliyimizə, milli ideologiyamıza düşmən münasibət göstərməyimizə xidmət edirdi.

Təəssüf ki, Sovet imperiyasının başbilənləri öz tarixçilərimizin əli ilə 70 il tariximizi qara ləkələrlə “zənginləşdirdilər”. Sovet dövründə Azərbaycan tarixi, demək olar ki, tamamilə saxtalaşdırıldı, əsl qəhrəmanlarımız bizə unutduruldu və onların əvəzinə qondarma qəhrəmanlar tanıdıldı.

1991-ci ildə öz müstəqilliyinə qovuşan Azərbaycan Respublikasının tarixşünasılıq elmi yenidən formalaşmağa başladı. Sovetlərin bizə düşmən kimi təqdim etdiyi xanların, dövlət xadimlərinin, tarixi şəxsiyyətlərin, əslində, gerçək kimlikləri, onların xalqımızın azadlığı uğrunda verdikləri mücadilələr tarixçilər tərəfindən üzə çıxarıldı. Bununla belə, yenə də müasir tarixşünaslıq elmi hələ də tam olaraq bolşevizm ideologiyasının təsirindən çıxa bilməyib və bəzi tarix kitablarda o ideologiyanın təsiri hiss olunmaqdadır. Hətta tarixçilərin verdiyi məlumata görə, son 10-15 ildə nəşr edilən bəzi tarix kitablarında Nadir şah Əfşar, Ağa Məhəmməd şah Qacar, Abbas Mirzə və digər böyük dövlət xadimlərimiz “qaniçən”, “başkəsən”, “işğalçı” kimi təqdim edilir. Məlumatlara görə, nəşr edilən VII cildlik Azərbaycan tarixi kitabında da bu əhval-ruhiyyənin izləri var. Təbii, bu da təəssüf doğuran haldır. Bu gün Sovet dövrü Azərbaycan tarixinin yenidən öyrənilməsinə, yazılmasına ciddi zərurət var. Hətta bəzi tarixçi-ailmlər hesab edirlər ki, həm qədim Azərbaycan dövlətlərinin, həm xanlıqların, həm də Cümhuriyyət dönəminin Sovet dövründə təhrifə uğramış səhifələrinə tamamilə yeni baxış formalaşdırılmalıdır.

Tarixçilər qeyd edirlər ki, İkinci Dünya Müharibəsində Azərbaycanın və azərbaycanlıların iştirakı məsələsinə yanaşmada da Sovet hökuməti xeyli təhriflərə yol verib.

  • Faiq Ələkbərli: “Sovet dövründə ciddi təhriflərə, saxtalaşdırmaya məruz qalan Azərbaycan tarixi yenidən yazılmalı və bütün məsələlərlə bağlı aydın mövqe ortaya qoyulmalıdır”

AMEA-nın Fəlsəfə İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, tanınmış tarixçi-alim Faiq Ələkbərli bizimlə söhbətində bildirdi ki, Sovet dövrü Azərbaycan tarixinin yenidən yazılmasının tərəfdarıdır. O hesab edir ki, bu dövrdə tariximiz total şəkildə saxtalaşdırmaya məruz qalıb və tarixi şəxsiyyətlərimiz, dövlət xadimlərimiz düşmən kimi təqdim edilib. “Sovet dövründə Azərbaycanın dövlətçilik tariximizlə, tarixi dövlət xadimlərimizlə bağlı məlumatlar saxtalaşdırılıb. Sovet dövrü Azərbaycan tarixi yenidən yazılmalıdır. Artıq Sovet ideologiyasının təsirindən qurtarıb tariximizi milli ruhda yazmalıyıq. Çox təəssüflər ki, hələ də bir çoxu Sovet dövrünün təlqin etdiyi psixologiyadan və onun ideologiyasından tam xilas ola bilməyib. Məsələn, bu gün VII cildlik “Azərbaycan tarixi” kitabı var. Bu kitabın 6 cildi keçən əsrin 70-80-ci illərində yazılıb. Ancaq bu kitabın ilk cildi 90-cı illərin əvvəllərində nəşr edildi. O kitaba baxsanız görərsiniz ki, orada elə də böyük dəyişikliklər edilməyib. Orada da yenə Nadir şah Əfşar və Ağa Məhəmməd şah Qacar  “başkəsən”, “qaniçən” kimi təqdim olunur. Halbuki, belə olmalı deyil. Son dövrlər akademik Ramiz Mehdiyevin istər Nadir şahla, İstər Şah İsmayıl Xətai, istərsə də Ağaməhəmməd şah Qacarla bağlı yazdığı kitablarda bu yanaşmanı o da tənqid edir ki, artıq o dövrdən qurtulmaq və yeni milli ruhda yazmaq lazmdır. Ramiz Mehdiyevin kitablarında Nadir şah da, Qacar da, Abbas Mirzə də, onların qurduqları dövlətlər də müsbət istiqamətdə təqdim olunub və onlar türk ruhlu şəxsiyyətlər kimi verilib. Ancaq akademik səviyyədə nəşr olunan VII cildlik Azərbaycan tarixini oxuyarkən görürük ki, Nadir şah Əfşar, Ağa Məhəmməd şah Qacar və onların qurduqları dövlətlər mənfi planda verilib. Yəni demək istəyirəm ki, bu məsələlərə yeni yanaşma lazımdır. O VII cildlik “Azərbaycan tarixi” yığışdırılmalı və milli, obyektiv ruhlu yeni VII cildlik yazılmalıdır. Bu kitabı oxuyan tələbə və şagirdlər birinci cilddə oxuyurlar ki, Azərbaycan xalqı irandillidir, o birində isə Qafqazkökənli olduğu bildirilir. Üçüncü cilddə yazılır ki, Nadir şah və Qacar “başkəsən”, “qaniçəndir”. VII cildlik təəssüf ki, tədrisdədir. Bu kitabın 6 cildi 1997-1998-ci illərdə kiril əlifbası ilə çap olunub. Digər təəssüfləndirici hal ondan ibarətdir ki, 2007-2008-ci illərdə nəşrdə heç bir dəyişiklik edilmədən yenidən 25 min tirajla latın əlifbası ilə nəşr edilib. Mənə məlumat verdilər ki, VII cildlik latın əlifbası ilə nəşr edilən zaman Akademiyanın Tarix İnstitutuna çox qısa vaxt veriblər ki, dəyişiklik edib latın əlifbası ilə çapa buraxsınlar. Kiril əlifbası ilə çap olunan variant üzərində heç bir dəyişiklik edilmədən bu şəkildə çap edilib. 25 min nüsxə ilə çap edilən nəşr isə bütün ali məktəblərdə, kitabxanalarda var. BDU-da və digər ali məktəblərdə akademik səviyyədə çap olunan VII cildlikdən istifadə olunur. Eləcə də orta məktəblərdə. Bu nəşrləri oxuyan Azərbaycan xalqının övladı özünü orada tapa bilməz. Necə ola bilər ki, Nadir şahı, Qacarı, Abbas Mirzəni “qaniçən”, “başkəsən” kimi təqdim edilsin? Bu sırf Sovet dövrünün təsiri ilə yazılan məqamlardır. Hesab edirəm ki, Sovet dövründə ciddi təhriflərə, saxtalaşdırmaya məruz qalan Azərbaycan tarixi yenidən yazılmalı və bütün məsələlərlə bağlı aydın mövqe ortaya qoyulmalıdır” - deyə müsahibimiz vurğuladı.           

  • Firdovsiyyə Əhmədova: “... tarixi ədalət bərpa edilməlidir”

Tarix üzrə fəlsəfə doktoru, dosent, tanınmış tarixçi-alim Firdovsiyyə Əhmədova “Bakı-Xəbər”ə   bildirdi ki, Sovet dövrü Azərbaycan tarixinin yenidən yazılması tarixi ədalətin bərpa edilməsinə xidmət edər. Bu dövrün tarixini yazmaqla bir sıra məqamlara yeni rakursdan baxmağın vacib olduğunu deyən F.Əhmədova hesab edir ki, müasir tarixçilər bu səhifələri yazarkən obyektiv mövqe tutmalıdırlar. “Ümumiyyətlə, istər Sovet dövrü tarixşünaslığı, istər əvvəlki dövrlər olsun, tarix yazılarkən həmin dövrün şərtləri nəzərə alınmaqla və tarix elminin, tarixşünaslığın prinsiplərinə, yəni tarixiliyə, obyektivliyə əməl olunmaqla yazılmalıdır. Yoxsa, hər dövrün ideologiyasına uyğun olaraq əvvəlki tarixə münasibət bildiriləcəksə, bu yenə növbəti konyuktura olacaq. Yəni onda biz heç zaman düzgün, obyektiv tarix yaza bilməyəcəyik. Ona görə də mövcud olmuş Sovet dövrünün ideologiyasına uyğun olaraq, istər Cümhuriyyət, istərsə də əvvəlki dövr tarixinə münasibətdə ideologiyaya sərf edən məqamlar qabardılırdı, yaxud da ona zidd olan məqamlar saxtalaşdırılırdı. Cümhuriyyət tarixinə münasibətdə təbii ki, belə təhriflərə yol verilirdi. Cümhuriyyət dövrü tariximiz müxtəlif epitetlərlə aşağılanırdı, hətta dövlət səviyyəsində heç o təqdim edilmirdi. Ona görə də Cümhuriyyətə münasibətdə, birmənalı olaraq, total saxtalaşdırma vardı və onun tarixi tamamilə təbliğ və tədris olunmurdu. Ümumiyyətlə, bu barədə danışılmırdı da. Dərsliklərdə o barədə məlumat da yox idi. Sadəcə, Müsavat hökuməti əksinqilabçı, kapitalist, “tör-töküntü” bir qüvvə kimi təqdim olunurdu. Bu mənada, təbii ki, biz müstəqilliyimizi bərpa etdikdən sonra bütün ağırlığın məhz Cümhuriyyət dövrünə hədəflənməsi təsadüfi deyildi. Çüni sıfırdan başlayaraq həmin tarixi sənədlər əsasında yenidən yazmağa ehtiyac vardı və bu tələbatdan da irəli gələrək son illər ən çox müraciət edilən dövr Azərbaycan Xalq Cümhuriyyəti tarixidir. Amma bununla yanaşı, orta əsrlər dövrünə münasibətdən, əvvəlki mərhələlərdən və tarixi şəxsiyyətlərdən bəhs edərkən Sovet dövründə yenə də hansısa məqamlar ideologiyaya sərf edirdisə, o qabardılırdı. Məsələn, xalq qəhrəmanlarının başçılığı ilə həyata keçirilən xalq hərəkatları sinfi mübarizə kimi təqdim edilirdi. Yaxud da Nizami də daxil olmaqla, bizim dahi şairlərimizin əsərlərində məhz sosial ədalət prinsipi önə çəkilir, ədalətli şah obrazı təbliğ edilirdi. Yəni onların əsərlərində də sırf sosialist ideologiyasına yaxın olacaq məqamlar axtarılır, tapılır və o vurğulanır, qabardılır, olduqca şişirdilmiş halda təqdim olunurdu. Bu səbəbdən də Sovet dövründə yaradılan tarix bu quruluşun ideologiyasına sərf edən bir tarix idi. Stalin dövründə hətta tarixi pyeslərin belə korrektura, redaktə olunmasında şəxsən Stalinin özü iştirak edirdi. Stalinin əli ilə üzərində qeydlər olan həmin tarixi sənədlər toplusu da işıq üzü görüb. Mən hələ tarixi sənədləri, protokol və stenoqramları demirəm. Bu tarixdə belə bir konyuktur yanaşma obyektiv ola bilməz. Amma biz müstəqillik dövründə təbii ki, o səhvləri bilirik və nəzərə almalıyıq, adekvat olaraq onun əksinə olan konyuktur mövqe tutmamalıyıq”.

F.Əhmədovanın sözlərinə görə, tarix olduğu kimi yazılmalıdır. Tarixşünaslığın daha çox subyektivliyə məruz qalan bir elm olduğunu deyən F.Əhmədovanın dediyinə görə, burada müəllifin dünyagörüşü, münasibəti, istər-istəməz, öz rolunu oynayır. “Amma tarixin ümumi qəbul olunmuş qayda və prinsipləri, fəlsəfəsi, yanaşma tərzi,  kateqoriyaları var. Ona görə də bu konsepsiyaları nəzərə alaraq biz əvvəlki tariximizi də, son dövr tariximizi də, müasir tariximizi də konyukturadan uzaq yazmalıyıq. Əks təqdirdə bizim yazdığımız tarix, tarixşünaslığımız dünya elmi tərəfindən qəbul olunmayacaq”.

Sovet dövrü tarix kitablarında, hətta müasir dövrdə yazılan analoji nəşrlərdə Azərbaycanın dövlət xadimlərinin “qaniçən”, “başkəsən” kimi təqdim edilməsi iddialarına münasibət bildirən F.Əhmədovanın fikrincə, Azərbaycanın xanlıqlar dövrünü yazarkən burada obyektivlik mütləq mənada gözlənilməlidir. “Hansısa bir dövlət xadimimiz haqqında “başkəsən”, “qaniçən” kimi fikirlər yer alıbsa, bu o demək deyil ki, həmin şəxslərdən Milli Qəhrəman obrazı yaratmaq lazımdır. Yəni Sovet dövründə “düşmən” kimi təqdim edilən şəxsiyyətləri indi Milli Qəhrəmana çevirməyin özü də onun tam tərsi olan konyukturadır. İstər Nadir şah, istər Qacar, istərsə də başqaları olsun, şəxsiyyətləri öz dövrünün şərtləri çərçivəsində, onların fəaliyyəti olduğu kimi göstərilməli, motivləri şərh olunmalıdır. Tarixçi nə vəkillik, nə də ittihamçı mövqeyində dayana bilməz. Tarixçi elm adamıdır və bu kimi məsələlərə elmi cəhətdən yanaşmalıdır. Münasibət bir neçə müstəvidə ola bilər. Buna ideoloji, siyasi və elmi müstəvidə yanaşılır. Əgər elmi müstəvidə münasibət bildirilirsə və burada ideoloji, siyasi qatqı olacaqsa, artıq o elmi yanaşma olmayacaq. Ona görə də istər VII cildlik Azərbaycan tarixi, istərsə də ayrı-ayrı monoqrafiyalar olsun, burada tarixçinin prinsipial mövqeyi, elmi yanaşma öz əksini tapmalıdır. “Sovet dövründə bu şəxsiyyətlər qəhrəmandırsa, onlar indi düşmən sayılmalıdır, yaxud, əksinə, düşmən idisə, qəhrəman kimi təqdim olunmalıdır” yanaşması düzgün deyil”.     

Sovet tarixşünaslığında Azərbaycanın və azərbaycanlıların İkinci Dünya Müharibəsində iştirakı səhifəsində də müxtəlif saxtalaşdırma və təhrifləri də təhlil edən F.Əhmədova bildirdi ki, bu məsələyə də yeni yanaşma tələb olunur. “Təbii ki, bu məsələdə də ideoloji yanaşmalar olub. Nəin ki, ideoloji yanaşma, hətta SSRİ-nin İkinci Dünya Müharibəsində müttəfiqlərinin də münasibəti mübahisəli bir məsələ kimi müzakirə edilir. Bilirsiniz ki, həmin dövrdə ABŞ və İngiltərə SSRİ-nin müttəfiqləri idilər. Hələ də o mübahisələr gedir ki, SSRİ-nin faşizm üzərində qələbə çalmasında hansı müttəfiq dövlətin mövqeyi daha üstün olub və sair. O cümlədən də İkinci Dünya Müharibəsində azərbaycanlıların iştirakı məsələsi də həmin dartışdırılan məsələlərdəndir. Azərbaycanlıların İkinci Dünya Müharibəsində göstərdikləri fədakarlıqlar, mübarizəsi, həm maddi, həm də canlı qüvvə baxımından verdikləri qurbanlar təkcə Azərbaycan tarixşünaslığında deyil, dünya tarixşünaslığında da öz əksini tapmalıdır. Bunun üçün də biz bu məlumatları daha səhih sənədlərə əsasən təqdim etməliyik ki, qarşı tərəfdən bizə heç bir irad bildirilməsin. Yaxud da legionerlərimizin İkinci Dünya Müharibəsində əks tərəfdən Sovet dövlətinə qarşı mübarizə aparması da yenidən araşdırılmalıdır. Bunların hamısının üzərindən sükutla keçməklə həllini tapa bilməz, yaxud da qarşılıqlı ittihamlarla ifadə oluna bilməz. Legionerlərin hansı motivlə həmin mübarizədə iştirak etmələri obyektiv göstərilməli, məramları nə idi, səhvləri nə idi, nəyin uğrunda mübarizə aparırdılar, onlar faşizmi dəstəkləyirdi, yoxsa yox? Yəni bunlar hamısı tariximizdə öz əksini tapmalıdır. Digər tərəfdən, Sovet İttifaqını öz vətəni bilib, onun uğrunda vuruşan azərbaycanlıları birmənalı düşmən kimi qələmə verməyin özü də yanlış münasibətdir. Ümumiyyətlə, 70 illik Sovet tarixinin hər bir səhifəsinə münasibətdə də, 70 illik tariximizi yazarkən də obyektiv yanaşma, baxış sərgilənməlidir. Eyni zamanda da Sovet dövründə əvvəlki dövrə bəslənən mənfi münasibət yenidən işlənməli, yazılmalıdır, tarixi ədalət bərpa edilməlidir. Yoxsa, bilirsiniz, akademik nəşrlərdir deyə ildən-ilə onları təkrarlayıb çap etmək düzgün yanaşma deyil” - deyə ekspert qeyd etdi. 

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ