şənbə günü, 14 noyabr 2026
     

Sovet dövrü bəzi Azərbaycan tarixçilərinin elmi işləri müstəqil dövlətçilik ideologiyası ilə aşkar ziddiyyətə keçdi – Bəzi işlər ləğv oluna bilər...

Image


Bolşevik istilasından sonra Azərbaycan tarixi tamamilə saxtalaşdırmaya məruz qaldı. Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə yanaşı, qədim dövlətçilik tariximiz, o cümlədən də xanlıqlar dönəmi büsbütün təhrifə uğradıldı. Bunu bolşevizm ideologiyasının mahir icraçıları olan Azərbaycan tarixçiləri həyata keçirməyə başladılar.

Azərbaycanın milli dövlətçilik ideologiyasının, müstəqilliyinin əleyhinə minlərlə dissertasiya, kitablar yazılaraq nəşr edildi. Özü də bu kitabları, dissertasiyaları yazan şəxslər nəinki elmi adlar alıb, elmlər namizədi, elmlər doktoru, professor oldular, hətta dövrün yüksək mükafatları ilə təltif edildilər. Azərbaycanın dövlət müstəqilliyi, milli dövlətçilik ideologiyamızla ziddiyyət təşkil edən həmin alimlərin elmi işləri, dissertasiyaları, kitabları yenə də arxivlərdə, kitabxanalarda saxlanır, yeri gəldikdə isə istinad yerinə çevrilir. Azərbaycanın dövlət müstəqilliyi əleyhinə yazılan dissertasiyaların, kitabların taleyi necə olmalıdır?

Ekspertlər qeyd edirlər ki, dövlət müstəqilliyimiz əleyhinə yazılmış dissertasiyalar və kitablar, bütövlükdə, arxivlərdən, kitabxanalardan yığışdırılmalıdır. Hətta bəzi ekspertlər hesab edirlər ki, dövlətçiliyimiz əleyhinə yazan və buna görə elmlər namizədi, elmlər doktoru kimi elmi dərəcələr alan, həyatda olan alimlərin elmi adlarının alınması zəruridir. Onların fikrincə, bu şəxslərin elmi fəaliyyəti, bütövlükdə, Azərbaycan tarixini saxtalaşdırmağa, eləcə də dövlətçiliyimiz əleyhinə yönəlib, bu halda onların təqaüd və maaşları saxlanmaqla elmi dərəcələri və elmi adları ləğv olunmalıdır. Azərbaycanın dövlətçiliyi əleyhinə yazan tarixçilərin “elmi araşdırmaları” bu günün qəti zərərinə olduğu üçün, aidiyyəti qurumlar bununla bağlı tədbirlər görməlidirlər.

Alimlər hesab edirlər ki, Azərbaycan tarixinin Sovet dövrünün yenidən yazılmasına ciddi ehtiyac var və yeni elmi araşdırmalar vaxtilə saxtalaşdırılan tariximizin haqqını özünə qaytara biləcək.

Yeri gəlmişkən, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov müsahibələrindən birində Azərbaycan tarixinin Sovet dövrünün yenidən yazılacağını bildirib.

  • Məhərrəm Zülfüqarlı: “Tarixçi-alimlərin bəziləri təklif edirdi ki, Sovet dövründə Azərbaycanın dövlət müstəqilliyi əleyhinə elmi işlər yazan şəxslərin elmi adları əllərindən alınsın və onlara cinayət işi açılsın”

Azərbaycanın dövlət müstəqilliyi əleyhinə yazılan dissertasiyaların, kitabların yığışdırılması, eləcə də bu nəşrlərin müəlliflərinin elmi dərəcə və adlarının alınması ilə bağlı fikirlərə münasibət bildirən tanınmış tarixçi-alim, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə bildirdi ki, bu məsələ uzun müddətdir elmi ictimaiyyətdə müzakirə edililr. Azərbaycan tarixinin Sovet dövrünün yenidən yazılmasına münasibət bildirən M.Zülfüqarlı qeyd etdi ki, o özü belə bir kitab yazıb və tariximizin saxtalaşdırılmış hissələrini bərpa edib. “Mən Sovet dövrünün tarixşünaslığını yenidən yazmışam və artıq kitabı nəşr etdirmişəm. 1920-1991-ci illəri əhatə edən bir elmi araşdırma ortaya qoymuşam. Həmin kitabda Azərbaycanın dövlət müstəqilliyi əleyhinə yazılan dissertasiyaların, kitabların yığışdırılmasını, eləcə də bu nəşrlərin müəlliflərinin elmi dərəcə və adlarının alınmasını tələb edən tarixçi-alimlərin də fikirləri var. Hətta tarixçi-alimlərin bəziləri təklif edirdi ki, Sovet dövründə Azərbaycanın dövlət müstəqilliyi əleyhinə elmi işlər yazan şəxslərin elmi adları əllərindən alınsın və onlara cinayət işi açılsın. Ancaq mən bu fikrin tərəfdarı deyiləm. Çünki hər dövrün özünün xüsusiyyətləri var. Sadəcə olaraq onların yol verdiyi saxtakarlıqlar aradan qaldırılmalıdır. Hətta 1997-ci ildə Heydər Əliyev Milli Elmlər Akademiyasında olarkən də demişdi ki, XX əsr Azərbaycan tarixi yenidən yazılmalıdır. Sovet dövrü tariximiz yazılmalıdır. Ancaq fikrimcə, həmin şəxslərə qarşı bu cür radikal yanaşma sərgiləmək lazım deyil. O insanların böyük əksəriyyəti həyatda deyil və bu baxımdan da onların ruhlarını incitmək olmaz. Çünki Sovet dövründə Azərbaycan xalqının ziyalıları o çətin şəraitdə yaxşı əsərlər yazıblar” - deyə M.Zülfüqarlı qeyd etdi.

  • Faiq Ələkbərli: “... özlərində cəsarət tapıb öz elmi işlərindən, dissertasiyalarından, kitablarından və elmi dərəcə və titullarından imtina etməlidirlər”

AMEA-nın Fəlsəfə İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, tanınmış tarixçi-alim Faiq Ələkbərlinin fikrincə isə həmin şəxslərin elmi dərəcələri və elmi adlarının alınması zəruri olsa da, onlara qarşı bunu həyata keçirmək mümkün olmayacaq. “Bu vacib olsa da, onların elmi adlarının və dərəcələrinin əllərindən alınması o qədər də asan məsələ deyil. Çünki həmin elmi dərəcələri və elmi adları onlar Sovet dövrünün şərtləri altında alıblar. Əlbəttə, burada bir məsələ var. Sovet ideologiyasının təsiri və təzyiqi altında Azərbaycanın dövlətçiliyi əleyhinə yazan, dissertasiya müdafiə edən, milli tariximizi saxtalaşdıran insanlar etiraf etməlidirlər ki, onlar tariximizi saxtalaşdırıblar. Buna görə də xalqımızdan üzr istəməlidirlər. Hesab edirəm ki, o insanlar özlərində cəsarət tapıb öz elmi işlərindən, dissertasiyalarından, kitablarından və elmi dərəcə və titullarından imtina etməlidirlər. Yəni onlar imtina edə bilərlər. Lakin onların heç biri indiyə qədər etiraf etməyiblər ki, bəli, Cümhuriyyət dövrü tarixini saxtalaşdırıblar, xanlıqlar dövrü haqqında həqiqətə uyğun olmayan fikirlər yazıblar, Ağa Məhəmməd şah Qacarı, Nadir şah Əfşarı, Abbas Mirzəni və başqa qüdrətli şəxsiyyətlərimizi qaniçən, başkəsən kimi təqdim ediblər. Səfəvilərə qarşı da eyni yolu tutublar. Bu şəxslər Sovet dövründə Azərbaycan dövlətçiliyinin əleyhinə yazmaqla, tariximizi saxtalaşdırmaqla, böyük dövlət xadimlərimizə çirkab atmaqla elmi dərəcələr, elmi adlar alıblar. İndiki halda nə Ali Attestasiya Komissiyası, nə də Milli Elmlər Akademiyası tərəfindən onların elmi adlarının alınması çox çətindir. Qeyd etdiyim kimi, onlar bunu Sovet dövründə alıblar” - deyə alim vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ