Warning: opendir(/home/sites/bakixeber/cache/): failed to open dir: No such file or directory in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Baki Xeber - News
23/08/2019 22:37
728 x 90

Nəsimi Icra Hakimiyyəti rayon ahılları üçün Yanardağ Təbiət Qoruğuna istirahət turu təşkil etdi

img

İyulun 19-da Nəsimi Rayon İcra Hakimiyyəti bir qrup müharibə veteranı, şəhid ailələri, ahıllar və əlillərin Yanardağ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna istirahət turunu təşkil edib.

Öncə Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva ahılları, müharibə veteranları və şəhid analarını salamlayaraq, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ahıl insanlara, veteranlara, şəhid ailələrinə, əlillərə, aztəminatlı ailələrə göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirib ki, bu gün Azərbaycanda həyata keçirilən sosial siyasət ölkənin hər bir vətəndaşını əhatə edir. Nahar süfrəsi arxasında davam edən görüşdə rayon ağsaqqaları, Əmək və Silahlı Qüvvələr Veteranları onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Səmimi söhbət zamanı veteranlar bildiriblər ki, bu gün ölkəmizdə aparılan geniş quruculuq işləri, sabitlik onları çox sevindirir. Bakı şəhərinin və regionların günü-gündən abadlaşdırılması və gözəlləşdirilməsi, Bakıda və diğər şəhərlərdə keçirilən beynəlxalq tədbirlər onları fərəhləndirir. Tədbir incəsənət ustalarının konsert proqramı ilə başa çaıb.

Baki-xeber.com

Son xəbərlər