şənbə günü, 14 noyabr 2026
     

Şəhid ailəsi ziyarət edildi – Mərdəkanda…

Image


Məcburi köçkünlərin məskunlaşdığı Mərdəkan qəsəbəsindəki “Abşeron” sanatoriyasının sonuncu mərtəbəsinə qalxırıq... Qeyd edək ki, şəhid ailəsini ziyarət “Azərbaycanın Bütövlüyü Uğrunda İctimai Birliyin "Azərbaycançılıq və hərbi vətənpərvərlik ideyalarının gənclər arasında təbliği" layihəsi çərçivəsində baş tutdu... Enli, lakin köhnə taxtalarla döşənmiş pilləkənlər bizi getdikcə daralan dəhlizə doğru aparır. Mənzil başına yetişəndə qapını daxilən kədərli, çöhrəsi isə təəccüblə dolu bir qadın açır. Məqsədimizi, təşrif buyurmaq səbəbini təkrar-təkrar soruşduqdan sonra bir qədər duruxur, nəhayət uzun illər ürəyində gizlətdiyi ağrı-acıları dilə gətirir: “27 ildir ki, burada məskunlaşmışıq. İlk dəfədir ki, siz qapımızı döyürsünüz. Şəhid ailəsi, məcburi köçkün olmağımıza baxmayaraq heç kim bizimlə maraqlanmayıb”. Haqqında söhbət açdığımız 1992-ci ildə Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Şirin Mirzəyev tərəfindən yaradılmış kəşfiyyat dəstəsinin (xüsusi təyinatlı hücum dəstəsinin) komandiri-leytenant Yavər Babayevin həyat yoldaşı  Mülayim Babayevadır. Şəhidin həyat yoldaşından öyrəndik ki, Yavər Babayev 1959-cu ilin iyul ayının isti günlərindən birində Ağdam rayonu Tərneft kəndində, zəhmətkeş bir ailədə anadan olub. Yaşıdları kimi məktəbə gedib, oranı bitirdikdən sonra sovet ordusuna hərbi xidmətə yola düşüb. Hərbi xidməti başa vurduqdan sonra doğma kəndinə dönüb. Əvvəl oxuduğu Gəncə Politexnik Texnikumunda (indiki Gəncə Texniki Kollecində) təhsilini davam etdirib. Məzun olduqdan sonra isə savxozda dinc əməklə məşğul olub. 1982-ci ildə el-obasının ləyaqətli bir qızı ilə ailə qurub, övlad sahibi olub. 1992-ci ildə Tərneft kəndinin gəncləri erməni təcavüzkarlarına qarşı səfərbər olub birləşir, xalqının, vətəninin dar günündə silaha sarılırlar. Kənddə yaradılmış Ağdam özünü müdafiə batalyonunun rota komandiri isə vətənpərvər və cəsur olduğu üçün bütün həmyerlilərinin hörmətini qazanmış Yavər Babayev seçilir.

Göz yaşları içərisində boğulan Mülayim Babayeva söhbəti davam etdirir: ”Yavərin yadigar 2 oğul övladı var. O, döyüşə gedəndə uşaqlar körpəydi. Deyirlər, övlad dünyanın ən gözəl nemətidi. Amma onda elə bir vətən sevgisi, elə bir torpaq təəssübkeşliyi vardı ki, uşaqlar heç gözünə də görünmədi. Onun şəhid olması ailəmizə böyük bir zərbə oldu. Az keçmədi ki, ikinci bir böyük zərbə ilə üz-üzə qaldıq. Torpaqlarımız, yurd-yuvamız işğal olundu. Nə edəcəyimi, hara gedəcəyimi də bilmirdim.Nə yaxşı ki, həyatımızda doğmalarımız var, onların sayəsində ayaqda qalmağı bacarıq. Bacım-qardaşım, atam, həmcinin Yavərin doğmaları bir problem olanda başımızın üstünü kəsdirirdilər. Uzun illərdi, didərginlik həyatının əzab-əziyyətlərini Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən “Abşeron” sanatoriyasının 6-cı korpusunun ucuq-sökük binasında çəkirik. Heç bir normal şəraiti olmayan bu korpusda necə deyərlər, kirpiyimlə od götürərək, balalarımı boya-başa çatdırdım, çalışdım tərbiyəli, savadlı, atalarının adına layiq övlad olsunlar. Şükür ki, buna nail oldum. Saleh atası kimi hərbi sahəni seçdi, kapitandır. Mübariz isə Daxili İşlər Nazirliyinin əməkdaşıdır. Hər bir Azərbaycan vətəndaşı kimi bizim ailəmizin də ən böyük arzusu işğal altındakı torpaqlarımızın azad edilməsi, o torpaqlarda uyuyan şəhidlərimizin məzarının ziyarət olunmasıdır”.

 Mülayim xanım deyir ki, dövlətimiz sağ olsun ki, şəhid ailələrinə imtiyazlar verib.

Şəhid Y.Babayevlə çiyin-çiyinə vuruşmuş Qarabağ qazisi Rafiq Kərimov həm də onun qaynıdır. O günləri kədərlə xatırlayan keçmiş döyüşçü bildirdi ki, Yavəri döyüşçülərin gözündə ucaldan hücum vaxtı əsgərlərdən öndə durması, döyüşürkən özünü tamamilə unutmasıdır:” Sırxavənd kəndi işğal olunduqdan sonra erməni ordusu Əliağalı kəndinə girmişdi. Amma biz onları geri oturtmaqla Yeni Qaralar və Sırxavənd kəndləri arasında mudafiə mövqeyini bərpa etdik. Şirin Mirzəyevin məqsədi Yavər Babayevin bölüyünü və bir tankı ekipajı ilə nəzərdə tutulmuş mövqeyə yerləşdirərək, möhkəmlətmək idi. Sırxavənddə şəhid olmuş, itkin düşmüş və yaralanmış döyüşçülərimizin olması bizi çox sarsıtmışdı. Buna baxmayaraq bizə ən vacib olan müdafiə mövqeyini gücləndirmək idi. Kəşfiyyatdan yenicə gəlmiş Yavər zabitlər üçün otaqda uzanmışdı. Çox yorğun və üzgün idi. Sanki şəhid olacağını anlamışdı. İkimiz idik otaqda... Dedi ki, komandir deyir bölüyü yığ, gəl Qaralara. Amma getməyə həvəsim yoxdu nəsə. Dedim ki, sən dincəl. Bölüyü mən aparım. (Mən onun müavini idim). Sözlərimi bitirən kimi o, cəld çarpayıdan sıçrayaraq ayağa qalxıb, dedi: “Komandirin əmrini yerə sala bilmərəm!”

Həmin gün Ş.Mirzəyev 18 nəfər olmaqla yenidən Sırxavənd kəndinə kəşfiyyat qrupu göndərdi. Məqsəd yaralı və ya şəhid olmuş döyüşçüləri ordan götürmək idi. Biz müəyyən etdiyimiz mövqeyə baxış keçirmək məqsədilə Daxili Qoşunların durduğu mövqedən keçərək bir az da qabağa getdik. Maşınlardan düşdük, Mirzəyev, Qahir Həsənov, Yavər Babayev və “Arkadaş” ləqəbli Fəxrəddin mövqeyə yenidən baxaraq məsləhətləşmələr aparırdılar.Yekunlaşdırıb maşınlara minib qayıtmaq istəyirdik. Ş.Mirzəyevin UAZ-ında sürücü ilə birlikdə 6-nəfər varıydı. Mən iki dəfə cəhd elədim ki, onların maşınına minim, yerləşə bilmədim. Başqa maşına əyləşdik. Komandirgillə bizim maşının ara məsafəsi 4-5 metr olardı. Orada kiçik bir yoxuş var idi ki, qalxan kimi yol sola dönür və həmin döngəyə də əsgərlərin durduğu səngər birləşirdi. Bunlar döngəyə girən kimi partlayış oldu. Elə bildim Fərrux dağından atırlar. Tez ora qaçdım və gözlərimə inanmadım. Qabaq sağ qapı tərəfdən Mirzəyev əlində rabitə dəstəyi yerdə uzanılı halda idi. Silkələdim, “komandir, komandir” qışqırdım. Komandir bircə kəlmə - "Nə olub?" - dedi. Komandirin dilindən son dəfə eşitdiyim o kəlmələr oldu. Sürücü Mubariz sinəsilə sükana yapışmış vəziyyətdəydi və maşının siqnalı çalırdı. Fəxrəddin qışqırdı ki, tez komandiri, Mubarizi (sürücü) bir də Arazı maşına mindirək. Biz bunu bir anda etdik. Mubarizi maşına güclə mindirdik. Qahir Həsənovun ayağının biri qopmuşdu, son nəfəsiydi. Qaranlıq düşmək üzrəydi. Yavəri isə tapa bilmirdim. Bir az gəzdikdən sonra Yavərin meyidin 12-13 metr aralıda arxası üstə otdan görünməyən daş komasının üstündən tapdım. Sonda sanitar UAZ gəldi. Bu üç igidi götürüb Sarıcalı hospitalına gətirirdik. Yolda mənim qardaşımla Yavərin qardaşı qarşımza çıxdı. Ona qədər sanitarın sürücüsünə və həkimə qışqırmaqdan başqa heç nə edə bilmirdim. Lakin bunları görəndə bir kəlmə qışqırıb ağladım ki, Yavərgil yoxdu”.

Mənzillə təmin olunmaq məsələsinə gəlincə, Mülayim Babayeva bildirdi ki, Abşeron sanatoriyasında məskunlaşan qaçqınların yarısını köçürüblər: “Bizə isə hələlik köməyimiz haqqında dəqiq bir söz deyən yoxdur. Xəzər Rayon İcra Hakimiyyətindən bildiriblər ki, bizi də köçürəcəkər, lakin neçə il keçməsinə baxmayaraq sanatoriyada yaşayırıq. İndiyə qədər mən problemlərim barədə heç kimə  müraciət etməmişəm. 29 il ərzində birinci dəfə sizsiniz ki qapımı döyürsünüz. Şəhid yoldaşımın adını nəvəmə qoymuşam. Qaçqın və çəhid ailələrinə evlərin verilmə mərasimini hər dəfə televiziyada göstərəndə nəvəm soruşur ki, mənim də babam şəhid olub, bəs niyə bizə ev vermirlər? Hazırda 9 nəfər ailə üzvü ilə bir otaqda yaşayırıq”.

Alim



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ