23/08/2019 00:56
728 x 90

Milli Mətbuat Günü münasibətilə “Kontakt Home” “Bakı-Xəbər”in adına 250 ədəd ağac əkib

img

“Kontakt Home” Milli Mətbuat Günü münasibətilə “Bakı-Xəbər” qəzetinə təbrik məktubu ünvanlayıb.

Şirkət “Avtovağzal” metrostansiyası yaxınlığına qəzetimizin adına 250 ədəd ağac əkib. “Həsən bəy Zərdabinin “Əkinçi” qəzetinin nəşri ilə simvolizə olunan Mətbuat Günü münasibətilə sizi təbrik edirik. Azərbaycan mətbuatının inkişafına verdiyiniz töhfələr üçün sizə “Kontakt Home” adından təşəkkür edirik. “Əkinçi”nin davamçısı olaraq sizin adınıza “Avtovağzal” metrostansiyası yaxınlığında 250 ədəd ağac əkmişik” - deyə şirkətdən qəzetimizə göndərilən təbrik mətnində bildirilir.

“Bakı-Xəbər”i diqqətdə saxladığı üçün “Kontakt Home”a  öz təşəkkürümüzü bildiririk.

Xəbər xidməti 

Son xəbərlər