07/12/2019 10:18
728 x 90

Müxtəlif ixtisaslar üzrə keçid bu il də 50-70 bal aşağı salınacaq…

img

2019-cu ildə keçirilən qəbul imtahanları başa çatıb. Ali məktəb və kolleclərə ixtisas seçiminin vaxtı müəyyənləşib. Ümumiyyətlə, ali məktəb tələbəsi olmaq üçün ixtisas seçimində düzgün yanaşma həlledicidir.

Ötən illə müqayisədə bu il ixtisas qrupları üzrə plan yerlərinin sayı artırılıb. Bu isə cari ildə imtahan verən abituriyentlər üçün seçim şansını artırır.

  • Kamran Əsədov: “… 2018-ci illə müqayisədə imtahanlarda yüksək bal toplayan abituriyentlərin sayının az olduğunu göstərir”

Ehtimal olunur ki, bu il ixtisas seçimi zamanı keçid balları aşağı salınsın. Təhsil eksperti Kamran Əsədov qeyd etdi ki, 2019-cu ildə ixtisaslar üzrə keçid balları I və IV qrupda azı 50-70 bal aşağı düşəcək.

O, Dövlət İmtahan Mərkəzinin “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” vəsaitinə istinadən builki imtahanların nəticələri haqqında statistikaya toxundu. Ekspert bildirdi ki, I ixtisas qrupu üzrə 1 nəfər 690-700 arası bal toplayıb: “14 nəfər 680-690 arası bal, 29 nəfər 670-680 arası bal, 46 nəfər 660-670 arası bal, 53 nəfər 650-600 arası bal toplayıb. Ümumilikdə, I ixtisas qrupu üzrə 650-dən çox bal toplayan abituriyentlərin sayı 143 nəfər, 600-dən çox bal toplayan abituriyentlərin sayı 554 nəfər, 500-dən çox bal toplayan abituriyentlərin sayı 1866 nəfər, 400-dən çox bal toplayan abituriyentlərin sayı isə 3939 nəfərdir. Yəni 2018-ci illə müqayisədə bu il imtahanlarda yüksək bal toplayan abituriyentlərin sayı azdır.

Üç nəfər IV ixtisas qrupu üzrə 690-700 arası bal toplayıb. 111 nəfər 680-690 arası bal, 22 nəfər 670-680 arası bal, 26 nəfər 660-670 arası bal, 39 nəfər isə 650-600 arası bal toplayıb.

Ümumilikdə isə IV ixtisas qrupu üzrə 650-dən çox bal toplayan abituriyentlərin sayı 101 nəfər, 600-dən çox bal toplayan abituriyentlərin sayı 378 nəfər, 500-dən çox bal toplayan abituriyentlərin sayı 1083 nəfər, 400-dən çox bal toplayan abituriyentlərin sayı isə 1831 nəfərdir. Bu da 2018-ci illə müqayisədə imtahanlarda yüksək bal toplayan abituriyentlərin sayının az olduğunu göstərir”.

Günel CƏLİLOVA

Son xəbərlər