23/08/2019 22:31
728 x 90

Baş prokuror Zakir Qaralov Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə nazirini qəbul etdi

img

İyulun 16-da Baş prokuror Zakir Qaralov ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri Dr.Valid bin Mohammad Al-Samaaninin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. 

Qonaqları  salamlayan Baş prokuror ölkələrimiz arasındaformalaşmış zəngin tarixə malik və ildən-ilə daha da genişlənən dostluq və səmərəli əməkdaşlıq münasibətləri haqqında danışıb, qarşılıqlı etimad və dəstəyə əsaslanan ikitərəfli əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun rolunu xüsusilə vurğulayıb.

Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan ərazilərinin 20%-nin erməni işğalı altında olması, 1 milyondan artıq qaçqın və məcburi köçkünümüzün doğma yurdlarından didərgin düşməsini qeyd edən Zakir Qaralov bu məsələdə Azərbaycanın haqlı mövqeyinə Səudiyyə Ərəbistanı Krallığı tərəfindən göstərilən dəstəyin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirən nazir Dr.Valid bin Mohammad Al-Samaani ölkələrimizin hüquq mühafizə orqanları arasında mövcud olan sıx əlaqələrdən məmnunluq ifadə edərək, iki ölkənin Ədliyyə nazirlikləri arasında imzalanmış Əməkdaşlıq Proqramının əhəmiyyətindən və hüquq sahəsində fəaliyyət göstərən peşəkarlar üçün ixtisasartırma və təcrübə mübadiləsinin perspektivlərindən danışıb.

Söhbət zamanı Azərbaycan Prokurorluğunun fəaliyyət istiqamətləri barədə məlumat verən Baş prokuror prokurorluq orqanları tərəfindən cinayət işlərinin istintaqı, dövlət ittihamının müdafiəsi və qanunların icrasına nəzarət işinin həyata keçirilməsinin xüsusiyyətlərini qonaqların nəzərinə çatdırıb.

Görüşdə maraq kəsb edən sahələr üzrə səmərəli fəaliyyətin davam etdirilməsinin əhəmiyyəti vurğulanmaqla, digər konkret mövzularda da ətraflı fikir mübadiləsi aparılıb.

Son xəbərlər