23/08/2019 22:28
728 x 90

Kapron butulkalarda sərinləşdirici içki satışında qorxulu qayda pozuntusu – soyuducudan bayıra, bayırdan soyuducuya…

img

Havaların isinməsi ərzaq məhsullarının saxlanmasına diqqətin daha da artması məsələsini gündəmə gətirir. Bu gün meyvə-tərəvəzin 30-35 dərəcə temperaturda günəş şüalarının altında satılması adi hala çevrilib. Təbii ki, yay aylarında tələbatın daha da çoxaldığı su xüsusilə narahatlıq yaradan problemlərdəndir. Çünki ölkənin bütün topdan və pərakəndə satış obyektlərinin qarşısında müxtəlif qablarda qablaşdırılımış suların alqı-satqısının həyata keçirildiyini görmək mümkündür.

Yol kənarında satılan sular günün müəyyən saatlarında soyuducuda, bəzi vaxtlarda isə açıq havada satışa çıxarılır. Beləliklə, plastik butulkalarda olan sular soyuducudan açıq havaya, açıq havadan isə təkrar soyuducuya qoyulur. Təbii ki, bu, suyun tərkibinə mənfi təsir göstərir.

Ekspertlər isə plastik qablarda satılan suyun insan üçün zərərli olduğunu deyirlər. Amma buna baxmayaraq, satıcılar bu məsələni qətiyyən düşünmürlər. Nəticədə müxtəlif plastik və şüşə qablardakı sular açıq havada, xüsusilə isti şəraitdə qaldıqdan sonra standartlara cavab verib-vermədiyi bilinmədən istifadə olunur.

  • Eyyub Hüseynov: “... insanları tədricən zəhərləyir”

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirdi ki, sahibkarlıq subyektləri dövlətin yaratdığı toxunulmazlıq şəraitindən tam sui-istifadə edir və istehlakçı hüquqlarını pozurlar: "Bu sahədəki problemlərin aradan qaldırılması istiqamətində Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətindən çox şey gözləyirik. Fikrimcə, xüsusilə plastik qablardakı suların günəş şüaları altında satılması təhlükəlidir. Çünki bu sular insanların sağlamlığında öz mənfi izlərini qoyur. Onların tərkibindəki kimyəvi maddələr yayda aktivləşərək sulara miqrasiya edir və insanları tədricən zəhərləyir. Bu cür sular, ən azı, otaq temperaturunda saxlanmalıdır. Hətta körpə qidaları da 20 dərəcə temperaturdan aşağı saxlanmalıdır. Mağazalarda isti şəraitdə saxlanan uşaq qidaları körpələri tədricən zəhərləyir".

  • Rasif Bağırov: “Açıq havada satılan içkilər insan orqanizmi üçün zərərlidir

Həkim-ekspert Rasif Bağırov bildirdi ki, plastik butulkalarda satılan suların soyuducudan çıxarılıb açıq havaya qoyulması, sonradan təkrarən həmin suların soyuducuya qaytarılması insan sağlamlığına ciddi zərər vurur. Onun sözlərinə görə, yay fəslində qidaların açıq havaya çıxarılması onların həm temperatur təsirinə məruz qalmasına, həm qidada xarabolma prosesinin başlamasına və həmçinin, insan orqanizmi üçün artıq qeyri-sağlam hala düşməsinə səbəb olur: “Havaların isti keçdiyi vaxtda açıq havada plasmas qablarda satılan suları insanlar alıb istifadə edirlər. Bu suların alınıb istifadə edilməsi də insan orqanizmi üçün təhlükəlidir. Açıq havada satılan içkilər insan orqanizmi üçün zərərlidir, xüsusilə də zəhərlənmə və mədə-bağırsaq pozuntularına gətirib çıxara bilər”.

Günel CƏLİLOVA

Son xəbərlər