24/07/2019 01:17
728 x 90

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Xızıda vətəndaşları qəbul edib

img

İyulun 12-də Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov Xızı rayonunun sakinlərini, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünləri qəbul edib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatına görə, qəbulda vətəndaşların gömrük məsələləri ilə bağlı müraciətlərinə baxılıb. Müraciətlər əsasən  gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Baki-xeber.com

Son xəbərlər