17/09/2019 01:05
728 x 90

Dövlət Agentliyi Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə hazırlaşır

img

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu sığorta növünün tətbiq olunması ərəfəsində hazırlıq işlərini davam etdirir. Trendin məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Azərbaycanda İcbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" tvinninq layihəsinin bağlanış mərasimində bildirib.

Sədrin sözlərinə görə, bu ilin sonunadək hazırlıq işləri çərçivəsində rayon və şəhərlərdə maarifləndirmə işləri aparılacaq.

Z.Əliyev bildirib ki, 3,5 il ərzində Azərbaycanın üç şəhərində - Mingəçevir, Yevlax, Ağdaş şəhərlərində icbari tibbi sığorta üzrə pilot layihə reallaşdırılacaq.

O əlavə edib ki, 2020-ci il yanvarın 1-dən Azərbaycanda icbari tibbi sığorta tətbiq olunacaq.

Son xəbərlər