şənbə günü, 14 noyabr 2026
     

Xaricdə insan haqları ilə bağlı treninqlərdə iştirak Azərbaycan polisinin fəaliyyət istiqamətlərindən biri kimi...

Image


Son illər Azərbaycan polisinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılır. Polis orqanı əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması, habelə onların insan hüquq və azadlığının müdafiəsi sahəsində müasir fəaliyyət üsullarına yiyələnməsi əsas hədəflərdən biridir. 

Məlum olduğu kimi, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Azərbaycanda səfərdə olan Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı Azərbaycan polisinin fəaliyyəti müzakirə edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən mətbuata verilən məlumata görə, nazir qeyd edib ki, Prezident İlham Əliyevin ölkəmizin hüquq-mühafizə orqanlarının qarşısında qoyduğu ən mühüm vəzifələrdən biri insan haqlarının qorunmasıdır. V.Eyvazov bu istiqamətdə Daxili İşlər Nazirliyi ilə Avropa Şurası arasında sıx və işgüzar əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlərin xüsusi əhəmiyyət daşıdığını, vətəndaşlarla kobud rəftarın və polisin nüfuzuna xələl gətirən digər neqativ halların qarşısının alınması sahəsində də davamlı iş aparıldığını deyib.

Peşəkarlığın, dünyagörüşün artırılması, beynəlxalq təcrübənin tətbiqi yönündə görülən işlərin məqsədyönlü və sistemli şəkildə həyata keçirildiyini qeyd edən nazir bildirib ki, daxili işlər orqanlarının əməkdaşları müxtəlif ölkələrə, o cümlədən, Amerika Birləşmiş Ştatlarına və Avropa dövlətlərinə təlimlər keçməyə göndərilir, təcrübəli beynəlxalq ekspertlərin iştirakı ilə ölkəmizdə seminarlar, treninqlər, kurslar təşkil olunur. Yalnız insan hüquqları üzrə ölkəmizdə və xarici dövlətlərdə keçirilən tədbirlərdə son 5 ildə DİN-in 3 minə yaxın əməkdaşı iştirak edib.

Son illər xarici ölkələrdə keçirilən müxtəlif treninq və seminarlarda iştirak etmək Azərbaycan polisinin peşəkarlıq səviyyəsinin artmasına, habelə onların insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətindəki fəaliyyətinə necə təsir göstərib?

  • Əliməmməd Nuriyev: “Bizim polisin fəaliyyəti insan hüquq və azadlıqlarının daha yüksək səviyyədə qorunmasına doğrudur, əlbəttə, burada polislərimizin xaricdə keçdiyi təcrübənin də rolu var”

Tanınmış hüquqşünas Əliməmməd Nuriyev “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan polisi son illər öz fəaliyyətini tamamilə müasir standartlara uyğun qurub. “Şübhəsiz ki, treninqlərin keçirilməsi bütün sahələrdə çox vacibdir. Bu, polis fəaliyyəti üçün olduqca lazımlıdır. Polis çoxşaxəli fəaliyyət göstərən, həm də təhlükəsizliyi təmin edən bir orqandır. Bu baxımdan, polislərin xarici ölkələrdə treninqlər keçməsi, seminarlarda iştirak etməsi həm peşəkarlıq səviyyəsinin yüksəlməsinə xidmət edir, həm onlar xarici təcrübəni öyrənir, həm də insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində funksiyaları ilə bağlı daha yeni məlumatlar əldə edirlər. Azərbaycanda da mütəmadi olaraq Daxili İşlər Nazirliyi tərəfindən polislərin peşəkarlıq fəaliyyətinin yüksəldilməsi üçün müxtəlif seminarlar, treninqlər həyata keçirilir. Bununla yanaşı, xarici təcrübənin öyrənilməsi və onun ölkəmizə gətirilməsi də çox vacib məsələdir. Çünki Azərbaycan Avropa Şurasının üzvüdür və bu gün bütün beynəlxalq konvensiyalara qoşulub. Bu da Azərbaycana istər insan hüquq və azadlıqlarının qorunması, istər cinayətkarlığa qarşı mübarizə sahəsində şübhəsiz ki, həm də o imkanı verir ki, bizim polislər də başqa ölkələrdə treninqlər keçsinlər. Polislərin xarici ölkələrdə treninqlərə cəlb edilməsi onların yeni davranışlarının formalaşmasına kömək edir. Açıq deyək ki, müasir Azərbaycan polisi dünənki Azərbaycan polisi deyil, bu sahədə çox ciddi irəliləyişlər var. Bir neçə il əvvəl mən polislərlə bağlı treninqlərdə iştirak edirdim, həm də həmin vaxt bizim polislər treninq keçmək üçün Hollandiyaya getmişdilər. Bu sahədə çoxillik təcrübəyə malik olan Hollandiyada polislərimizin təcrübə keçməsi onların fəaliyyətində müsbət şəkildə özünü göstərdi. İndi özünüz fikir verib görün ki, keçən əsrin 90-cı illərinin polisinin davranışı ilə 2019-cu illin polisinin davranışları arasında yerlə-göy qədər fərq var. Bu dəyişiklik müsbət istiqamətdə baş verib, polisin peşəkarlıq səviyyəsinin daha da yüksəlməsi ilə nəticələnib. Bizim polisin fəaliyyəti insan hüquq və azadlıqlarının daha yüksək səviyyədə qorunmasına doğrudur, əlbəttə, burada polislərimizin xaricdə keçdiyi təcrübənin də rolu var. Polisimiz bir sıra sahələrdə, eləcə də insan hüquq və azadlıqları, insan alveri və s. sahələrdə xeyli irəliləyiş əldə edib. Bilirsiniz ki, polisin üzərinə bir sıra funksiyalar düşür. Polislərin treninqlərdə iştirakı çox vacibdir”.

Polisin həm də əməliyyat-axtarış tədbirlərini həyata keçirdiyini və istintaq apardığını deyən Ə.Nuriyevin sözlərinə görə, istintaq aparılarkən insanların hüquq və azadlıqları ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi çox lazımlıdır və buna polislərimiz yiyələnir. “Avropa Məhkəməsinin çoxsaylı qərarı var və qərarlarda insan hüquq və azadlıqları ilə bağlı çox mühüm presedentlər var. Bu presedentlərin öyrənilməsi də çox vacib məsələdir və polis bu proseslərdə iştirak edir. Eyni zamanada, “İnterpol” kimi böyük beynəlxalq bir qurum var. Xarici ölkələrlə əməkdaşlıq mübadiləsinin aparılması, təcrübənin öyrənilməsi, xaricdə əməliyyatların aparılması proseslərinin öyrənilməsi baxımından bu treninqlər mühüm rol oynayıb. Polislərin xarici ölkələrdə treninqlər keçməsi çox vacibdir, bunun müsbət nəticələri var və bu sahədə Azərbaycan polisi xeyli təcrübə toplayıb. Deyim ki, Azərbaycan polisi bu treninqlərə qatılarkən həm də öz təcrübəsini qarşılıqlı olaraq bölüşür. Yəni bu treninqlərdə yalnız bizim polislər öyrənmir, həm də öz təcrübəsini paylaşır. Xaricilər də bizim polislərin təcrübəsindən çox şey öyrənirlər. Elə məsələlər var ki, onlar Azərbaycanda daha yüksək səviyyədə inkişaf edib. Məsələn, cinayətlərin açılması bizdə yüksək faizdir. Bunu polis necə həyata keçirir, hansı üsullardan, yeni innovasiyalardan, texnologiyalardan istifadə edir? Ölkəmizdə cinayətlərin üstünün açılması hətta 90 faiz təşkil edir. Bu çox mühüm məsələdir. Başqa ölkələrdə cinayətlərin üstünün açılması faizi bu qədər yüksək deyil, amma Azərbaycan polisinin işində bu özünü çox yüksək səviyyədə göstərir. Təhlükəsiz şəhər məsələsi də bizim təcrübədə var. Xaricilər üçün maraqlı gələ bilər ki, Azərbaycan polisi təhlükəsiz şəhər məsələsini necə qurur? Bunlar mühüm amillərdir. Bundan başqa, cinayətkarların “isti izlər”lə tutulması da Azərbaycanda operativ şəkildə həyata keçirilir. Ən vacib məsələ, əlbəttə ki, insan hüquq və azadlıqları ilə bağlı bir sıra yeni vərdişlərin əldə edilməsində, eyni zamanda da insan alverinə, eləcə də narkotiklərə qarşı mübarizədə yeni innovasiyaların tətbiq edilməsi çox vacibdir. Dünyada çox sürətlə cinayətkarlıq inkişaf edir, buna qarşı mübarizə üçün isə yeni üsul və metodlar tapılır. Bu baxımdan, Azərbaycan polisinin treninqlərdə bu kimi yeni vərdişləri öyrənməsi və tətbiq etməsi çox vacibdir” - deyə bildirən Ə.Nuriyev qeyd etdi ki, polislərin bu cür treninqlərdə iştirakı həm də onların kibercinayətkarlıq sahəsində təcrübə qazanmasına səbəb olub.

Kibercinayətkarlıqla bağlı vərdişlərin öyrənilməsinin mühüm olduğunu deyən Ə.Nuriyevin sözlərinə görə, bu amil polisin bugünkü və gələcək fəaliyyəti üçün də yeni imkanlar yaradır. “Ona görə də bu prosesin daha da dərinləşdirilməsinin və genişləndirilməsinin tərəfdarıyam” - deyə Ə.Nuriyev vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ