18/09/2019 05:43
728 x 90

“Neptun” mağazalarında “şuruplu bulka”?

img

Sosial şəbəkədə paytaxtda fəaliyyət göstərən marketlərin birində satılan bulkanın üzərində şurup olan görüntülər yayılıb. Sosial şəbəkə istifadəçisi qeyd edir ki, o həmin un məmulatını Bakıdakı “Neptun” supermarketindən alıb. Lakin sonra ona məlum olub ki, bulkanın üzərində dəmir şurup olub. Yayılan qəbz fotoda açıq-aşkar göstərilir ki, bulka iyulun 8-də alınıb və həmin un məmulatının satış qiyməti 60 qəpikdir.

  • “Neptun” supermarketi: “Marketdə satılan bütün məhsullar vitrinə qoyulana kimi bir neçə nəzarətçi tərəfindən yoxlanılır”
Məsələnin təfərrüatını öyrənmək üçün “Neptun” supermarketi ilə əlaqə saxladıq. Marketin nümayəndəsi bildirdi ki, supermarketdə satılan bütün məhsullar vitrinə qoyulana kimi bir neçə nəzarətçi tərəfindən yoxlanılır, daha sonra satışa verilir: “Görüntülərdəki real bir şey deyil. Hər hansı bir antireklam olaraq təxribat da ola bilər. Bundan başqa, həmin məhsulun adı açma kaşarlı deyil. Burada ziddiyyətli məsələlər çoxdur".
  • Eyyub Hüseynov: “Bu tip faktla qarşılaşan şikayətçilər aidiyyəti qurumlar və Birliyə müraciət etməlidirlər”

Məsələ ilə bağlı məlumt verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov belə hallarla qarşılaşan şikayətçilərin onlara müraciət etməsini tövsiyə edir. Bir şərtlə ki, alıcı həmin məhsulu haradan aldığına dair məlumat və faktı olduğu kimi təqdim etsin. Bundan sonra E.Hüseynov əmin edir ki, vətəndaşa dəymiş zərər ödəniləcək: “Həmin şirkəti antireklam kampaniyasına yerləşdiririk, vətəndaş istəyərsə, dövlət orqanlarını həmin şirkətə yoxlanışa qaldırırıq”.

Günel CƏLİLOVA

Son xəbərlər