17/09/2019 01:08
728 x 90

Pedaqoji Universitetin məzunu Günay Məstəliyeva müəllimliyə qəbul imtahanında yüksək – 57 bal topladı

img

Xəbər verildiyi kimi, iyulun 9-da ölkəmizdə fizika, fransız dili və musiqi fənləri üzrə müəllimlərin işə qəbul imtahanları keçirilib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Məzun, koordinasiya və karyera bölməsindən aldığımız məlumata görə, fizika fənni üzrə test imtahanında iştirak edən ADPU-nun məzunu Günay Məstəliyeva  57 bal toplayaraq namizədlər arasında yüksək nəticə əldə edib.

Məlumat üçün onu da qeyd edək ki, Günay Məstəliyeva 2011-2015-ci illərdə ADPU-nun Fizika və texnologiya fakültəsində  “Fizika müəllimliyi” ixtisası üzrə ali təhsil alıb.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi bu böyük uğuru münasibətilə Günay Məstəliyevanı ürəkdən təbrik edir və ona gələcək pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayır.

Baki-xeber.com

Son xəbərlər