şənbə günü, 14 noyabr 2026
     

Dövlət Pedaqoji Universitetinin Elmi Şurasının son iclası çox canlı keçdi... - FOTO

Image


İyulun 9-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının 2018-2019-cu tədris ili üçün son iclası keçirilib.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsindən “Bakı Xəbər”ə verilən məlumata görə, ADPU-nun rektoru, Elmi Şuranın sədri, professor Cəfər Cəfərov iclası giriş sözü ilə açaraq bildirib ki, iclasın gündəliyinə “2018-2019-cu tədris ilində magistrlik dissertasiya işlərinin nəticələri barədə”, “2018-2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyasınının ilkin nəticələri haqqında”və cari məsələlər daxildir.

İclasda öncə rektor Cəfər Cəfərov universitetdə uzun illər səmərəli elmi-pedaqoji fəaliyyətlərinə görə Kimya və biologiya fakültəsinin  Biologiya və onun tədrisi metodikası kafedrasının professoru Əli Hüseynova fəxri fərman, Riyaziyyat və informatika fakültəsinin dekanı, professor Maqsud Nəcəfova təşəkkürnamə, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının müvafiq qərarları ilə Filologiya fakültəsinin Xarici dillər və onların tədrisi metodikası kafedrasının müdiri Leyla Vəzirovaya verilmiş professor elmi adının attestatını, Tədris Departamentinin direktor müavini Ənvər İmanova dosent elmi adının attestatını, Davamlı təhsil və təlim şöbəsinin baş mütəxəssisi, dosent Qızxanım Qəhrəmanovaya  psixologiya üzrə elmlər doktoru diplomunu, həmçinin Riyaziyyat və informatika fakültəsinin Hesablama riyaziyyatı və informatika kafedrasının profesoru Əbülfət Pələngova Rusiya Təbiətşünaslıq Akademiyasının “Əməkdar elm və texnika xadimi” fəxri adının sertifikatını, vəsiqəsini və medalını təqdim edib.

Rektor qeyd edib ki,bu günlərdə Şəkinin tarixi mərkəzinin və Xan Sarayının UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi Azərbaycanın mühüm beynəlxalq uğurudur və bu, hamımızı çox sevindirir. Həmçinin ADPU və Corc Vaşinqton Universiteti arasında iyunun 25-də Birgə Bəyannamənin imzalanması mühüm hadisədir. Bu Birgə Bəyannamənin imzalanması ADPU-nun elm və təhsil sahəsində yeni mərhələyə daxil olduğunu göstərir.

Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov “2018-2019-cu tədris ilində magistrlik dissertasiya işlərinin nəticələri barədə” hesabat məruzəsi ilə çıxış edib. Professor A.Zamanov bildirib ki, 2018-2019-cu tədris ilində magistratura səviyyəsində  17 ixtisas, 18 ixtisaslaşma üzrə 388 nəfər magistrlik dissertasiyasının müdafiəsinə buraxılıb.Təhsil Nazirliyinin 10.11.1998-ci il tarixli 742 nömrəli əmri ilə təsdiq olunmuş “Magistrlik dissertasiyasının  müdafiəsi üçün İxtisaslaşdırılmış Şuralar haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq İxtisaslaşdırılmış Şuraların sədrlərinin təyin olunması məqsədilə Təhsil Nazirliyinə müraciət edilib. Təhsil Nazirliyinin 30.04.2019-cu il tarixli F-229 nömrəli əmrinə əsasən ADPU-nun      07.06.2019-cu il tarixli 2/74 nömrəli əmri ilə 2019-cu təqvim ili üçün 15 İxtisaslaşdırılmış Şura yaradılıb.12 İxtisaslaşdırılmış Şurada  1 ixtisas üzrə, 3 İxtisaslaşdırılmış Şurada 2 ixtisas üzrə magistrlik dissertasiyalarının müdafiəsi təşkil edilib. Magistrantların dissertasiya müdafiəsi Təhsil Nazirliyinin 20.04.2019-cu il tarixli 202 nömrəli qərarı ilə təsdiq edilmiş “Magistrlik dissertasiyasının hazırlanması, təqdim olunması və müdafiə qaydaları haqqında Əsasnamə”nin, Nazirlər Kabinetinin 12.05.2010-cu il tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın tələblərinə uyğun təsdiq edilmiş cədvəl üzrə 20-30 iyun 2019-cu il tarixlərində keçirilib. 32 nəfər magistrant universiteti fərqlənmə diplomu ilə bitirib.

Professor A.Zamanov çıxışında magistratura təhsil səviyyəsinin daha da yaxşılaşdırılması üçün təkliflərlə çıxış edib. Qeyd edib ki, magistratura səviyyəsində işlərin daha da yaxşılaşdırılması üçün, ilk növbədə, dissertasiya mövzularının düzgün, aktual müəyyənləşdirilməsinə ciddi fikir verilməli, mövzular kafedralarda müzakirə edilərək, universitetin Elm və innovasiyalar üzrə prore­k­to­r­luğunun nəz­dində yaradılan Ekspert Komissiyasının müsbət rəyindən sonra fakültə Elmi Şurasının müzakirəsinə  təqdim edilməlidir. Magistrantların hər il üçün nəzərdə tutulmuş attestasiyaları vaxtlı-vaxtında, çox ciddi keçirilməlidir. Universitetdə magistrantların elmi-tədqiqat işlərinə həsr olunmuş konfranslara təqdim olunmuş materiallar Ekspert Komissiyasının üzvləri tərəfindən ciddi təhlil edildikdən sonra layiqli işlər çıxış üçün təqdim edilməlidir. Burada əsas məqsəd kəmiyyət yox, keyfiyyət olmalıdır. Magistrantların pedaqoji və elmi-tədqiqat təcrübələrinə diqqət artırılmalıdır.

Çıxış edən Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, Tədris Departamentinin direktoru, dosent Sənan Əliyev, ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin (ADPK) direktoru, dosent İsrayıl İsgəndərov, professor Vəli Əliyev, professor İramin İsayev, dosent Yaqut Rzayeva və başqaları hesabatı müsbət qiymətləndirərək magistr hazırlığının səviyyəsinin artırılması ilə bağlı fikir və təkliflərini bölüşüblər.

Elmi Şura professor A.Zamanovun hesabatını qəbul edib.

“2018-2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyasının ilkin nəticələri haqqında” Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov hesabat məruzəsi ilə çıxış edib. Dosent E.Aslanov məlumat verərək bildirib ki,2018-2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyasını keçirmək üçün bütün hazırlıq işləri və təşkilati məsələlər vaxtında yekunlaşdırılıb.Universitetdə imtahan sessiyasına hazırlıq və imtahanların keçirilməsi üçün 20.05.2019-cu il tarixli 3/87 nömrəli əmr verilib. İmtahanlar 3 iyun-8 iyul 2019-cu il tarixlərində tərtib olunmuş cədvəl üzrə keçirilib.Rektorun müvafiq əmrinə əsasən yaz semestrinin imtahan sessiyası Tədris Departamentinin İmtahan və monitorinq şöbəsi tərəfindən idarə olunub. Semestr və eləcə də Yekun Dövlət Attestasiyasında mütəşəkkilliyin təmin olunması məqsədilə Tədris Departamentinin ümumi təşkilatçılığı və koordinatorluğu ilə universitet üzrə 30 nəfər təşkilatçı, o cümlədən 100 nəfər nəzarətçi əməkdaşdan ibarət İmtahan Qrupuyaradılıb və imtahanların təşkili və imtahanlarla əlaqəli bütün funksiyaların icra edilməsi bu qrupa həvalə edilib. Yaz semestrinin imtahan sessiyasında İmtahan Qərargahına ümumilikdə 156  müraciət daxil olub.Həmin müraciətlərin təxminən 73-ü imtahan zamanı əvvəlcədən xəbərdarlıq edilməsinə baxmayaraq, imtahan qaydalarını pozduqları üçün nəzarətçilər tərəfindən imtahan otağından çıxarılan və imtahan işləri ləğv olunan tələbələr tərəfindən edilib. Bütövlükdə İmtahan Qərargahına daxil olan müraciətlər qaydalara uyğun olaraq çevik araşdırılıb və müvafiq qərarlar qəbul edilib.Yaz semestrinin imtahan sessiyası dövründə Apelyasiya Komissiyasına 2312  müraciət daxil olub. Həmin müraciətlərdən 1061-i tələbələrin xeyrinə həll edilib, 1251 müraciətdə isə tələbələrin aldıqları qiymət qüvvəsində saxlanılıb. Bütövlükdə yaz semestrinin imtahan sessiyası mütəşəkkil, şəffafvə obyektiv keçib. Dosent E.Aslanovun çıxışında həmçinin ADPU-da ali təhsilin magistratura səviyyəsi üzrə, eləcə də filiallar və ADPU-nun nəzdində ADPK üzrə müvəffəqiyyət və keyfiyyət göstəriciləri öz əksini tapıb.

Elmi Şura dosent E.Aslanovun hesabatını qəbul edib.

İmtahan Qərargahının rəhbəri, dosent Nazilə Abdulzadə və Apelyasiya Komissiyasının sədri, dosent Asif Axundov çıxış edərəkqərargaha və komissiyaya daxil olan müraciətlərin məzmun və mahiyyəti, onların araşdırılması və qəbul edilən qərarlar barədə ətraflı məlumat veriblər. Dosent N.Abdulzadəvə dosent A.Axundov qərargahın və komissiyanın fəaliyyətinin daha səmərəli qurulması üçün təkliflər irəli sürüblər.

Cari məsələlərin müzakirəsi zamanıTədris işləri üzrə prorektor, dosent E.Aslanov“ADPU-da kafedralar üzrə professor-müəllim vəzifələrini tutmaq üçün keçirilən müsabiqənin nəticələri haqqında”, “ADPU-nun tədris idarəetmə sistemində təkmilləşdirmə işləri barədə”,Elm və innovasiyalar üzrə prorektor, professor A.Zamanov “Azərbaycanın davamlı inkişaf problemləri” kursunun Tarix və coğrafiya fakültəsinin müvafiq ixtisaslar üzrə magistratura tədris planlarında seçmə fənlər blokuna daxil edilməsi haqqında”, “Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağrışaqədərki hazırlıq fakültəsinin I tədris ili tələbələrinin 2019-cu tədris ilinin planı ilə təhsil almaları barədə” fakültənin dekanı, dosent Laçın Həsənova , Elmi katib, dosent İradə Qasımova “ADPU-nun Elmi Şurasının 2019-2020-ci tədris ili üçün İş planının təsdiqi barədə”, “Professor və dosent elmi adlarının verilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısındavəsatət qaldırılması barədə”, “Kafedralar üzrə professor vəzifələrinə seçkilər barədə” məlumat veriblər.

Elmi Şura üzvlərinin fəal iştirakı və faydalı fikir mübadiləsi şəraitində cari məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib. 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ