17/07/2019 11:13
728 x 90

Nəsimi İcra Hakimiyyəti rayon ərazisində növbəti səyyar qəbul keçirdi - FOTO

img

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov S.Rüstəm küçəsi 35 ünvanda sakinlərin müraciətlərini dinləyib.

Nəsimi RİH-dən “Bakı Xəbər”ə bildirildiyinə görə, ətraf ərazilərdə yaşayan sakinlər də rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş səyyar qəbulda iştirak ediblər. Sakinlərdən Zenfira Tağızadə, Tahir Manafov, Gülnarə Daşdəmirova, Mahizər Şirinova, Ülkər Səfərli və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən həyətlərin abadlaşdırılması, həyət və girişlərin işıqlandırılması, köhnə, yöntəmsiz tikililərdən ibarət məhəllələrin yenidənqurulması barədə müraciətlər edib, təkliflər irəli sürüblər.

Qəbul zamanı sakinlər Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını bildirib, görülən işlərə görə minnətdarlıqlarını bildiriblər.

Baki-xeber.com

Son xəbərlər