15/10/2019 18:34
728 x 90

Restoranlar səs tonu və menyu sərbəstliyi normalarına qəti uyğunlaşmaq istəmir…

“Restoran və şadlıq evləri bilərəkdən musiqini yüksək səslə səsləndirirlər ki, müştəri narahat olub həmin məkanı tez tərk etsin”

img

Toya adətən dincəlmək, əylənmək üçün gedilir. Ancaq bəzi şadlıq evlərində səs sistemi o qədər güclü olur ki, əslində, orada keçirilən saatlar əzab-əziyyətə çevrilir. Şadlıq evlərində istifadə olunan səsin həcmi də standart kimi müəyyən edilsə də, bu da problemi birdəfəlik həll etməyə kifayət etmir.

Qeyd edək ki, bir neçə il öncə şadlıq evlərində səs gücü və süfrəyə təqdim edilən təamlarla bağlı standartlar müəyyən olundu. Həmin standartlara əsasən, şadlıq evlərinin akustikası ilə bağlı tələblərdə səs gücü maksimum 85 desibel olmalıdır. Ancaq reallıqda mütəxəssislər şadlıq evlərinin əksəriyyətində 200-300 desibel arasında səs gücündən istifadə olunduğunu bildirirlər.

Belə bir iddia səslənir ki, müştərinin tez bir zamanda şadlıq evi və ya restorandan getməsi, masanın üzərində yeyəcəklərin toxunulmaz qalması üçün səs yüksək tonla səsləndirilir.

  • İlqar Hüseynli: “Şadlıq evlərində müştərilərə standart menyunun təqdim olunması düzgün deyil”

Sosial sahə üzrə ekspert İlqar Hüseynli qeyd etdi ki, restoran və şadlıq evləri bilərəkdən musiqini yüksək səslə səsləndirirlər ki, müştəri səsin yüksəkliyindən narahat olub həmin məkanı tez tərk etsin: “Məkanlarda musiqinin səsini məqsədli şəkildə yüksək verirlər ki, insanlar səsin təsirindən bezsinlər. Bu hal əlavə qidanın qalmağına və yeni müştərilərin gəlməsinə şərait yaratmış olur. Yaxşı olar ki, aidiyyəti qurumlar restoran və ya şadlıq evlərində səsin yüksəkliyi ilə bağlı monitorinq keçirsinlər. Hansı iaşə obyektində səs normadan atıq səslənərsə, oranın sahibi qanunvericiliyin tələblərinə əsasən cəzalandırılmalıdır. Belə bir qayda tətbiq olunarsa, şadlıq evləri məcbur olub səs normalarına riayət edərlər”.

Həmsöhbətimiz onu da vurğuladı ki, bir neçə il öncə dövlət orqanları şadlıq evləri üçün standartlar hazırladı. Ancaq standartlara əməl edən olmadı. Yeməyin hazırlanması, saxlanması, akustikadan tutmuş, hər şey şadlıq evlərinin sahibləri tərəfindən həyata keçirilir: “Nəticədə istehlakçının orada heç bir hüququ qalmır. İstehlakçı tələb etsə belə, məsələn, desə ki, plovu birinci olaraq gətir, ona nail ola bilməyəcək. Hansı ki, istehlakçının seçim hüququ var və pulu verən də odur”.

Həmsöhbətimiz onu da vurğuladı ki, bu gün toy yiyəsi şadlıq evi sahibinə toy üçün ödədiyi pulun qəbzini belə ala bilmir.

Ekspertin sözlərinə görə, şadlıq evlərində müştərilərə standart menyunun təqdim olunması düzgün deyil. Standartlara əsasən, toy yiyəsi və ya müştəri öz zövqünə uyğun menyu tərtib edə bilər: “Ancaq restoranlarda köhnə ənənə yenə davam edir. Müxtəlif çeşidli salatlar və digər soyuq qəlyanaltılar istehlakçılara təqdim olunur. Halbuki, bu fərqli olmalıdır. Ancaq bizdə bütün şadlıq evlərində eyni qayda tətbiq edilir.

Günel CƏLİLOVA

Son xəbərlər