Bazar ertəsi günü, 06 iyul 2026
     

Şəkinin yeni beynəlxalq statusu şəhərə turist axını açacaq…

Image


İyulun 7-də UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında hər bir azərbaycanlını sevindirəcək hadisə baş verdi. Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına salındı. Bu çox əhəmiyyətli və tarixi bir hadisədir.

Şəkinin Ümumdünya İrs Siyahısına daxil edilməsi tək ölkənin, onun mədəniyyətinin tanıdılması baxımından əhəmiyyətli deyil, eyni zamanda, iqtisadiyyatın, turizmin inkişafına müsbət təsir göstərən amillərdən biri olacaq.

Şəkinin Ümumdünya İrs Siyahısına salınması ilə bütün dünya ölkələri Azərbaycanın tarixi şəhəri olan Şəki haqqında məlumatlı olacaqlar. Beləliklə, səyahətsevərlər tarixi məkanı görmək üçün Şəkiyə üz tutacaqlar. Bununla da Azərbaycan turizminin inkişafında Şəkinin əvəzsiz rolu olacaq.

  • Ruslan Quliyev: “Şəkinin Ümumdünya İrs Siyahısına salınması qərarından sonra turistlərin həmin bölgəyə diqqəti daha da artacaq”

Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu hadisə ölkənin mədəni həyatında təqdirəlayiq hal olmaqla bərabər, turizm sektorunun inkişafı baxımından da mühüm əhəmiyyət kəsb edir: “Turizm şirkətləri tərəfindən həyata keçirilən bir sıra turlar çərçivəsində regionlarımızda yerləşən və UNESCO-nun Dünya İrs Siyahısına daxil edilən mədəni-tarixi məkanlara səyahətlər təşkil edilir. Həmin səyahətlərə xarici turistlər çox böyük maraq göstərirlər. Bir çox Avropa ölkələrində məhz UNESCO-nun Dünya İrs Siyahısına daxil olan məkanlara səyahət marşrutu üzrə gəlmək istəyən xeyli sayda insan var. Bu baxımdan, “İçərişəhər, Qız qalası və Şirvanşahlar Saray Kompleksi”, “Qobustan Qaya Sənəti Mədəni Landşaftı”, “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESCO-nun Dünya İrs Siyahısında, eyni zamanda, xalqımızın qeyri-maddi mədəni irsinin 13 nümunəsinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısında yer alması Azərbaycana gələn turistlərin sayının artmasına əhəmiyyətli təsir göstərəcək, turizmin inkişafına böyük töhfələr verəcək”.

Həmsöhbətimiz onu da vurğuladı ki, Şəki özünün tarixi-mədəni irsi və turistik əhəmiyyəti baxımından həmişə diqqət mərkəzində olub: “Zənnimcə, Şəkinin Ümumdünya İrs Siyahısına salınması qərarından sonra turistlərin həmin bölgəyə diqqəti daha da artacaq”.

R.Quliyev hesab edir ki, Şəkidə bölgənin tarixini əks etdirəcək əlavə işlərin görülməsinə ehtiyac var. Məsələn, həmin əraziyə 3D virtual səyahət formatında layihələr nəzərdə tutula bilər.

  • Nahid Bağırov: “Məlum qərar sayəsində Şəki dünyada tanınacaq”

Azərbaycan Turizm Assosiasiyasının (AzTA) rəhbəri Nahid Bağırov bildirdi ki, Şəkinin Ümumdünya İrs Siyahısına salınması qərarı adıçəkilən şəhərin bütün dünyada tanınmasına səbəb olacaq: “Bu hadisə ölkəmizin tanıdılması, eyni zamanda, mədəniyyət və turizm sahəsi üçün əhəmiyyətlidir. Ümumiyyətlə, Şəki hər zaman turistlər üçün maraqlı məkan olub. Məlum qərar sayəsində Şəki dünyada tanınacaq. Xarici vətəndaşlar bu abidədən xəbərdar olacaq və onların Azərbaycana marağı artacaq. Fikrimcə, Dövlət Turizm Agentliyi Şəki Xan Sarayı ilə bağlı müəyyən addımlar atacaq”.

Həmsöhbətimiz qeyd etdi ki, bu qərardan sonra nəinki Şəkiyə, ümumiyyətlə, ölkəmizə gələcək turistlərin sayı birəbeş artacaq: “Tarixi mədəniyyət abidələri turizmin inkişafına təsir göstərən, eyni zamanda, ölkənin turistlər üçün cəlbedici olmasını şərtləndirən mühüm amillərdəndir. Nəzərə almaq lazımdır ki, istənilən ölkəyə səyahət edən turist həmin ölkənin tarixinə, yaşayış tərzini əks etdirən maddi mədəniyyət nümunələrinə maraq göstərir. Öz növbəsində, hər bir ölkə qədimliyini dünyaya təqdim etmək üçün mədəni irs nümunələrindən faydalanmış olur. Turizm də ölkənin mədəni irsinin dünyaya tanıdılmasında bir vasitədir. Şəki Xan Sarayının UNESCO-nun Ümumdünya İrs Siyahısına salınması turistlərin Azərbaycana diqqətini cəlb edəcək və onlar abidələrimiz, tariximiz barədə məlumat əldə edəcəklər.

Azərbaycana gələn turistlər daha da çox qalacaqlar. Çünki UNESCO mədəni irsinə daxil olan abidələrə səfər etmək üçün əvvəl bir gün bəs edirdi, amma turistlərin Şəkiyə getməsi üçün üç-dörd saat vaxt lazımdır. Artıq turizm şirkətləri, istər-istəməz, Şəki turunu öz proqramlarına daxil edəcəklər və orada UNESCO irsinə daxil olan Şəki Xan Sarayı yazılacaq və turist bu proqramı görən zaman oranı görmək istəyəcək”.

Günel CƏLİLOVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Dövlət qurumlarının portal və mobil tətbiqləri birləşdirilir - Mehriban Əliyevanın rəhbərlik etdiyi Şura böyük islahatlar mesajını verdi...

Xırdalan Xəstəxanasına qarşı kəskin iddia - orqan köçürülmüş xəstələr ölüm təhlükəsində?...

Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

SON XƏBƏRLƏR

06.07.2026 / 16:22
Görkəmli ictimai-siyasi xadim, vətənpərvər şəxsiyyət - Sabit Abbasəliyev...

06.07.2026 / 16:19
İsrail ABŞ-İran razılaşmasının pozulacağını gözləyir - dərhal zərbə vuracaq...

06.07.2026 / 15:55
NATO ilə Rusiyanin arasında "Şərq qalxanı" qurulur...

06.07.2026 / 15:37
Paşinyan Konstitusiya günündə Azərbaycanın əsas tələbindən danışdı...

06.07.2026 / 15:22
Azərbaycanda bir ildə uşaq doğumu 10 min nəfər azaldı...

06.07.2026 / 15:08
Ermənistan Rusiya qazını Avropa qiymətinə alacaq...

06.07.2026 / 14:53
ABŞ Zelenskiyə xəbərdarlıq etdi - Hücumu dayandırıb, müdafiəyə keçin...

06.07.2026 / 14:26
Ozəl bağçalara dövlətdən pul hansı meyarlarla ayrılır... Şəffaflığa şübhələr var

06.07.2026 / 14:06
Rusiya dronla Ukraynada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurdu...

06.07.2026 / 13:47
Hikmət Hacıyev Qəbələdən paylaşım etdi

06.07.2026 / 13:33
Bakıda avtobus yanıb kül oldu...

06.07.2026 / 12:32
Bakının mərkəzində ödənişsiz avtobuslar fəaliyyətə başladı...

06.07.2026 / 12:16
Baş Prokurorluq Gürcüstanda öldürülən azərbaycanlı ilə bağlı açıqlama yaydı

06.07.2026 / 11:50
Türkiyədə 9-cu Uludağ Premium Ultra Trail yarışına geri sayım başlayıb - FOTO

06.07.2026 / 11:18
DÇ-2026 - Portuqaliya İspaniyaya, ABŞ Belçikaya qarşı...

06.07.2026 / 11:05
Prezident İlham Əliyev Malavi dövlət başçısına təbrik məktubu ünvanlayıb

06.07.2026 / 10:56
Azərbaycan qırıcıları havaya qaldırdı - VİDEO

06.07.2026 / 10:52
İki gündə 81 cinayətin üstü açıldı...

06.07.2026 / 10:52
Ankarada NATO Zirvəsinə Trampın nəqliyyatı özündən qabaq gəlib

06.07.2026 / 10:42
İsrail ordusunun cəmi 10 günlük sursat ehtiyatı qalıb – Libermandan iddia...

06.07.2026 / 10:37
Tramp Meloni barəsində "İntizam tədbiri görülməlidir" deyir…

06.07.2026 / 10:26
Şərurda faciəvi - ata, ana və 1 yaşlı övladları qəzada həlak oldu...

06.07.2026 / 10:05
Ermənistanda partiya liderinin evində və şirkətlərində axtarış aparılır...

06.07.2026 / 09:48
Rusiya raketi Kiyevə ballistik raket yağdırdı – çox sayda ölü və yaralılar var...

06.07.2026 / 09:33
Venesuelada zəlzələdə ölənlərin sayı 3 mini keçdi...

06.07.2026 / 09:21
Nebenzya Quterreşin cavabını “lağa qoyma” adlandırdı

06.07.2026 / 09:08
Xameneinin dəfn mərasimində ŞOK çağırış – “Trampı öldürmək bizim borcumuzdur”...

06.07.2026 / 08:39
Növbəti köç karvanları Cəbrayıla yola salındı

06.07.2026 / 08:10
DÇ-2026-da SENSASİYA - Norveç Braziliyanı mundialdan kənarlaşdırdı...

05.07.2026 / 21:18
“ABŞ ilə sülh bağlamadıq və İsraili rəsmi olaraq tanımayacağıq” - Qalibaf

05.07.2026 / 20:55
Polşada Rusiya narahatlığı - Tusk “hər ssenariyə hazırıq” dedi

05.07.2026 / 20:47
Medvedyev ABŞ barədə sərt danışdı - “…nümunə, ya şər imperiyası?”

05.07.2026 / 20:38
Serbiya spikeri Aİ-nin ikiüzlülüyünə üsyan etdi - "Biz kiçik ruslar deyilik"...

05.07.2026 / 20:25
ABŞ-ın keçmiş prezidentləri ölkənin gələcəyindən narahatdır…

05.07.2026 / 20:14
Tramp ailəsi "Melaniya" filmindən 10,7 milyon dollar qazandı...

05.07.2026 / 19:40
"Yeni dəmir yolu Türkiyə, Ermənistan və Azərbaycan arasında nəqliyyat əlaqələrini gücləndirəcək" - Uraloğlu

05.07.2026 / 19:21
Xameneinin dəfni ilə bağlı gizli məktub ortaya çıxdı – Qorxunc etiraf... Minlərlə məzar qazılaraq hazır vəziyyətə gətirildi...

05.07.2026 / 18:39
Misir İsrailə münasibətlərin normallaşması üçün şərtini açıqladı – bu olmadan mümkün olmayacaq...

05.07.2026 / 18:15
Kremldən Zelenskinin Putinlə Konstantinovkada görüş təklifinə cavab - Rusiyaya səfər etmək istəyirsə Moskvaya gəlsin...

05.07.2026 / 17:22
Ukrayna ilə Polşa arasında gərginliyi artıracaq hadisə - Krakovda ukraynalı yazıçının məzarı dağıdıldı...

05.07.2026 / 16:35
Ukrayna Krımda hərbi aerodromu və Donetskdə iki körpünü bombaladı...

05.07.2026 / 16:17
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

05.07.2026 / 15:58
ATƏT PA sessiyasında Rəqəmsal İnkişaf Şurasının fəaliyyəti barədə məlumat verildi

05.07.2026 / 14:28
Tramp Putini ABŞ-la əməkdaşlıq naminə Ukraynadakı döyüşlərə son qoymağa çağırdı...

05.07.2026 / 14:12
İsrail İranla müharibə zamanı BƏƏ-də “Dəmir Günbəz” sistemi yerləşdirildiyini rəsmən təsdiqlədi...

05.07.2026 / 13:39
Putinlə Tramp arasında 1 saatdan çox davam edən telefon danışığı – nələr müzakirə edildi...

05.07.2026 / 12:46
Ermənistanda seçkilərin nəticələri təsdiqləndi - müxalifət hədəflərini elan etdi...

05.07.2026 / 12:03
Həkəri çayında batan şəxsin axtarışlarına dalğıc-xilasediciləri cəlb olundu...

05.07.2026 / 11:47
Təhlükəsizlik xidməti Xameneinin atasının dəfn mərasimində iştirak etməsinə icazə vermədi...

05.07.2026 / 11:38
Mbappe yeni rekorda imza atdı

05.07.2026 / 10:52
Kişinyovdakı Rus Evi bağlanır

05.07.2026 / 09:50
AZAL-dan Bakı-Naxçıvan reyslərilə bağlı xəbərdarlıq - gecikmələr və ya təxirə salınmalar...

04.07.2026 / 22:45
Rusiya, Azərbaycan və İran Şimal-Cənub dəhlizi ilə bağlı üçtərəfli protokol imzaladı...

04.07.2026 / 22:08
Tramp kommunistlərə savaş açdı, Züqanovdan sərt açıqlama gəldi – “...imperialist, böyük tacir...”

04.07.2026 / 21:23
ABŞ-İran danışıqlarının növbəti raundu Pakistanda keçiriləcək...

04.07.2026 / 19:44
Zelenski Putinə Rusiyanın işğal etdiyini iddia etdiyi Kostyantinovkada görüşməyi təklif etdi...

04.07.2026 / 19:26
Yasamalda 46 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarıldı

04.07.2026 / 17:20
Medvedev İranın əlindəki ən güclü silahı açıqladı – ABŞ-la yekun razılaşma çox çətin olacaq...

04.07.2026 / 16:42
Paşinyan Putini qızdıracaq növbəti bəyanatı verdi - “bəli, mən Sarkisyan kimi etməyəcəm"...

04.07.2026 / 16:14
Şahin Şıxlinski Bakıdakı rus məhbuslarla mübadilə ediləcək? - Rusiya mediasından iddia...

04.07.2026 / 15:47
Rusiyanın ikinci ən böyük şəhərinə görünməmiş dron hücumu - neft terminalında yanğın başladı...

04.07.2026 / 15:31
Əliyev dedi, Lyayen şahidlik etdi - Paşinyan üçün bundan yaxşı geosiyasi vəziyyət olmaz...

04.07.2026 / 14:48
Rəqəmsal İnkişaf Şurası bunu da edəcək - vətəndaşlara proaktiv xidmətlərin payı 50 faizə çatacaq...

04.07.2026 / 14:30
Naxçıvana Avropadan 2 milyard avro yardımın anonsu gəldi - “oxunan Quran olsa”...

04.07.2026 / 14:14
Vaşinqtonda müstəqillik paradı təxirə salındı - istilər üzündən…

04.07.2026 / 14:03
Bazar günü temperatur 36 dərəcəyə yüksələcək...

04.07.2026 / 13:50
İmişlidə zəlzələ oldu

04.07.2026 / 13:36
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi

04.07.2026 / 13:10
MN hərbi qulluqçuların təhlükəsizliyi ilə bağlı vətəndaşlara çağırış etdi...

04.07.2026 / 12:13
Pezeşkian Paşinyana nə demək istədi?..

04.07.2026 / 11:30
Ağsuda çətənə kolu yetişdirən şəxs həbs olundu

04.07.2026 / 11:08
Polis cinayətdə şübhəli bilinən 19 nəfəri saxladı

04.07.2026 / 10:53
Yasamalda evdə partlayış - 16 yaşlı yeniyetmə həlak olub

04.07.2026 / 10:31
"Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur" - Prezident

04.07.2026 / 10:29
Prezident İlham Əliyev Trampı təbrik etdi

04.07.2026 / 10:28
Latviya prezidentindən NATO-ya Rusiya xəbərdarlığı - “…qarşıdurmaya hazır olun”

04.07.2026 / 09:33
Xameneinin dəfn mərasimi ilə əlaqədar ABŞ-İran danışıqlarına birhəftəlik fasilə verildi

04.07.2026 / 09:09
DŞ-2026 - 1/8 final mərhələsinin cütlükləri və oyun cədvəli

03.07.2026 / 22:55
Hikmət Hacıyev ABŞ-ı Müstəqillik Günü münasibəti ilə təbrik etdi

03.07.2026 / 22:42
Ukraynadan Rusiyaya ağır zərbə - Krımda çox sayda qırıcı məhv edildi...

03.07.2026 / 22:15
Novorossiysk benzinsiz qalıb…

Rəqəmsal İnkişaf Şurası ilə süni zəka və kibertəhlükəsizliyin yüksəliş yoluna çıxdıq...

XƏBƏR ARXİVİ