24/07/2019 01:13
728 x 90

“Bizim süfrə” nədir, “Bizim sufre” nədir - saxta ketçup?

“Bizim süfrə” də, “Bizim sufre” də “Azərsun” Holdinq tərəfindən istehsal olunur”

img

İstehlakçıların istifadə etdikləri müxtəlif qida məhsullarından zəhərlənmə hallarının baş verməsi insanların qidalanmaya xüsusi ehtiyatla yanaşmasına səbəb olub. Əvvəllər insanlar supermarketlərdə satılan məhsulların keyfiyyətli qablaşdırılmasına əhəmiyyət verirdisə, indi onun daxili keyfiyyətinə önəm verirlər. Bu gün istənilən supermarketdə bazarlıq edən vətəndaş çeşidli məhsulların hansı firmaya, şirkətə aid olduğunu da saf-çürük edir. Bəzi şirkətlərə məxsus məhsulların üzərində onların adlarının hansı şəkildə yazılmasına da istehlakçılar diqqət yetirirlər.

Paytaxt mağazalarında, supermarketlərdə “Azərsun” Holdinqin istehsalı olan “Bizim süfrə” ketçupları da satılır. Oxucularımızdan biri bizimlə əlaqə saxlayaraq bildirdi ki, mağazalarda “Bizim süfrə” və “Bizim sufre” adlı eyni şirkətə məxsus olan ketçup satılır. Bizə müraciət edən vətəndaşın dediyinə görə, “Bizim sufre” adı onlarda şübhə yaradıb. Alıcılar hesab edirlər ki, bu ad altında satışa çıxarılan ketçup məhsulu geydirmədir və hansısa qurama sex tərəfindən istehsal edilib.

  • Viktoriya Əliyeva: “... müştərilər bu məhsulu rahatlıqla alıb istifadə edə bilərlər”

Vətəndaşın qarşılaşdığı məsələ ilə bağlı “Azərsun” Holdinqlə əlaqə saxladıq. Holdinqin müştəri xidmətinin əməkdaşı Viktoriya Əliyeva “Bakı-Xəbər”ə bildirdi ki, həm “Bizim süfrə”, həm də “Bizim sufre” holdinqin istehsalıdır. “Bu məsələyə aydınlıq gətirilməsinə görə bizim şirkətə müraciət etdiyiniz üçün sizə təşəkkür edirik. “Bizim süfrə” də, “Bizim sufre” də  “Azərsun” Holdinq tərəfindən istehsal olunur. “Bizim sufre” adı ilə istehsal edilən məhsullarımız xaricə ixrac olunan məhsullardır. Bu səbəbdən də onun üzəri bu şəkildə yazılır. Biz onları həm də yerli bazarda satışa çıxarırıq. “Bizim sufre” saxta məhsul deyil və müştərilər bu məhsulu rahatlıqla alıb istifadə edə bilərlər. “Bizim sufre” eyni zamanda da yerli bazarda satılır. Narahatlığa səbəb yoxdur və məhsulun keyfiyyətinə alıcıların şübhəsi olmasın” - deyə qeyd edən V.Əliyevanın sözlərinə görə, ABŞ da daxil olmaqla, “Azərsun” Holdinqin “Bizim sufre” və digər məhsulları dünyanın 20-dən artıq ölkəsinə ixrac olunur.

İradə SARIYEVA

Son xəbərlər