şənbə günü, 14 noyabr 2026
     

Cəmiyyətdə milli mentalitetimiz üçün xarakterik olmayan mənfi təzahür - gəlinlərin subay oğlanlara, gənc qızların evli kişilərə qoşulub qaçması...

Image


Bəzən cəmiyyətdə elə hadisələrlə qarşılaşırıq ki, bu, Azərbaycan xalqı üçün xarakterik deyil. Çox təəssüf ki, cəmiyyətimizdə gedən müəyyən aşınma prosesləri nəticəsində bəzi xoşagəlməz olaylar baş verir. Son zamanlar bizim cəmiyyətdə çox mənfi bir tendensiyanın yayılmaqda olduğunu müşahidə edirik. Bu, 2-3 uşaq anasının gənc oğlana qoşulub qaçması, subay qızın 4 uşaq atasına getməsi, evli kişinin başqa bir evli qadını aparması ilə bağlıdır.

Evində azyaşlı uşaqlarını, həyat yoldaşını qoyub yeni “sevgilisi”nə qoşulub qaçan gəlinlər haqqında tez-tez məlumatlar yayılır. Eləcə də evdə ailəsini, uşağını qoyub gənc qızı qaçıranlar da az deyil. Ümumiyyətlə, bu mənfi tendensiya əsasən bölgələrdə daha çox yayılıb. Bu azmış kimi, öz bacısının ərinə, hətta dayısına qoşulub qaçanlara da təsadüf edilir. Bu barədə vaxtaşırı olaraq yerli saytlar tez-tez xəbərlər yayırlar.

Sosioloqlar hesab edirlər ki, gəlinlərin subay oğlanlara, gənc qızların evli kişilərə qoşulub qaçması hallarının yayılması çox mənfi reallıqdır. Onların fikrincə, bunun mövcud olmasının əsas səbəbi erkən nikah, könüllü ailə həyatı qurmamaqla bağlıdır. Sosial şəbəkələrin, internetin də bu halın yayılmasında rolunun az olmadığını deyən mütəxəssislərin bildirdiyinə görə, çox zaman ərli, uşaqlı gənc qadınlar internetdə, sosial şəbəkələrdə tanış olduqları, reallıqda tanımadıqları oğlanlara qoşulub qaçırlar, bu da onların sonradan həm el qınağı ilə qarşılaşmasına, övlad, ər, qohum-əqrəba nifrəti qazanmasına səbəb olur. Bundan başqa, həmin qadınların onları qaçıranlar tərəfindən fahişəliyə və digər neqativ yollara cəlb edilməsi halları da reallıqdır. Bir sıra xarici ölkə seriallarında və internetdə təbliğ olunan “qadın azadlığı” tendensiyası bizim bəzi qadınları qoşulub qaçmağa vadar edir.

Psixoloqlar hesab edirlər ki, övladlarını atıb subay oğlana qoşulub qaçan gəlinlər əsasən sevgi axtarışında olanlardır. Onlar qeyd edirlər ki, uşaqlarını atıb başqasına qoşulub qaçan qadınların əksəriyyəti sonradan peşman olurlar.

  • Nərgiz Allahverdiyeva: “3-4 uşaq anası olan qadınların əksəriyyətini subay oğlanlar evlənmək məqsədilə qaçırmırlar”

Psixoloq Nərgiz Allahverdiyeva bizimlə söhbətində bildirdi ki, Azərbaycanda əvvəllər belə hallar nadir hallarda baş verərdi, amma indi buna az qala hər ay rast gəlirik. Ekspert qeyd etdi ki, bu günlərdə İsmayıllı rayonunda 3 uşaq anasının subay oğlana qoşulub qaçması cəmiyyətdə böyük ajiotaj yaradıb. O bildirdi ki, indi gənc və yeniyetmə qızlar arasında da imkanlı evli kişilərə qoşulub qaçanlar var. “Bütün bu halların yaranmasının kökündə o insanların yalnız özlərini düşünməsi dayanır. Onlar ailələrini, gözüyaşlı övladlarını nəzərə almadan bu addımı atırlar. Bu onların övladlarının üzərinə böyük və qara bir damğa qoyur. Bəziləri deyir ki, bu addımı “sevgi naminə” atmışam. Bu hadisənin biri-ikisi sevgi naminə baş verə bilər, qalanları isə ailədən, evin problemlərindən xilas olmaq, azad yaşamaq üçün bu addımı atırlar. 3-4 uşaq anası olan qadınların əksəriyyətini subay oğlanlar evlənmək məqsədilə qaçırmırlar, onlardan müxtəlif vasitələr üçün istifadə etmək üçün qaçırırlar. Gənc oğlanlara qoşulub qaçan qadınların çoxu sonradan bu addımı atdığına, ailəsini, balalarını “sevgisi”nə qurban verdiyinə görə peşman olduqlarını etiraf edirlər, lakin bu faydasız olur. İndi bəzi qadınlar yeni fikirlər irəli sürürlər ki, mən ərimi istəmirəm. İstəmirsənsə məhkəməyə müraciət et, boşan, daha niyə balalarını, ərini, qohum-əqrəbanı rüsvay edirsən? Təəssüflər olsun ki, üç-dörd uşaq analarının subay oğlanlara qoşulub qaçması halları mövcuddur. Bunun qarşısının alınması üçün tədbirlər görülməlidir ki, bu kimi hallar kütləviləşməsin. Ya qanunvericilikdə bir maddə olmalıdır, ya da digər bir cəza qaydası tətbiq olunmalıdır”.

  • Cavid İmamoğlu: “Təəssüflər olsun ki, bizdə son dövrlər evli qadınların subay oğlanlara qoşulub qaçması məsələsi, müəyyən mənada, bəzi saytlar tərəfindən şişirdilir”

Sosioloq Cavid İmamoğlu isə hesab edir ki, qadın bu addımı atırsa, bu onun mövcud durumu, yaşadığı şəraitə etirazı ilə bağlı olur. “Hesab edirəm ki, evli qadın başqasına qoşulub qaçırsa, demək, ona ailədə hər hansı bir zorakılıq göstərilir və bunun nəticəsində də başqasına qoşulub qaçır. O qoşulub qaçan insan ailənin də, övladın da, münasibətlərin də üstündən xətt çəkir. Azərbaycan hüquqi dövlətdir və insanların məhkəməyə müraciət edərək boşanmaq və yenidən ailə qurmaq imkanları var. Amma təəssüflər olsun ki, bizdə son dövrlər evli qadınların subay oğlanlara qoşulub qaçması məsələsi müəyyən mənada bəzi saytlar tərəfindən şişirdilir. Bunun nəticəsində bu tendensiya təbliğ olunur və başqalarını da bu addımı atmağa vadar edir. İnsanlar başa düşmürlər ki, xoşbəxt deyillərsə, ailədaxili zorakılıqla üzləşirlərsə, təhqir olunurlarsa, bunun yolu məhkəməyə müraciət edib boşanmaq və yenidən ailə qurmaqdır. Evli qadının subay oğlana qoşulub qaçması, yaxud evli kişinin gənc qızı qaçırması xəbərləri medianın gündəmini zəbt etməməlidir. Ümumiyyətlə, ailədə problemi olan insanlara yaxınları dəstək verməlidirlər. Bu dəstək olmadıqda onlar başqasına qoşulub qaçmağa üstünlük verir, bu vəziyyət də onları gələcəkdə dəstəksiz qoyur. Bu kimi tendensiyaların təbliğinin özü yanlışdır” - deyə müsahibimiz bildirdi.

Leyla QARAXANLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ