şənbə günü, 14 noyabr 2026
     

Saç əkimi üçün həkimə üz tutanlar arasında narazılar çoxalır - peşmanlıq, ya...

Image


“Pasiyentlər saçlarının gec gəlməsindən narahat olduqları üçün narazılıq edirlər”

 

Bu gün nəinki Azərbaycanda, hətta bütün dünyada ən ciddi problemlərdən biri saç tökülməsi ilə bağlıdır. Bu hal həm qadınlar, həm də kişilər arasında müşahidə olunur. Xüsusən də kişilər keçəlləşmədən ciddi əziyyət çəkirlər. Çoxlarımız hesab edirik ki, həddindən artıq bahalı şampunlarla, müxtəlif maskalarla saçımızı keçəlləşmədən xilas edə bilərik. Lakin illərin təcrübəsi bunun faydasız olduğunu sübut edir.

Bu gün saç tökülməsini böyük problem hesab edən insanlar müasir tibbin nailiyyətlərindən yararlanaraq saç əkdirirlər. İllər əvvəl saç əkdirmək bir xəyal olsa da, bu gün gerçəkliyə çevrilib. Keçəlləşməni özünə kompleks sayan insanlar öncəki dövrlərdə əsasən pariklərdən, şinyonlardan istifadə edirdilər. Onların parik taxdığı isə dərhal nəzərə çarpırdı, bu da sözsüz ki, həmin insanlarda diskomfort yaranmasına səbəb olurdu.

Bu gün dünyanın müxtəlif ölkələrində olduğu kimi, Azərbaycanda da saç əkdirənlər kifayət qədərdir. Əvvəllər şou-biznes nümayəndələri, səhnə adamları saç əkdirməyə meyl göstərirdilərsə, indi sadə vətəndaşlar da saç əkdirmək üçün mütəxəssislərə müraciət edirlər. Məsələ burasındadır ki, bir çox hallarda saç əkimləri müəyyən kabinetlərdə, özəl klinikalarda həyata keçirilir. Sirr deyil ki, bəzən bu işlə təsadüfi adamların da məşğul olduğunu görürük. Belələrinin xidmətindən yararlanmaq sözsüz ki, pasiyentə həm maddi, həm bioloji, həm də psixoloji cəhətdən mənfi təsir göstərir. Bəzən şikayətlər eşidirik ki, baha qiymətə saç əkdirmə proseduru qəbul edən şəxslər bu işi həyata keçirən həkimdən narazılıq edirlər. Onlar deyirlər ki, saçım həkimin dediyi müddətdə bitmədi, əksinə, məndə keçəlləşmənin sahəsi bir az da böyüdü. Bu iddialara da az rast gəlmirik. 

Qeyd edək ki, artıq türkiyəli mütəxəssislər pasiyentlərə təsadüfi adamların xidmətindən yararlanmamağı tövsiyə edirlər. Türkiyəli həkimlərlər xəbərdarlıq edirlər ki, pasiyentlər saç əkimi üçün kabinetlərə deyil, xəstəxanalara müraciət etməlidirlər. Sirr deyil ki, hazırda sağlamlıq turizminin mühüm sahələrindən biri də saç əkimidir ki, insanlar saç əkdirmək üçün müxtəlif ölkələrə üz tuturlar və bu da həmin ölkələrin büdcəsinə kifayət qədər xeyir verir.

Türkiyəli mütəxəssislər bildirirlər ki, xəstəxanalardan kənarda saç əkimi elə də faydalı olmur. Onlar qeyd edirlər ki, əksər hallarda digər yerlərdə edilən prosedurlar effekt verməyə bilir. Bu cür uğursuz əməliyyatların isə fəsadları çox olur. “Xüsusən də belə əməliyyatlar uğursuz icra olunduqda ilk fəsadları məhz baş dərisində görmək mümkündür” - deyə türkiyəli mütəxəssislər vurğulayırlar.

Mütəxəssislərin sözlərinə görə, bu prosedur zamanı baş dərisinə ən çoxu 3.5-4 min tük əkmək mümkün olur.

Qeyd edək ki, son illər Azərbaycanda da saç əkimi prosedurunu həyata keçirən klinikalar, kabinetlər mövcuddur və bu klinikaların bəzilərində fəaliyyət göstərən həkimlərin isə heç də hamısı bu sahədə peşəkar deyil. 

Mütəxəssislər vurğulayırlar ki, saç tökülməsinin və keçəlliyin səbəbləri müxtəlifdir və  98 faiz hallarda bu, genetik faktorla bağlıdır.

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının saç əkimi cərrahı Rəşad Əliyevin fikrincə, normal insanın başında 120 min tük follikulu var. O, gün ərzində 100-150 tükün tökülməsinin adi hal olduğunu deyib. Cərrah saç əkiminin təxminən yarım əsrdir icra olunduğunu bildirməklə yanaşı, bu üsulun ilk dəfə Koreyada tətbiq olunduğunu, lakin yunanlar tərəfindən inkişaf etdirildiyini qeyd edib. “Bizə də müasir inkişaf forması çatıb. Saç əkiminin iki növü var: fut və fue. Fut üsulundan başın ənsə nahiyəsindən dəri kəsib götürülür. Bu prosesin mənfi cəhəti götürülən hissədə çapıq izinin qalmasıdır və estetik olaraq problem yaradır. Bu gün dünyada daha çox istifadə olunan fue üsuludur. Bu zaman saç kökləri tək-tək götürülərək başqa nahiyəyə əkilir. Həm qadınlara, həm də kişilərə tətbiq olunan bu metodun üstün cəhəti çapıq izinin qalmamasıdır. Bu zaman insanların gündəlik həyata qayıtması da daha tez olur. Bu üsulun tətbiqi də ağrısızdır, yerli keyləşdirmə ilə həyata keçirilir. Əməliyyatdan sonra dərman qəbul edilmir. Əkilən yerdə isə tüklər daha yaxşı inkişaf edir. Qadınlarda və kişilərdə tətbiq üsulları nisbətən fərqlənir. Qadınlar saçlarını tam qırxdırmadıqlarına görə fuemtab metoduna üstünlük verilir. Bu zaman əkilən saçlar tökülmür və onlara 70 il zəmanət verilir”.

  • “Azərbaycanda saç əkimi sahəsində qeyri-peşəkarlara rast gəlməmişəm”

Trixoloq-həkim Aynurə Həsənova isə “Bakı-Xəbər”ə bildirdi ki, saç əkiminin həyata keçirilməsi çətin bir prosesdir və burada pasiyentdən də çox şey tələb olunur. Onun sözlərinə görə, o, Azərbaycanda bu sahədə hələ qeyri-peşəkara rast gəlməyib. Xəstələrin şikayətinə gəlincə, mütəxəssis qeyd etdi ki, çox zaman pasiyentlər həkimlərin qoyduğu qaydalara riayət etmək istəmirlər. O bildirdi ki, saçlar əkildikdən altı həftə sonra tökülür və iki ay sonra yenidən çıxmağa başlayır. Əkilən saçın 50 faizi altı ay ərzində çıxır. Tam inkişaf etməsi üçün ideal zaman 10 aydır. Keçəl insanlarda bəzən proses iki dəfə icra olunur. Orqanizmdən asılı olaraq, saçın çıxması prosesi ləngiyə və ya tezləşə bilər. Elə pasiyent var ki, əkilən saçın yarısı beş aydan sonra çıxır. Bəzilərində isə bu müddət ərzində saçın yalnız 30 faizi çıxır. Amma bu, son nəticələrə təsir etmir. Yəni əkilən saçların hamısı inkişaf edir və tədricən müsbət nəticə əldə olunur. Ölkəmizdə bu işlə peşəkarlar məşğul olurlar. Azərbaycanda saç əkimi sahəsində qeyri-peşəkarlara rast gəlməmişəm” - deyə bildirən mütəxəssisin sözlərinə görə, elə insanlar var ki, onlarda müxtəlif xəstəliklər olduğu üçün, onlar üçün saç əkimi proseduru həyata keçirilmir. Bəzən pasiyentlərin bunu nəzərə almaq istəmədiyini qeyd edən A.Həsənovanın bildirdiyinə görə, pasiyentlər bütün hallarda mütəxəssisləri başa düşməlidirlər. “Elə adamlar var ki, onlarda olan xəstəlik saç əkilməsinə imkan vermir. Məsələn, hemofiliya xəstələrinə, qanın laxtalanmasında problem yaşayanlara, immun sistemi ilə bağlı keçəlliyi olanlara saç əkimi tətbiq edilə bilməz. Bunu mütəxəssislər tətbiq etmirlər. Odur ki, belə insanlar saç əkimi üçün müraciət etməsinlər. Bilirsiniz, bəzən pasiyentlər həkimin qoyduğu müddəti gözləməyib saçlarının daha tez bir vaxtda çıxmasını istəyirlər. Halbuki, saç əkdirənlərin saçları qoyulan müddət ərzində bitməlidir. Bəzən pasiyentlər saçlarının gec gəlməsindən narahat olduqları üçün narazılıq edirlər. Amma bunun öz müddəti var” - deyə mütəxəssis qeyd etdi.

Bildirək ki, mütəxəssislərin dediyinə görə, bir çox kişilər həyatının müəyyən dövründə saç tökülməsi problemi ilə qarşılaşır və bu vəziyyət yaş artdıqca artır. İyirmi yaşın sonlarında 12 faizə yaxın kişi saç tökülməsi problemi ilə üzləşir. Əlli yaşında kişilərin genetik tökülmə və keçəlliklə müxtəlif dərəcələrdə qarşılaşma nisbəti 50 faizdir. Saç tökülməsinin psixoloji təsiri kişilərdə fərqlidir. Bəzi kişilər saç tökülməsinə əhəmiyyət vermir, bəziləri üçün ən yüngül saç azlığı iş və sosial həyatda çətinlik yaradır.

Bəzi mütəxəssislər qeyd edirlər ki, saç əkimi cərrahi bir üsuldur və hər cərrahi üsulun bir risqi də var. Onların bildirdiyinə görə, uyğun şərtlərlə cərrahi bir əməliyyat edilərsə, təbii ki, risq də aşağı enəcək. Bu əməliyyatdan sonra pasiyentin bir neçə saat dincəlməsi kifayət edir.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ