şənbə günü, 14 noyabr 2026
     

Azərbaycanda övladlığa verilmə mexanizmi dəyişdirilir

Image


Övladı dünyaya gətirmək hələ valideyn olmaq deyil. Elə insanlar var ki, onlar dünyaya gətirdikləri övladlarına sahib dura bilmirlər, həmin uşaqlar uşaq evlərində, internatlarda, bəziləri isə baxımsız vəziyyətdə küçələrdə böyüyür.

Bu da gizlin deyil ki, hər insanda valideynlik hissi mükəmməl deyil. Belələri uşaqların yalnız bioloji valideyni sayıla bilər. Uşaqla bioloji əlaqəsi olmayan insanlar da var ki, onlar uşaqlara, sözün əsl mənasında, analıq, atalıq edirlər.

Uşaq evlərində və internatlarda böyüyən uşaqların övladlığa verilməsi ənənəsi artıq çoxdan mövcuddur. Uzun illərdir Azərbaycanda da bu prosedur həyata keçirilir. Amma övladlığa verilmə mexanizmi əvvəllər elə də mükəmməl olmadığı üçün, bu sahədə ciddi problemlər mövcud idi. Artıq Azərbaycanda övladlığa götürmə mexanizmi dəyişdirilir və təkmilləşdirilir. Bu sahədə mövcud olan problemlərin həll olunması üçün övladlığa götürmə sahəsində yeni qaydalar müəyyənləşib. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni sistem yaradılacaq və namizədlər xüsusi imtahan verdikdən sonra onlara uşaqlar övladlığa veriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Əlillik siyasəti şöbəsinin müdir müavini Fərhad Ələkbərovun sözlərinə görə, övladlığa uşaq götürmək istəyən şəxslər hərtərəfli test ediləcəklər. “Yeni övladlığa götürmə modelinin əsas xüsusiyyətlərindən biri odur ki, valideyn namizədlər ƏƏSMN-də yaradılacaq alt sistemdə qeydiyyatdan keçəcəklər. Bundan sonra sosial işçilər valideyn namizədlərin evlərində müsahibələr təşkil edəcək, mənzil şəraitini yoxlayacaqlar”.

Onun sözlərinə görə, o mərhələdən uğurla keçən valideyn namizədlər DOST mərkəzlərinin təşkil etdiyi təlimlərdə iştirak edəcəklər: “Bu təlimlər övladlığa götürmənin əhəmiyyətinin artırılması ilə bağlı valideyn namizədlər üçün olan psixoloji-sosial əhəmiyyətli testlərdir. Valideyn namizədlər həmin təlimlərdən keçdikdən sonra imtahanlarda iştirak edərək qiymətləndiriləcəklər. Müəyyən keçid balından uğurla keçən valideyn namizədlər növbəti mərhələyə buraxılacaqlar.

F.Ələkbərov, eyni zamanda, qeyd edib ki, indiki qanunvericilikdə 10 yaşına çatmış şəxslərin övladlığa götürülməsi ilə bağlı razılığı tələb olunur. Bu tələb yenə də qüvvədə qalacaq: “Eyni zamanda, 7 yaşına çatmış uşaqların övladlığa götürülmə zamanı fikirləri, rəyləri nəzərə alınacaq. Bundan əlavə, övladlığa götürmə prosesində uşaqların yerləşdiyi müəssisədə valideyn namizədlərlə uşaqların görüşü təşkil olunacaq. Orada həmin uşaqların valideyn namizədlərlə uyğunluğu yoxlanılacaq, sosial işçilər onları müşahidə edəcəklər. Uşaqlar valideyn namizədlərlə uyğundularmı, onlara öyrəşə, mehribanlaşa bilirlərmi, ailə mühiti çərçivəsində onlarla birlikdə yaşaya biləcəklərmi və s. yoxlanılacaq.

Eyni zamanda, valideyn namizədlərin də hansı uşaqları övladlığa götürmək istəmələrinə dair tələbləri nəzərə alınacaq. Uşaqların də rəyi əvvəldən öyrəniləcək, onlar necə ailədə, şəhərdə, yoxsa kənddə, ailə mühitində və ya bir valideynlə yaşamaq istəyirlər, bunlar nəzərə alınacaq. Təbii ki, erkən yaşda olan uşaqların bu cür istəkləri olmur, çünki onların özlərini dərketmə qabiliyyətləri hələ müəyyən qədər aşağı olur. Müəyyən yaşdan sonra isə uşaqların öz fikirləri, istəkləri olur”.

  • Əhməd Qəşəmoğlu: “Kimsə övladlığa uşaq götürmək istəyirsə və buna onun sağlamlığı, psixi vəziyyəti imkan verirsə, lakin maddi vəziyyəti, şəraiti imkan vermirsə, bu halda onlar övlad götürə bilməyəcəklər”

Tanınmış sosioloq, professor Əhməd Qəşəmoğlu “Bakı-Xəbər”ə bildirdi ki, övladlığa götürmə ilə bağlı yaradılacaq yeni mexanizmin böyük faydası olacaq. “Övladlığa götürmə ilə bağlı hazırlanan yeni qayadaları, mexanizmi təqdir edirəm, bunun çox böyük faydası olacaq. Yeni qaydalara görə, övladlığa uşaq götürmək istəyənlərin test edilməsi, onların hərtərəfli yoxlanılması müsbət nəticə verəcək. Bu şəxslərin yalnız psixoloji vəziyyəti, sağlamlığı deyil, eyni zamanda, onların sosial vəziyyəti, yaşadığı şərait də yoxlanacaq. Bu olduqca əhəmiyyətli məsələdir. Kimsə övladlığa uşaq götürmək istəyirsə və buna onun sağlamlığı, psixi vəziyyəti imkan verirsə, lakin maddi vəziyyəti, şəraiti imkan vermirsə, bu halda onlar övlad götürə bilməyəcəklər. Çünki övladlığa götürülən uşaq hərtərəfli təmin edilməlidir. Uşaqlar onlardan bütün mənalarda valideynlik qayğısı görməlidirlər. Nazirliyin tətbiq edəcəyi yeni mexanizm övladlığa götürmə sahəsindəki mövcud problemlərin aradan qaldırılmasına səbəb olacaq. Azərbaycanda övladlığa götürmə ilə bağlı qaydaların bu cür müəyyən edilməsi çox müsbət haldır. Namizədlər imtahandan uğurla keçə bilsələr, övlad sahibi ola biləcəklər”.

Ölkəmizdə övladlığa götürmə ilə bağlı əvvəllər bir sıra problemlərin mövcud olduğunu deyən Ə.Qəşəmoğlu hesab edir ki, 7 yaşdan yuxarı uşaqların övladlığa verilərkən rəylərinin öyrənilməsi məsələsi də çox effektiv olacaq. “Bizdə övladlığa götürmə sahəsində bir sıra problemlər vardı. Bəzi imkanlı insanlar gedib uşaq evlərinin rəhbərləri ilə danışıb, rüşvət müqabilində uşaqları övladlığa götürürdülər. Bu da övladlığa götürülən müəyyən uşaqlar üçün elə də asan olmurdu. Onların istismar edilməsi, incidilməsi kimi hallar da vardı. Bilirsiniz ki, belə uşaqlar yeni valideynlərinin dözülməz münasibətindən bezərək evdən qaçıb yenidən internata qayıdırdılar. Bu kimi xoşagəlməz halların mövcud olması gizlin deyil. Hətta Azərbaycan uşaqlarını xaricilər də övladlığa götürürdülər, biz o uşaqların taleyindən xəbərsiz olurduq.

Ancaq yeni yaradılacaq mexanizm bütün bu problemlərin aradan qalxmasına səbəb olacaq. Uşaqlar o adamlara övladlığa veriləcək ki, doğrudan da onlarda valideynlik hissi olacaq” - deyə Ə.Qəşəmoğlu vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ