Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyi (SİMİB) Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qarabağ tarixi sənədli filmi (rus dilində)” layihəsi çərçivəsində sənədli filmin hazırlanmasını başa çatdırıb. Layihə çərçivəsində rus dilində sənədli film çəkilib.
Layihə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycanın Qarabağ bölgəsinin tarixi haqqında ümumi məlumatları özündə əks etdirir. Azərbaycanın Qarabağ bölgəsinin tarixi haqqında tarixçilərin yazdığı dəqiq məlumatlar əsasında filmin çəkilməsində məqsəd bu gün erməni işğalı altında olan Qarabağın tarixi haqqında təkzibolunmaz dəqiq sənədlər əsasında məlumatları fakt olaraq hazırlamaq və dünya ictimaiyyətinə təqdim etməkdir. Filmdə Qarabağın tarixi haqqında dünya tarixçilərinin araşdırmaları, ermənilərin saxta tarix yazmaları, tarixi faktları saxtalaşdırmaları barədə ictimaiyyətə məlumat verilir.
Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyi hesab edir ki, bu filmin hazırlanması ilə dəqiq tarixi faktlara söykənilərək erməni yalanları haqqında məlumatların geniş dünya ictimaiyyətinə çatdırılmasına öz töhfəsini vermiş olacaq. İB-dən bildirildiyinə görə, film sosial şəbəkələrdə yayımlanacaq, həmçinin beynəlxalq qurumlara təqdim ediləcək. Xatırladaq ki, İctimai Birlik bundan əvvəl 3 dildə "Qarabağ abidələri", "Qarabağ yaddaş" kitablarını, ingilis dilində “Qarabağın xistian abidələri” və "Qafqazın konservatoriyası" , “Qarabağın mədəniyyət xəzinələri”, ingilis, rus dillində “Azərbaycanın işğal olunmuş ərazilərində doğulan görkəmli şəxsiyyətlər”, rus dilində “Qarabaq muharibəsi: Xronika(1988-94)” , “Qarabağ təbiəti” ,“İşğal olunmuş Azərbaycan bölgələri” sənədli filmlərini hazırlayıb.
Baki-xeber.com