şənbə günü, 14 noyabr 2026
     

Gözəllik salonlarında xərçəng risqi - söhbət dırnaq əməliyyatından gedir

Image


Qadın gözəlliyini tamamlayan amillərdən biri onun dırnaqlarıdır. Qadınlar əllərinin gözəlliyinə xüsusi önəm verir və bu səbəbdən də daim dırnaqlarına müxtəlif üsullarla qulluq edirlər. Qadınlar əvvəllər manikürlə kifayətlənirdilərsə, indi bu sahədəki yeniliklərdən yararlanırlar.

Bu gün paytaxtımızda və bölgələrimizdə fəaliyyət göstərən gözəllik salonlarında dırnaqların düzəldilməsi, süslənməsi ilə tamam yeni üsullarla məşğul olunur. Onların geniş yayılmışı gel-lakdır ki, qadınlar, hətta yeniyetmə məktəbli qızlar da gel-lak etdirirlər. Təəssüf ki, bizlər çox zaman bu yeni süsləmə formalarının sağlamlığımız üçün nə qədər zərərli olduğunu göz önünə almaq istəmirik. Dəfələrlə mütəxəssislər tərəfindən gel-lakın təhlükələri barədə xəbərdarlıqlar edilsə də, yeni də bu amil gel-laka kütləvi maraq göstərən qadınları bu yoldan çəkindirə bilməyib. “Gözəllik qurban tələb edir” tezisinə əməl edən qadınlar təəssüf ki, gözəlliyə öz sağlamlıqlarını qurban edirlər.

Bu gün Azərbaycanda xərcəng və müxtəlif şiş xəstəlilərinin qadınlar arasında daha geniş yayılmasının şahidi oluruq. Bu sırada gənc qadınların daha üstünlük təşkil etməsi ağrıdıcı faktdır. O da məlumdur ki, qadınlarımız gözəllik salonlarında hepatit C və digər xəstəliklərə də yoluxurlar. Əlbəttə, gigiyena qaydalara əməl edilməyən gözəllik salonlarının xəstəlik mənbəyinə çevrilməsi qaçılmazdır.  

Yayılan məlumatlara görə, hazırda manikür ustalarının bir nömrəli metodu olan və qadınların da bəyəndiyi, tez quruması, dırnaqlarda çox qalması, praktikliyi, bir çox üstünlüyü səbəbindən tez-tez müraciət etdiyi gel-lakın insan üçün zərərli olması mütəxəssislər tərəfindən sübuta yetirilib.

Mətbuatın yazdığına görə, gelin dırnaqlara möhkəmlənməsi üçün xüsusi ultrabənövşəyi şüalanma ilə lampadan istifadə olunur. Bu şüalar isə dırnaqətrafı dərini zədələyir, baryerini dağıdır, vaxtından əvvəl qocalma və xərçəngə səbəb olur. Problem ondadır ki, bu lampalar texniki standartlara cavab vermir, şüanın müştərinin əlinə yönəldilmə vaxtına əməl olunmur, hər salon öz bildiyi kimi istifadə edir. Doza müştərinin ayda neçə dəfə belə manikür etdirməsindən də asılıdır. Nə qədər çox, tez-tez gel-lak edilirsə, şüa dozası bir o qədər çox olur və müştəri risqə atılır.

Əgər qadının genetik olaraq dəri xərçənginə meylliyi varsa, eləcə də yüksək dəri piqmentasiyası varsa, o zaman onun dəri xərçəngi olma ehtimalı dəfərlərlə artır və bu adamlara belə lampalar altında şellak, gel-lak etdirmək ümumiyyətlə olmaz.

Bu barədə məlumat verən mütəxəssislərin sözlərinə görə, eləcə də kimyaterapiya preparatları və antibiotiklərin qəbulu UVÇ şüaların təsirini, həssaslığını artırır. Bu dərmanları qəbul edənlər də prosedurdan uzaq durmalıdırlar. Dermatoloqlar dəri xərçənginə yoluxmamaq üçün gel-lak prosedurunu 2 aydan bir etdirməyi tövsiyə edirlər.

Prosedur zamanı əllərə, dırnaqətrafı dəriyə xüsusi gündən qorunma SPF kremləri çəkilməlidir. Gel-lakı özünüz evdə qopardıb təmizləməyin. Bu zaman dırnaq plastininini zədələyə bilərsiniz.

  • Aynurə Həsənova: “Müştəri ayda bir neçə dəfə gel-lak etdirirsə, şüa dozası bir o qədər çox olur və onun sağlamlığı risq altına düşür”

Həkim-kosmetoloq Aynurə Həsənova “Bakı-Xəbər”ə bildirdi ki, ümumiyyətlə, son dövrlər gözəllik üçün həyata keçirdikləri prosedurlar bəzi qadınların sağlamlığını əlindən alır. Mütəxəssisin sözlərinə görə, çox zaman qadınlar gözəl görünmək üçün əməliyyata üz tutur, dırnaq düzəltdirir, saç əkdirirlər. Ancaq bir sıra hallarda bütün bunlar qadınların sağlamlığını təhlükə altına alır. “Əlbəttə, qadının hər zaman baxımlı olması vacibdir. Ancaq bəzən qadınlarımız daha gözəl görünmək üçün başqa vasitələrə əl atırlar. Əllərinin baxımlı olması qadının ən həssas yeridir desək yanılmarıq. Qadınların çoxu gözəllik salonlarına gedir və baha qiymətə dırnaqlarını düzəltdirirlər. Onlar ən çox gel-lak etdirməyə üstünlük verirlər. Bəzi salonlarda gel-lak edilərkən lazımi qaydalar gözlənilmir. Məsələn, gel-lak gec quruduğundan, onun qurumasını daha yüksək dozada həyata keçirirlər ki, tez qurusun. Belə olmaz. Hər şeyin öz qaydası var. Nəticədə ültrabənövşəyi şüalar qadınların dərisinə mənfi təsir göstərir. Bəzən elə qadınlar olur ki, onların immun sistemi çox zəif olur və bu halda onlar daha tez xəstəliyə tutula bilirlər. Bəzi qadınlarda xərcəng olur, ancaq onlar bundan xəbərsiz davamlı olaraq gel-lak etdirirlər. Bu halda qadınlarda o xəstəlik inkişaf edir. Gel-lak xüsusi avadanlıqla həyata keçirilir. Bu avadanlıqlar da şüa ilə çalışır. Qadınlara şüa həddən artıq pis təsir edir və orqanizmi zəif olanların saçları tökülür, dərisi qırışır, dırnaqlarının ətrafı didilir. Deformasiyaya uğrayan dəri isə sonradan daha böyük fəlakətlərə səbəb olur. Qadınların çoxu gel-lak etdirdikdən bir müddət sonra hiss edir ki, dırnaqları uzanıb, ona mane olur, salona gedib korreksiya etdirmək əvəzinə, evdə gel-lakı özü qopardıb təmizləyir. Bu zaman isə dırnaq plastini zədələnir. Gel-lak edilmiş dırnaqlar yalnız xüsusi avadanlıqla sökülə bilər, ona başqa müdaxilə olmaz. Qadınlarımız uzun müddət gel-lak etdirirlər, sonra gel-lak etdirmək imkanları olmadığı üçün, proseduru dayandırırlar. O qadınların dırnaqlarının təbii vəziyyəti o qədər pis olur ki, dırnaq örtüyü tamamilə nazilir, az qala ət görsənir. Odur ki, qadınlarımız bu cür prosedurlarda ehtiyatlı olmalıdırlar. Bilirsiniz, heç də bütün salonlarda işləyənlər peşəkar olmur. Elə salonlar var ki, qadınlarımızın dırnaqlarına orada lazımi qulluq göstərilmir. Xərçəng, dəri qocalması və s. risqlər o zaman daha çox artır ki, qəbul edilən doza həddən artıq olur. Yəni müştəri ayda bir neçə dəfə gel-lak etdirirsə, şüa dozası bir o qədər çox olur və onun sağlamlığı risq altına düşür” - deyə A.Həsənova vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ