şənbə günü, 14 noyabr 2026
     

Gənclərin vətənpərvər tərbiyə işində ilk çıxış nöqtəsi - ailə və orta məktəb...

Image


Doğma vətənimiz olan Azərbaycan hər bir vətəndaş üçün  müqəddəs səcdəgah, pənah yeridir. Etiraf edilməlidir ki, dünyada ən böyük qəhrəmanlıqlar da məhz canımızdan artıq sevdiyimiz Azərbaycan naminə edilib.

Elə bu səbəbdən də görkəmli şəxsiyyətlər, qorxmaz sərkərdələr, cəsur igidlərin çiynində yüksəlib bu Vətən. Sirr deyil ki, ölkə vətəndaşlarının, xüsusən də gənclərin Vətən yolunda canlarından keçmələrində vətənpərvərlik tərbiyəsi xüsusi rol oynayır. Keçmiş döyüşçü Nofəl Abbasov deyir ki, "Vətən" məfhumu dövrlə, tarixi şəraitlə əlaqədar olaraq dəyişir, daha geniş məzmun kəsb edir. Dünyada hər şey kiçilər, amma Vətən kiçilməz. Hər şeydən keçmək olar, Vətəndən keçmək olmaz. Əslində Vətənlə bağlı hissləri, düşündüklərimizi ifadə etmək heç də asan deyil. Yəni, Vətən bizim hisslərimizdən, düşündüklərimizdən də qat-qat yüksəkdədir. Onu tərif edə biləcək söz isə məhəbbətlə yoğrulan ən qüdrətli kəlamdır. Onun sözlərinə görə, gənc nəslə vətənpərvərlik tərbiyəsinin aşılanması ailədən və məktəbdən başlanmalıdır: "Bir çoxları üçün təəccüblü görünən "uşağın tərbiyəsi ana bətnindən başlamalıdır" məsəli təsadüfən deyilməyib. Bəli, uşaq ilk olaraq göz açdığı ailədə tərbiyə alır. Düzgün tərbiyələndirməklə, yaxşı keyfiyyətləri öyrətməklə yanaşı, vətənə, dövlət atributlarına, milli-mənəvi dəyərlərimizə sadiqlik hissi uşağa kiçik yaşlarından, ilk növbədə ailədə aşılanmalıdır. Məşhur rus pedaqoqu Uşinski yazırdı: "Uşaqlara tərbiyə Vətən məhəbbətindən başlamalıdır. Mənsub olduğu vətəni, xalqı, onun dilini sevdirmək tərbiyənin başlanğıcıdır". N.Abbasov hesab edir ki, bu gün gənclərin vətənpərvərlik tərbiyəsindən danışdıqda, gənclərimizin vətənpərvərlik ruhunda yetişdirilməsindən söz açdıqda mütləq Vətən yolunda canından keçmiş igidlərin həyat yolundan söhbət açmaq lazımdır. Bu amilə uyğun olaraq da respublikamızda gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində həyata keçirilən tədbirlərdə yeniyetmə və gənclərin hərbi hissələrdə görüşlərinin keçirilməsi, onlara qəhrəmanlıq tariximiz haqqında bədii və sənədli filmlərin nümayiş olunması, müharibə iştirakçıları ilə birgə tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılmalıdır: "Məlum məsələdir ki, Azərbaycan gəncləri ordunun əsas şəxsi heyətini təşkil edir. Bu heyət vətənpərvər olduqda ordunun gücünə, onun məğlubedilməz olmasına şübhə yaranmır. Heç şübhəsiz ki, Azərbaycan Ordusunun  adının dünyanın ən güclü ordular sırasında çəkilməsi gənclərin vətənpərvərlik hissinin artmasında əhəmiyyətli rol oynayır.  Ötən il oktyabrın 17-də Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 25-ci ildönümünə həsr olunmuş mərasimdə  Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev çıxışı zamanı son 25 illik zaman ərzində ölkəmizin qazandığı uğurlara, həmçinin ordu quruculuğunda qazanılan nailiyyətlərə diqqət yetirmişdi. Ölkə başçısı qeyd etmişdi ki, biz ordu quruculuğu istiqamətində böyük addımlar atmışıq: "Bu gün beynəlxalq ekspertlər də qeyd edirlər ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Biz bunu bilirdik, ancaq bu gün bütün dünya bilir. Bu ilin aprelində təmas xəttində baş vermiş hadisələr Azərbaycan Ordusunun gücünü bir daha göstərdi. Bizim ordumuz əks-hücum əməliyyatı keçirərək Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad etdi. Orada indi Azərbaycan bayrağı dalğalanır. Bu, bizim gücümüzü göstərir. Biz gücümüzü bilirik, gücümüzə əminik və düşmənin istənilən hədəfini məhv edə bilərik..."

Yaşadığımız müstəqillik dönəminə nəzər yetirəndə çox da böyük olmayan bir zamanda - 26 illik bir dövrdə müstəqilliyimizin qorunub möhkəmləndirilməsi üçün bütün sahələrdə xeyli işlər görüldüyünə əmin oluruq. Artıq nəinki beynəlxalq ekspertlər, hətta işğalçı dövlətin analitikləri də obyektiv mövqedən çıxış edərək Azərbaycanın ötən dövrdə ordu quruculuğunda da mühüm uğurlara imza atdığını etiraf edirlər. Əgər 2016-cı ilin Aprel döyüşləri düşmən ordusunun məğlubedilməzliyi haqqında ermənilərin illərdən bəri yaratdığı mifi darmadağın etdisə, Azərbaycanın da yetərincə hərbi gücə malik olduğunu təsdiqlədi: "Bu isə ona dəlalət edir ki, artıq Azərbaycanda peşəkar, yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik bir ordu  formalaşıb. Məhz bu amil gənclərin vətənpərvərlik hissinin artmasına təkan verir. Vaxtilə bir sıra Azərbaycan gənci orduda xidmət etməkdən ən müxtəlif vasitələrlə yayınırdı. İndi isə hər bir Azərbaycan gənci orduda xidmət etməkdən qürur duyur. Bunu özünün şərəf borcu hesab edir. Əslində hər bir  gənc bilməlidir ki, Azərbaycan torpağı müqəddəs torpaqdır.  Bu torpağa qanı tökülən igidlərin yazdıqları tarix və etdikləri igidliklər Azərbaycanın müqəddəs torpağını daha da ulu etmişdir. Şəhidlər üçün yazılan hekayətlər həm də gələcək nəsillər üçün ibrət dərsidir. Qoy onlar xeyiri şərdən, ağı qaradan ayıra bilsinlər. Gənclərimiz anlamalıdır ki, Vətən yolunda şəhidlik əsl vətəndaşlığın ən ali zirvəsidir; bütün zirvələrdən yüksəkdə duran ilahi bir  zirvə, həm də o, adi gözlə yox, yalnız mənəvi gözlə görülə biləcək bir  zirvədir". Onun sözlərinə görə, sözün əsil mənasında son bir neçə ildə Ali Baş Komandanın rəhbərliyi ilə hərbi hissələrimizdə həyata keçirilən irimiqyaslı islahatlar, görülən tədbirlər öz bəhrəsini verib: "Bu gün Azərbaycan Ordusunun adı güclü ordular sırasında çəkilir. Buna zəmin yaradan başlıca səbəblərdən biri də ölkəmizin iqtisadi qüdrətinin artmasıdır. Təsadüfi deyilməyib ki, iqtisadiyyatı güclü olan dövlətin ordusu da güclüdür. Son illər Müdafiə Nazirliyində çox dəyərli bir ənənə formalaşıb. Nazirliyin rəhbərliyi mütəmadi olaraq bayram günlərini ön xətdə döyüş növbətçiliyi aparan şəxsi heyətlə birgə keçirir. Nazir əsgərlə bir süfrədə əyləşir, əsgərlə duz-çörək kəsir. Bu adi bir hadisə deyil, şəxsi heyətin ruh yüksəkliyində belə tədbirlərin əhəmiyyəti böyükdür. Döyüş növbətçiliyində dayanan əsgərlərlə nazirin səmimi söhbəti, şübhəsiz, şəxsi heyətə güclü inam və etibar hissi aşılayır. Bu isə gənclər arasında vətənpərvərlik ideyasının təbliğində əhəmiyyətli amil hesab olunur".

ALİM

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə ABUİB-in həyata keçirdiyi "Azərbaycançılıq və hərbi vətənpərvərlik ideyalarının təbliği" layihəsi çərçivəsində çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ