26 iyun - Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi və ictimaiyyət nümayəndələri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Goranboy rayonundakı «N» saylı hərbi hissəsində olub, cəbhə bölgəsində əsgərlərimizin xidməti, məişət şəraiti ilə tanış olub.
Nəsimi RİH-dən “Bakı Xəbər”ə verilən məlumata görə, əsgərlərlə söhbətin ardından bayram günü münasibətilə böyük tədbir keçirilib.
Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinın başçısı Asif Əsgərov 26 iyun- Silahlı Qüvvələr günü münasibətilə əsgərlərimizi təbrik edərək, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulayıb.
Sonra Nəsimi Rayon İcra Hakimiyyətinin hədiyyələri və rayonun orta məktəb şagirdlərinin əsgərlərə ünvanladığı məktublar şəxsi heyətə təqdim edilib, xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu Nəsimi rayon İcra Hakimiyyətinin xatirə hədiyələri ilə mükafatlandırılıb. Hərbi hissə komandanlığı şəxsi heyətin xidməti və döyüş hazırlığı barədə məlumat verərək, Nəsimi rayon İcra Hakimiyyəti rəhbərliyinə hərbi hissə ilə Nəsimi rayonu arasında mövcud əlaqələrin daha da möhkəmləndirilməsi və Silahlı Qüvvələr günü ərəfəsində tədbirin təşkilinə görə minnətdarlığını bildirib, hərbi hissədə keçirilən bu tədbirin düşmənlə üz-üzə səngərdə xidmət edən hərbçilərdə böyük ruh yuksəkliyinə səbəb olduğunu vurğulayıb.
Bayram tədbirində tamaşaçılara gənc əsgərlərin iştirakı ilə nümunəvi çıxışlar və fləşmoblar təqdim olunub. Sonra respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə döyüşçülər üçün böyük konsert proqramı təşkil olunub. Konsertdə iştirak edən 2 saylı Uşaq Gənclər İnkişaf Mərkəzinin gənc üzvləri əsgərlərimizlə birlikdə rəqs ediblər.
Bayram tədbirindən sonra qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə nahar edib. Hərbi hissənin rəhbərliyi və şəxsi heyəti tədbirin təşkilinə görə Nəsimi rayon nümayəndələrinə minnətdarlıqlarını bildirib.
Baki-xeber.com