şənbə günü, 14 noyabr 2026
     

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

Image


Məlum həqiqətdir ki, sivil cəmiyyətlərdə toplumun əsas azadlıqları mətbuatdan başlayır. Bunun əsas səbəbi də odur ki, mətbuat azad toplumların ən şəffaf güzgüsü olaraq, cəmiyyət həyatında baş verən bütün neqativ və pozitivləri özündə olduğu kimi əks etdirir, beləliklə də əslində dövrün gerçək təsvirini vermək baxımından unikal bir missiya yerinə yetirir. “Bu ayinədə” tarixə “əyri və ya düz” düşmək isə artıq o cəmiyyətin şans məsələsi sayılmalıdır. Çünki azad informasiya mühitinin yetişməsi üçün ölkədə insan hüquq və azadlıqları ən yüksək səviyyədə qorunmaqla dövlət təminatına söykənməli, mətbuat isə tərəfsiz olaraq ümumən topluma xidmət etməlidir.

Toplumun azadlığı məsələsindən söz açarkən ingilis filosofu Con Stüart Millin hələ XIX əsrdə yazdığı “Azadlıq haqqında” adlı məşhur əsəri yada düşür. Həmin əsərində o, insan azadlığı barəsində deyir: “İnsan canlılar aləminin daim tərəqqiyə can atan bir növüdür və fikir azadlığı olmadan tərəqqi mümkün ola bilməz”. İngilis filosofunun fikrincə, təfəkkür azadlığı təkcə “dahi başların” yetişdirilməsi üçün zəruri deyil, o, qadir olduğu ən yüksək əqli inkişaf səviyyəsinə çata bilməsi üçün sıradan insanlara daha çox lazımdır”. Ümumi mənəvi və əqli köləlik mühitində belə fövqəladə zəkaların olduğunu və yenə də yarana biləcəyini deyən Mill yazır ki, “lakin belə mühitdə heç vaxt intellektual cəhətdən fəal xalq olmayıb və olmayacaq”. Elə təkcə bu fikir plüralist cəmiyyətin yetişməsi üçün əsas insan azadlıqlarının nə qədər önəmli məsələ olduğunu ortaya qoyur.

Azərbaycanın tarixində fikir plüralizminin oyanışı və inkişafı...

Azərbaycanda söz və mətbuat azadlığı uğrunda tarixi mübarizənin real məzmun kəsb edərək gerçəkləşməsı XIX əsrə təsadüf edir. Bakıda ilk rus qəzetinin nəşrinədək Azərbaycan xalqının iqtisadi və mədəni həyatına aid faktları Tiflisdə çıxan rus qəzetləri yazırdı. XIX əsrin 20-ci illərindən başlayaraq "Tiflisskiye vedomosti", "Zakavkazskiy vestnik", "Kavkaz", "Novoye obozreniye" və başqa qəzetlərdə Azərbaycan xalqının ədəbi həyatına aid yazılar əhəmiyyətli yer tuturdu. 1832-ci ildə Tiflisdə Azərbaycan dilində nəşr olunan belə qəzetlərdən biri də "Tiflis əxbarı" qəzeti idi. Lakin çarizmin ideoloji-siyasi təsiri altında olan bu qəzetlər, təbii ki, Azərbaycan aydınlarının xalqı maarifləndirmək kimi müqəddəs missiyanı yerinə yetirməsi üçün yetərli deyildi. Bu səbəbdən Azərbaycanın o dövrdə yaşamış işıqlı şəxsiyyətləri milli mətbuatın yaradılması üçün uzun illər mübarizə aparmalı olub. 1875-ci il iyulun 22-də görkəmli ədib və ziyalı Həsən bəy Zərdabinin təsisçiliyi və baş redaktorluğu ilə Azərbaycanın ilk mətbu orqanı - "Əkinçi" qəzetinin işıq üzü görməsi də elə bu inadlı mübarizənin nəticəsi idi. Lakin bu qəzetlə Azərbaycan milli mətbuatının əsası qoyulsa da, çar istibdadının tüğyan etdiyi həmin illərdə insanların fikir və söz azadlığından danışması belə mümkün deyildi. Bundan onillər sonra Azərbaycanda ziyalı hərəkatının güclənməsinin sonucu olaraq Xalq Cumhuriyyətinin hakimiyyətinin qurulması ölkədə fikir və söz azadlığına nəfəslik açsa da, onun da ömrü cəmi 23 ay çəkdi və Azərbaycan mətbuatı bu dəfə sovet ideologiyasını təbliğ etməyə məcbur edildi. Əslində, 70 il sürən Sovetlər birliyi dönəmində Azərbaycan aydınları yaratdıqları bədii əsərlərdə sətiraltı mənalarla bəzi mətləbləri oxucularına çatdırmağa çalışır və çox zaman buna nail olurdu. Lakin azadlıqsevər bir toplum üçün bu olduqca az idi. Ötən əsrin 90-cı illərinin sonlarında Sovetlər birliyinin süqut etməsilə, SSRİ-nin bir çox respublikaları kimi, Azərbaycanda da milli müqavimət hərəkatı yarandı və Azərbaycan mətbuatında görünməmiş inqilab baş verdi. Yəqin çoxları o dövrdə birdən-birə çoxlu sayda azad fikirli qəzetin ortaya çıxmasını xatırlayır. Sovet ideologiyasının təbliğatçısı, şablon yazıların tribunası olan qəzetlərin ardından “düzü-düz, əyrini-əyri” yazan yeni ideoloji nəşrlərin ortaya çıxması respublikada əsl evolyusiyanın yaşanmasına gətirdi. Düzdür, o dövrdə sovet stereotipi, can üstə olsa da, hələ yaşayırdı və bunun nəticəsi olaraq, bəzi kəskin yazıların senzuradan keçməməsi, hətta qəzet çapa gedən anda yazının çıxarılması üzündən bir sıra hallarda qəzetlərdə ağ səhifələrin getməsinin də şahidi olurduq. Lakin SSRİ-nin sonuncu prezidenti Qorbaçovun dediyi kimi, “proses başlamışdı” və azad fikrin önünü kəsmək artıq mümkün deyildi. Nəhayət, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanda mətbuat da özünün azad dönəminə qədəm qoydu.

Azərbaycanda azad toplum amilinə dayanan prosesin başlaması və azad sözün inkişaf dövrü...

Müstəqilliyin əldə olunmasından keçən zaman kəsiyində Azərbaycanda söz və fikir azadlığı istiqamətində çox ciddi nailiyyətlərə imza atılıb və bu yöndə normativ hüquqi aktlar qəbul olunub. O zamankı dövlət başçısı Heydər Əliyevin 1998-ci il 18 iyun tarixində imzaladığı Sərəncamla təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı", həmin il avqustun 6-da mərhum prezidentin imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərman bu kontekstdə “ilk qaranquşlar” sayıla bilər. Bu sənədlər ölkədə söz, mətbuat, fikir azadlıqlarının təminatına əlverişli şərait yaratmaqla, həm də o cəhətdən qiymətlidir ki, bununla Müstəqil Dövlətlər Birliyi məkanında ilk olaraq Azərbaycanda senzura ləğv olundu. 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması isə dövlətin mətbuat üzərində nəzarətinə birdəfəlik son qoydu. 1999-cu ildə "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun, sonrakı dövrlərdə isə "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında", "Məlumat azadlığı haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Ətraf mühitə dair informasiya almaq haqqında" Azərbaycan Respublikası qanunlarının qəbul edilməsilə kütləvi informasiya vasitələri cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrildi. Mərhum prezidentin 2000-ci il 6 mart tarixli Sərəncamı ilə təsdiq edilən "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramı" isə bu sahənin maddi-texniki bazasının gücləndirilməsində mühüm rol oynadı. "Bizim dövlət siyasətimizin əsas məqsədlərindən biri Azərbaycanın mütərəqqi mətbuat ənənələrinin davam etdirilməsi və müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, KİV-in maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, onların imkanlarından respublikada hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması və inkişafı, demokratik islahatların həyata keçirilməsində səmərəli istifadə edilməsindən ibarətdir" deyən Heydər Əliyev azad mətbuatın inkişafına çox böyük diqqət göstərib, çap mətbuatının dövlət Nəşriyyatına olan borclarının silinməsi kimi unikal və azad toplum amilinə dayanan qərar verməklə ölkədə söz və fikir azadlığının inkişafında birbaşa dövlətin maraqlı olduğunu ortaya qoyub.

Prezident İlham Əliyev jurnalistləri niyə özünün köməkçiləri adlandırdı...

Bu xətt bu gün də davam etdirilir və biz bunu mətbuata göstərilən dövlət qayğısının ən müxtəlif təzahürlərində hiss edirik. Prezident İlham Əliyev bir çox çıxışlarında jurnalist əməyini yüksək qiymətləndirdiyini  bildirib. Təsadüfi deyil ki, məhz Prezidentin iradəsi və xeyir-duası ilə bugünə kimi 400 nəfərdən artıq jurnalist dövlətdən mənzil alıb və bu proses bu gün də davam edir. Jurnalistlər üçün inşa olunan ikinci binanın açılışında jurnalist əməyinin cəmiyyətdəki rolu barədə danışan dövlət başçısı hətta onları özünün köməkçisi adlandırıb, bildirib ki, bəzi hallarda hansısa xoşagəlməz hadisə ilə bağlı məlumatı mətbuatdan əldə edir:”Düzdür, mənə müxtəlif mənbələrdən hər gün müxtəlif məlumatlar gəlir. Yəni əlbəttə ki, mənə həm xarici, həm daxili siyasətlə, həm də təhlükəsizlik məsələləri ilə bağlı əsas məsələlər məruzə edilir. İnsanları narahat edən məlumatlar haqqında mən mətbuatdan da xəbər tuturam, dərhal reaksiya verirəm. Dövlət məmurları və yaxud digər şəxslər, qüsurlara yol verən şəxslər bilirlər ki, Azərbaycanda söz və mətbuat azadlığı imkan verməyəcək ki, onlar işdə hansısa qüsurlar buraxsınlar. Ona görə, jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir”.  Elə təkcə ölkə başçısının dilindən səslənmiş bu fikirlər ölkədə plüralizmin və söz azadlığının hansı səviyyədə olduğunu və Azərbaycan mətbuatının özünün bütün problem və uğurları ilə dövlət başçısının diqqət mərkəzində olduğunu tam şəkildə ortaya qoyur. Maraqlıdır ki, Prezident İlham Əliyevin mətbuata həssas münasibəti xarici mətbuatın da diqqətindən yayınmır. Ötən il Prezidentin qəbulunda olan Rusiya Jurnalistlər Birliyinin sədri Vladimir Solovyovun İlham Əliyevin mətbuatı şəxsən izlədiyini hiss etdiyini dilə gətirməsi, hətta onun hər ölkənin mətbuatını “öz dilində” oxumasından heyrətini gizlətməməsi bunun real təsdiqi sayıla bilər.

Mətbu orqan təsis etməyin ən asan başa gəldiyi ölkə...

Görünür, bütün bunların nəticəsidir ki, bu gün Azərbaycanda istər çap, istərsə də online media orqanı açmaq bəlkə heç bir ölkədə olmadığı qədər asandır. Bu faktın özü ölkənin demokratik prinsiplərlə inkişaf etməsi üçün fikir, söz və mətbuat azadlığına önəm verilməsinin və bu azadlıqların qanunla qorunmasının real təzahürü sayılmalıdır. Bakı Dövlət Universitetinin Jurnalistika kafedrasının professoru Cahangir Məmmədli deyir ki, Azərbaycan qanunvericiliyində söz və mətbuat azadlığı çox dəqiq əksini tapıb.”Bizim KİV haqqında qanunumuz Avropa Şurasının ən ciddi ekspertizasından keçib. Bu sənəd nəinki MDB məkanında, hətta Avropada ən yaxşı qanunlardan biridir"- deyən professor Azərbaycandakı fikir, söz və məlumat azadlığını dövlətin siyasi kursunun və qazanılan demokratik nailiyyətlərin mühüm tərkib hissəsi adlandırır. Lakin bununla yanaşı, hörmətli professor bu azadlıqların bəzi hallarda yan təsirlərinin də olduğunu təəssüflə qeyd edir. Bildirir ki, ümumiyyətlə, demokratik dövlətlərin söz, mətbuat, fikir azadlığı ilə bağlı formalaşdırdığı qanunvericilik bazası təkcə bu ixtisasa yiyələnən kadrların, mütəxəssislərin deyil, digər bir çox müxtəlif peşə sahiblərinin də mətbuata, televiziyaya, radioya axınına şərait yaradır ki, bu da bəzi hallarda sözügedən sahədə qeyri-peşəkarlığın qol-qanad açmasına gətirir və bu hal Azərbaycandan da yan keçməyib:”Azərbaycanın jurnalistika məkanında KİV qanunvericiliyinin yaratdığı hüquqi imkanlara söykənərək fəaliyyət göstərən bir çox qəzetlərin redaksiyalarına qeyri-peşəkarların axınından doğan təcrübə sübut edir ki, peşənin nəzəriyyəsini bilmədən jurnalist olmaq xoşagəlməz nəticələrə gətirib çıxarır”. Jurnalistikanı xüsusi elm sahəsi adlandıran professorun sözlərində böyük həqiqət var. Bu sahəyə bələd olan hər kəs təsdiq edər ki, Azərbaycanda mətbu orqan təsis etmək üçün uzun-uzadı bürokratik proseslərdən keçmək lazım gəlmir. O üzdən də istənilən sıravi vətəndaş zəruri hüquqi sənədləşmədən keçməklə özünə mətbu orqan yaradıb jurnalist cameəsinə qoşula bilir. Lakin dövlətimizin bizə verdiyi bu hüquqi azadlıq modeli bəzi hallarda qeyri-peşəkarların şantaj və qorxutmaqla pulqazanma vasitəsinə çevrilir ki, sonda bu da xoş olmayan nəticələrə gətirib çıxarır. Doğrudur, Azərbaycan Mətbuat Şurasının “reket jurnalistikaya” qarşı yaratdığı komissiyanın fəaliyyəti bu halların kökünü kəsə bilməsə də, onun qol-qanad açmasının qarşısını ciddi şəkildə ala bilib. Lakin görünən o ki, ölkədəki plüralist atmosferdən öz mənafeyi naminə yararlanmaq istəyənlər hələ də var və insanlar ölkədə söz və fikir azadlığına açılan geniş imkanlardan sui-istifadənin yolverilməzliyini dərk edənədək bu mübarizə davam etməlidir. Yalnız bu xoşagəlməz təmayüllər aradan qalxdıqda və bəzi insanlar bu azadlığı doğru qiymətləndirib, “düzü-düz, əyrini-əyri” yazmaqla mükəlləf olduqlarını anladıqda Azərbaycan jurnalistikası intibah dövrünü yaşayacaq və ümid edək ki, o gün uzaqda deyil.

Samirə SƏFƏROVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ