22/10/2019 08:42
728 x 90

Azərbaycanda turizm polisi yaradılır - məsələ DiN-lə müzakirə olunur

img

Azərbaycanda turistlərin problemlərinin dinlənilməsi və həll edilməsinə kömək etmək üçün turizm polisi yaradılacaq.

Baki-xeber.com xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov deyib.

Aparat rəhbərinin sözlərinə görə, turizm polisləri turistlərə xidmət göstərəcək şəxslər olacaqlar və turistlər ölkədə olarkən, şəhərdə gəzərkən çətinlik çəkdiyi zaman bu xidmətlərdən istifadə edəcəklər.

K.Qasımov qeyd edib ki, ölkədə turistlərə xidmət göstərən dövlət qurumlarının bütün xidmətlərinin vahid mərkəzdən idarə olunması üçün "Qaynar xətt"in yaradılması nəzərdə tutulur: "Turist "Qaynar xətt"ə müraciət etməklə problemlərini həll edə, suallarına cavab tapa bilər. Bununla turistlə dövlət arasında əlaqə yaradılır ki, onların problemi daha çevik həllini tapsın. Turizm polisinin yaradılması məsələsi Daxili işlər Nazirliyi ilə müzakirə olunur. Artıq bununla bağlı hüquqi razılıq, şəhərdə turizm polisi formaları geyinən şəxslərin olması ilə bağlı ilkin razılıqlar əldə olunub. Bu ideya artıq təsdiqlənib".

Son xəbərlər