18/09/2019 22:31
728 x 90

Zığ şossesi yaxınlığında baş vermiş yanğın söndürüldü

img

Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi yaxınlığında baş vermiş yanğın nəticəsində təqribən 6 ha ərazidə quru ot, kol-kos, ətrafa dağılmış tikinti materialları (istifadəyə yararsız), bəzi həyatyanı sahələr yanıb, 2 fərdi yaşayış evinə qismən zərər dəyib.

Fövqəladə Hallar Nazirliyindən baki-xeber.com-a verilən məlumata görə, yanğının söndürülməsinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Mülkü müdafiə qoşunlarının canlı qüvvəsi (120 nəfər) və texnikası (18 ədəd) cəlb edilib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər