18/07/2019 09:22
728 x 90

Ziyalı DİN rəhbərliyinə və yol polisi əməkdaşlarına təşəkkürünü bildirir

img

Uzun illərin müəllimi, şair-tərcüməçi, 5 kitabın, çoxlu sayda tərcümə və məqalələrin müəllifi olan 68 yaşlı Şahin Canıyev yazır ki, bu yaxınlarda ailəsi ilə birlikdə Lənkərandan qayıdarkən Masallı rayonu ərazisində qəfildən gəldikləri avtomobildə nasazlıq yaranıb və yolda qalıblar.

Bu zaman həmin ərazidə xidmət aparan 2 yol polisi əməkdaşı onlara yaxınlaşıb və problemləri ilə maraqlanıb. Polis əməkdaşları avtomobildə olan 3 nəfər yaşlı qadını və onu öz maşınlarına əyləşdirib, qısa vaxtda onların maşınındakı nasazlığı aradan qaldırıblar. Yol polisi əməkdaşları onları Masallı postuna qədər ötürüblər.

Müəllif yazır ki, postda maşını saxlayıb həmin əməkdaşların adlarını öyrənib.

O, polisin bu cür davranışının, xeyirxah əməllərinin qürurverici olduğunu deyir və məktubunda bu cür əməkdaşların olduğuna görə DİN rəhbərliyinə və Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 11-ci taqımının əməkdaşları Rövşən İsmayılova və Zamiq Həsənova təşəkkürünü bildirir. 

Son xəbərlər