18/07/2019 09:23
728 x 90

Gürcüstan rusiyalı turistlər üçün Bakıdan pulsuz avtobus marşrutunun təşkil olunmasını təklif etdi

img

Gürcüstanın Mehmanxana və Restoranlar Assosiasiyası rusiyalı turistlərin Bakı, İrəvan və Trabzon aeroportlarından Gürcüstanın şəhər və kurortlarına çatdırılması üçün pulsuz avtobusların istifadəyə verilməsi təklifini irəli sürüb.

Baki-xeber.com İnterfax-a istinadən xəbər verir ki, bu barədə Assosiasiya rəhbəri Şalva Alaverdaşvili açıqlama verib.

“Bizim əsas vəzifələrimizdən biri əcnəbi turistlərin ölkəyə, xüsusilə Qara dəniz regionuna gəlməsini asanlaşdırmaqdır. Biz rusiyalı turistlərin Bakı, İrəvan və Trabzon aeroportlarından Gürcüstana çatdırılması üçün pulsuz avtobusların istifadəyə verilməsini təklif edirik”, - deyə o, Birinci kanalın efirində bildirib.

Ş.Alaverdaşvili vurğulayıb ki, müzakirələrə Gürcüstanın İqtisadiyyat və Xarici İşlər nazirlikləri də qoşulacaq.

Son xəbərlər