18/07/2019 09:19
728 x 90

Lerikli İlkin Ələkbərov 21 yaşında Vətən yolunda şəhid oldu

img

Layiqli bir övlad kimi Vətən qarşısında son borcunu şərəflə verib şəhidlik zirvəsinə ucalan İlkin Tarqulu oğlu Ələkbərov haqqında danışmaq istəyirəm. Bəli, qəlb dünyasında xalqına, vətəninə böyük bir sevgi yaşatmaqla İlkin yetkinlik yaşına çatır. Sağlam əqidəsi, saf amalı dünyaya göz açdığı Lerik rayonunun Pirasora kəndində onu hörmət, ehtiram sahibi edir. Az yaşında işığına üz tutanlar da olur.

Mənfur erməni dığaların dövlətimizə qarşı əsassız ərazi  iddialarına, Qarabağ torpağında  həddini aşmasına İlkin çox qəzəblənir. Milli Ordu sıralarına daxil olub müqəddəs Vətən torpağının müdafiəsinə qalxır. O, hərbi xidmətə Fizuli cəbhəsindən başlayır. Olduğu qeyri-bərabər döyüşlərdə mərdliklə vuruşur, əsl igidlik nümunələri  göstərir. İlahi məhəbbətlə bağlandığı vətən sevgisi qolunun gücünü-qüvvəsini döyüşdən-döyüşə artırır. Endirdiyi  sarsıdıcı zərbələr təcavüzkar dığalara yerini göstərir. Öz hünəri bir yana, həm də bir-birindən çətin əməliyyatlarda əla döyüşçü keyfiyyətləri nümayiş etməklə əsgər yoldaşların qəlbində  vətənə məhəbbət, cəsurluq, kişilik, düşmənə nifrət hissi yaradır...

Erməni dığaların 26 mart 2000-ci ildə Fizuli rayonunun Alxanlı kəndinə qəfil hücumu başlanır. Həmin gün xalqımızın igid oğlu İlkin Ələkbərov odunu qəlbində gəzdirdiyi  Azərbaycan torpağının azadlığı uğrunda qəhrəmanlıqla vuruşaraq şəhidlik zirvəsinə yüksəlir. 21 yaşında dünyasını dəyişərək, Vətən eşqli şücaəti əbədi olaraq onun adını ürəklərə yazır.

Bu günlər İlkinin 40 yaşına Ələkbərovlar ocağına gələnlər də qürurlu idilər. Axı, onların tanıdığı, sevdiyi İlkin millətinə daim ucalıq gətirən bir şərəfin sahibi idi. Həmişə olduğu  tək, yenə də mərd igidin milləti üçün yaşanan ömür yolu  həm də bütöv Azərbaycana sədaqət rəmzi kimi xatırlandı.

Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyini üzvü

Son xəbərlər