şənbə günü, 14 noyabr 2026
     

“Azərenerji” ASC-nin Reabilitasiya Proqramı və yeni hədəflər...

Image


Hər bir varlığın və hərəkətin kökündə enerji dayandığı kimi, ölkə iqtisadiyyatının da əsasında onun keyfiyyətli enerji təminatı dayanır. O üzdən, bütün digər strateji hədəflər sırasında enerji sahəsi də Azərbaycan dövləti üçün prioritet vəzifələrin önündə gəlir. Eyni zamanda, ölkənin enerji təhlükəsizliyinin təminatı baxımından da bu sahənin önəmi böyükdür. Bunun real təsdiqini isə çox da uzaq olmayan keçmişdə yaşadığımız “Mingəçevir olayı” ilə hər birimiz gördük. Belə ki, 2018-ci ilin 3 iyul tarixində Azərbaycanda sanki həyat dondu. Səbəb “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin açıq paylayıcı qurğular stansiyasının transformatorunda və 6-cı enerji blokunda yanğınla nəticələnən partlayışın baş verməsi idi...

Həmin olay nəticəsində bütün respublika ərazisinə elektrik enerjisinin verilişi dayandı. Bu sırada xəstəxanalarda müxtəlif aparatlara bağlı xəstələrin vəziyyəti, informasiya şəbəkəsinin çöküşü, idarə və müəssisələrdə iş ahənginin pozulması ilə ümumən ölkə iqtisadiyyatına dəyən zərər nəzərə alınarsa, sözügedən qəzanın hansı masştabda fəsadlara gətirib çıxardığını təsəvvür etmək çətin deyil.

“Mingəçevir olayı” sonrası keçirilən Prezident müşavirəsi qarşıya hansı konkret vəzifələr qoydu...

Elə həmin olaydan dərhal sonra Prezidentin rəhbərliyilə keçirilən müşavirədə ölkənin enerji təchizatının bir və ya iki stansiyadan asılılığının nə qədər yanlış və təhlükəli olduğuna xüsusi diqqət yetirilərək, enerji təminatında fasiləsizliyi təmin etmək məqsədilə sistemli addımların atılmasına start verildi. Həmin müşavirədə Prezident İlham Əliyev çıxış edərək bildirdi ki, qəzanın səbəbləri vacib olsa da, bundan daha önəmli məsələ qəza nəticəsində ümumi sistemin sıradan çıxmasıdır”:”Bu çox ciddi bir faktdır və əlavə tədbirlər görülməlidir ki, gələcəkdə əgər hər hansı bir qəza baş verərsə, ümumi sistemə bunun təsiri olmasın, yəni qəza lokal xarakter daşısın”. Beləliklə də, cənab Prezidentin xeyir-duası ilə “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti yeni “Reabilitasiya Proqramı”nın tətbiqinə başladı. Müdrik atalarımızın “Hər şərdə bir xeyir var” deyimi burada çox yerinə düşür. Düzdür, müstəqilliyini qəbul etməsindən ötən illər ərzində Azərbaycan çox uğurlara imza atıb, az qala ölkə həyatının bütün sahələri yenidən qurulub, bazası sağlam olan sahələr daha modern hala gətirilib, “yerində sayanları” isə inkişaf etdirilərək günün tələblərinə cavab verəcək səviyyəyə qaldırılıb. Lakin enerji sahəsində məlum hadisənin baş verməsi sanki zamanında ölkənin enerji təhlükəsizliyinin daha həssas məsələ olduğunu bir daha diqqət mərkəzinə gətirdi. Üstəlik, erməni mətbuatının “Mingəçevir olayı” ilə bağlı sevincək xəbərlər tirajlaması, hadisəni “üfürərək” faciə şəklində təqdim etməsi, hətta Azərbaycanda sadə vətəndaşların yaşadığı çaşqınlığı panikaya çevirmək məqsədilə dövriyyəyə guya Mingəçevirə mərmi atmaları kimi feyk xəbərlər buraxması sözügedən sahənin nə qədər həssas bir mövzu olduğunu bütün çılpaqlığı ilə ortaya qoydu. Belə bir vaxtda operativ şəkildə hazırlanaraq tətbiqinə başlanılan “Reabilitasiya Proqramı” ölkəmizin uğurlarını gözü götürməyən bədnam qonşularımıza Azərbaycan dövlətinin gücünü və səbatını bir daha xatırlatmaqla, ölkənin enerji təhlükəsizliyinin hər cür təhdiddən qorunması üçün əlavə stimul vermiş oldu. “Azərenerji”ASC-dən verilən məlumata görə, ötən ilin payızından etibarən həyata keçirilən “Reabilitasiya Proqramı” çərçivəsində yenidən qurulan yarımstansiyalardan əlavə, digər yarımstansiyaların transformatorlarının təmir edilməsi, dəyişdirilməsi və yenisi ilə əvəz edilməsi nəticəsində 250 meqavatamperdən çox güc artırılıb. Eyni zamanda, bütün ölkə boyu enerji sisteminin çökməsinə səbəb olan Mingəçevirdəki “Azərbaycan” İstilik Elektrik Stansiyası istismar müddətini başa vurduğu üçün Prezident İlham Əliyevin göstərişilə ən müasir səviyyədə onun yenidən qurulmasına başlanıb. Hazırda Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan və respublikada elektrik enerjisinə olan tələbatın 43%-ni təmin edən 8 bloklu “Azərbaycan” İstilik Elektrik Stansiyasında bütün parametrlər üzrə tikinti, yenidənqurma və bərpa işləri uğurla davam etdirilir. Ümumilikdə, ötən ilin payızından tətbiqinə start verilən “Reabilitasiya Proqramı” çərçivəsində “Azərbaycan” İstilik Elektrik Stansiyasında 3 il ərzində turbinlərin, generatorların, rele mühafizə sisteminin, sexlərin, yarımstansiyaların, 500 və 330

kilovoltluq hava xətlərinin, əks-qəza avtomatikasının tamamilə yenidən qurulub bərpa edilməsi nəzərdə tutulub. Bu günə qədər Proqram çərçivəsində “Azərenerji” ASC tərəfindən stansiyanın 6 saylı enerji blokunda kompleks yenidənqurma işləri aparılıb və nəticədə 60 meqavatt yük məhdudiyyəti aradan qaldırılıb. Həmçinin 500 kilovoltluq Açıq Paylayıcı Qurğunun II dövrəsinin 7 saylı enerji bloku və 1 saylı əlaqə avtotransformatorunun bütün elementləri yeni avadanlıqlarla əvəzlənərək istismara verilib. Nəticədə, 7 saylı enerji blokunun gücü 250 meqavatdan maksimum həddə - 310 meqavata çatdırılıb.

Yerli istehsal məhsulların tətbiqi “Azərenerji”də də prioritetdir...

ASC-dən verilən məlumata görə, enerji sisteminin çökməsi Şirvan şəhərində yerləşən “Cənub” Elektrik Stansiyasındakı 2 ədəd 330 kilovoltluq avtotransformatordan birinin sıradan çıxmasına səbəb olmuşdu. Gərginliyi 330, 220 və 6 kV-a çevirən həmin avtotransformator yerli ATEF Transformator Zavodunda təmir edilərək “Cənub” Elektrik Stansiyasındakı yerinə quraşdırılıb ki, bunun özü də respublikamızın inkişafından, yerli istehsalın bütün parametrlər üzrə irəliləyişindən xəbər verir. Bunun da nəticəsində 330 və 220 kV-luq şəbəkənin etibarlılığı artırılıb, həmçinin xüsusi sərfiyyatda gərginliyin səviyyəsi 6 kV-dan 6,3 kV-a qaldırılıb. Mütəxəssislərin dəyərləndirməsinə görə, bu da xüsusi sərfiyyat mühərriklərinin işəsalma rejimini yüngülləşdirib və ehtiyat bəsləmə sisteminin etibarlılığını artırıb. Həyata keçirilən işlər nəticəsində “Cənub” Elektrik Stansiyasının gücü 520 MVt-dan 720 MVt-a qaldırılıb və bununla 200 MVt itirilmiş güc bərpa olunub. Bununla yanaşı, hidrogen istehsal edən eloktroliz, oksigen qurğularında da təmir işləri aparılıb. Hazırda sex və laboratoriyaların yerləşəcəyi ofis binası təmir olunur, kimya sexi yenidən qurulur, çənlərin bünövrəsi, yeni çənlərin quraşdırılması və borularda izolyasiya işləri aparılır. Paralel olaraq hidrogen, azot-oksigen və hava kompressorları sexinin yerləşəcəyi binada, stansiyanın girişində mövcud yanğınsöndürmə nasosxanasında təmir işləri görülür, həmçinin yağ təsərrüfatının köçürülməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir, “Azərbaycan” İstilik Elektrik Stansiyasında yeni inzibati bina və idarəetmə mərkəzi tikilir. Proqram çərçivəsində stansiya ərazisinin perimetr boyu elektron hasarla əhatəyə alınması və kamera sisteminin qurulması işlərinin həyata keçirilməsi isə xüsusi önəm kəsb edir və bilavasitə ölkənin enerji təhlükısizliyinin hər cür təhdidlərdən daha etibarlı şəkildə qorunmasını hədəfləyir. “Reabilitasiya Proqramı”nın icrası ilə bağlı ASC-dən verilən açıqlamada bildirilir ki, ölkənin ən böyük 500 kilovoltluq Açıq Paylayıcı Qurğularından biri məhz “Azərbaycan” İstilik Elektrik Stansiyasında yerləşir ki, onun da 2-ci dövrəsində aparılan işlər artıq başa çatıb. Bundan başqa, Yuxarı Qarabağ kanalının üzərindən əhali üçün yeni körpü və yol salınması, yeraltı yanğınsöndürmə su boru sistemlərinin bərpa edilməsi istiqamətində də işlər görülür. Beləliklə də, görüləcək genişmiqyaslı işlər nəticəsində stansiyanın gücü 380 meqavatt artırılaraq 2000 meqavata çatacaq, ən əsası isə, “Azərbaycan” İstilik Elektrik Stansiyasında dayanıqlılıq və etibarlılıq təmin ediləcək.

Azərbaycanın dünyanın enerji məkanına ölkələr aşaraq uzanan işıqlı “qolu” – “Azərenerji”...

Bu gün zəngin neft-qaz ehtiyatlarına sahib Azərbaycanın elektrik enerjisinin ixracatçısı kimi də dünya ölkələri sırasında öncül yer tutduğu faktdır. Belə ki, uzun müddətdir ölkəmiz qonşu Rusiya, Gürcüstan, İran və Türkiyəyə elektrik enerjisi ixrac edir. Bu ilin mayından etibarən "Azərenerji” ASC vasitəsilə Azərbaycan Gürcüstan və Türkiyədən tranzit keçməklə Yunanıstana, eyni zamanda Gürcüstan, Türkiyə və Bolqarıstandan tranzit keçməklə Rumıniya və Macarıstana da elektrik enerjisinin ixracına başlayıb. "Azərenerji”nin bu barədə yaydığı rəsmi məlumata görə, may ayı üçün Yunanıstan hərracında 7, Bolqarıstan hərracında 5 şirkət qalib olub ki, onların da hər ikisində "Azərenerji” ASC uğur əldə edib. Bununla yanaşı, "Azərenerji” ASC qarşıdakı aylarda Avstriya və İtaliyaya da elektrik enerjisi ixrac etməyi planlaşdırıb.

Daim inkişaf edən, təkmilləşən “Azərenerji” bu yaxınlarda modernləşdirmə istiqamətində xüsusi addım atıb. Belə ki, bu ilin may ayında ASC dünyanın aparıcı 10 konsaltinq şirkətindən biri hesab olunan “McKinsey&Company” şirkəti ilə məsləhətçi xidmətlərin göstərilməsi üçün 3 illik müqavilə imzalayıb. Həmin müqavilə “McKinsey&Company”nin modernləşdirmə işləri, yeni generasiya güclərinin yaradılması, elektrik stansiyalarının tikilməsi, enerji sisteminin idarəetməsi, idxal-ixrac məsələləri, Strateji Yol Xəritəsinə uyğun olaraq “Azərenerji”nin hədəflərinə çatmaq və digər məsələlərdə məsləhətçi funksiyasının həyata keçirilməsini nəzərdə tutur. Səhmdar Cəmiyyətin başlıca məqsədi və vəzifəsi ölkənin elektroenergetika sisteminin dayanıqlığını təmin etməklə, elektrik enerjisinin istehlakçılara etibarlı, təhlükəsiz və səmərəli ötürülməsini həyata keçirmək, öz fəaliyyətini davamlı təkmilləşdirmək, istehlakçıların tələbatını tam şəkildə ödəmək və xarici bazarda inamlı tərəfdaş mövqeyini möhkəmləndirməkdən ibarətdir. Onun “İSO 9001:2008 Keyfiyyət İdarəetmə Sistemləri” Beynəlxalq Standartının tətbiqilə əsas götürdüyü prinsiplər isə öz fəaliyyətini elektroenergetika sahəsində mövcud qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq konvensiyalar, mübadilə və xidmətlər üzrə müqavilələrin tələblərini yerinə yetirməklə həyata keçirmək, qarşıya qoyulmuş və ölkənin mənafeyinə xidmət edən vəzifə və funksiyaları layiqincə yerinə yetirmək və davamlı inkişafa nail olmaqdır. Hazırda “Azərenerji” ASC Bakı şəhəri və ətraf qəsəbələrin, o cümlədən regionların elektrik enerjisi təchizatını daha da yaxşılaşdırmaq məqsədilə, elektrik stansiyaları ilə yanaşı, sistem əhəmiyyətli 220 və 110 kilovoltluq yarımstansiyalarda kompleks tikinti, yenidənqurma və bərpa işləri həyata keçirir. Cəmiyyətin mütəmadi yenilənən saytından əldə etdiyimiz məlumata görə, hazırda sistemtəşkiledici 220 kilovoltluq “Xırdalan”, Badamdar qəsəbəsindəki “Müşfiq” yarımstansiyaları, o cümlədən Bakı və ətraf qəsəbələrdə, həmçinin rayonlarda 17 ədəd 110 kilovoltluq yarımstansiya tam yenidən qurulur. Artıq “Zabrat” və Sumqayıtdakı “Sulfanol” yarımstansiyalarında işlər başa çatıb. Digər yarımstansiyalarda aparılan yenidənqurma işləri isə yaxın aylarda yekunlaşacaq.

İşıqlı yolun yolçuları və ölkənin rifahı...

Bəlli məsələdir ki, enerji sistemində yarımstansiyaların yenidən qurulması, o cümlədən ifrat yüklənən transformatorların dəyişdirilərək gücünün çoxaldılması avadanlıqların ifrat yüklənmə nəticəsində qızması və qəzaların qarşısının alınması baxımından çox əhəmiyyətlidir. Eyni zamanda, qəza baş verəcəyi halda yükün bir yarımstansiyadan digərinə köçürülməsi, itkilərin aradan qaldırılması və istehlakçıların fasiləsiz və daha keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün yarımstansiyaların yenidən qurulması çox önəmlidir ki, ASC də məhz bu üzdən sözügedən istiqamətdə fəaliyyətini genişləndirməkdədir.

Bütün bu sadalananlardan çıxış edərək əminliklə demək olar ki, ASC-nin bugünkü fəaliyyəti və göstəriciləri tam mənasında şirkətin qarşıya qoyduğu hədəfə doğru inamla irəlilədiyindən xəbər verir. Bu hədəf isə geniş anlamda ölkənin rifahı, işıqlı gələcəyi deməkdir və o üzdən bizə də Səhmdar Cəmiyyətə “YOLUNUZ İŞIQLI OLSUN” demək qalır...

Samirə SƏFƏROVA

Yazı “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ