şənbə günü, 14 noyabr 2026
     

Ali Attestasiya Komissiyasının yeni sədri özündən əvvəlkilərdən çox ağır miras alıb - hansı problemlərin həlli önə çəkilməlidir?

Image


“Yeni sədr təyinatına qədər Ali Attestasiya Komissiyasında mövcud olan qeyri-obyektivliyin, bürokratik əngəllərin, orada çalışan insanların müraciət edənlərlə xoş olmayan rəftarının, eləcə də bir sıra neqativ halların şahidi olmuşam”

 

Elm saxtakarlığı sevmir. Ancaq təəssüflər olsun ki, bir çox hallarda dəxli olmayan insanların özlərini elmə, alim adında peyvənd etdiyini görmək məcburiyyətində qalırıq. Elmə təsadüfi gələn və şan-şöhrət naminə elmi iş yazdırıb “müdafiə edənlərlə” addımbaşı rastlaşırıq.

Heç şübhəsiz ki, bu kimi hallar da daim elmi ictimaiyyəti ciddi narahat edir və elm sahəsinə aid olmayanların müdafiəyə buraxılması ciddi narazılıq doğururdu. Bu sahədə ən diqqət çəkən problemlərdən biri plagiatlıq halları, təkrar mövzuların işlənməsi, müdafiə şuralarında bürokratik əngəllər, iddiaçılardan lazımsız sənədlərin tələb olunması, illərlə diplomların təsdiq edilməməsi, süründürməçilik, elmə aid olmayan adamların elmə gəlməsi və s. kimi neqativ hallar hesab edilirdi.  əslində, hamımıza bəlli məsələlərdir. Bu kimi neqativ halların baş verməsində elmi ictimaiyyət əsasən Ali Attestasiya Komissiyasını tənqid edir, bu qurumun fəaliyyətinin təkmilləşməsinin zəruri olduğunu bildirirlər.

Məlum olduğu kimi Prezident İlham Əliyevin sərəncamı ilə Famil Mustafayev Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, F.Mustafayev 2018-ci il sentyabrın 3-dən bu təyinatadək Prezident yanında Ali Attestasiya Komissiyasının sədri vəzifəsini icra edən sədr müavini olub.

Ali Attestasiya Komissiyasının işində indiyə qədər cəmiyyəti, elmi ictimaiyyəti narazı salan hansı problemlər var? Yeni rəhbərlik əvvəlki rəhbərlikdən nə kimi miras alıb, o mövcud problemləri aradan qaldırmaq üçün nə etməlidir?

  • “Həmin vaxt Ali Attestasiya Komissiyasının fəaliyyətində nöqsanlar olduğu qeyd edilmişdi”

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov mövzu ilə bağlı baki-xeber.com-a bildirdi ki, keçən həftə ölkə başçısı tərəfindən elmi adların və dərəcələrin verilməsi ilə bağlı əsasnamə təsdiqlənib.

“Bunun üstündən qısa vaxt keçdikdən sonra elmi ictimaiyyətin səbrsizliklə gözlədiyi yeni bir sərəncam imzalandı. Bu da elm adamlarının elmi dərəcələrini təsdiq edən Ali Attestasiya Komissiyasına yeni rəhbərin təyin edilməsidir. Düzdür, bir müddət əvvəl Ali Attestasiya Komissiyasında sədr müavini olan Famil Mustafayev sədr əvəzi kimi sədrin funksiyalarını yerinə yetirirdi. Amma bütövlükdə bu təyinata qədər Ali Attestasiya Komissiyasında iki hakimiyyətlilik hökm sürürdü. Çünki orada əvvəlki sədr müavini və sədr əvəzi Vəli Hüseynov da fəaliyyət göstərirdi. Demək olmaz ki, onlar arasında problem yox deyildi. Həmin qurumda faktiki olaraq sədr yox idi. Düşünürəm ki, yeni sədr təyinatı bu sahəyə birbaşa aidiyyəti olan insanın olmasını şərtləndirdi. Keçən il Famil Mustafayev komissiyaya sədr müavini təyin edilərkən onu kollektivə Prezident Administrasiyasının sədri, hörmətli akademik Ramiz Mehdiyev təqdim etmişdi. Həmin vaxt Ali Attestasiya Komissiyasının fəaliyyətində nöqsanlar olduğu qeyd edilmişdi. Ramiz Mehdiyev kimi ciddi bir dövlət adamının bu qurumun fəaliyyətindəki nöqsanları dilə gətirməsi çox ciddi bir mesajdır. Digər tərəfdən, o, böyük bir alimdir, akademikdir. Ramiz Mehdiyevin iradı həm də sıradan bir məmur iradı deyildi, bu bir elm xadiminin, alimin narahatlığı idi. Faktiki olaraq elmdə olan qüsurları bütün elmi ictimaiyyət bilir. Ali Attestasiya Komissiyasının yeni təyinata qədər fəaliyyətində ciddi nöqsanlar, qüsurlar olub. İlk növbədə düşünürəm ki, həm Prezident İlham Əliyevin elmi adların və dərəcələrin verilməsi ilə bağlı əsasnamənin təsdiq edilməsi ilə bağlı müvafiq sərəncamı, həm də Ali Attestasiya Komissiyasına etdiyi yeni təyinat bu sahədə ciddi dönüş yaradacaq. Bu quruma yeni sədrin təyin edilməsi bir sıra gözləntilərin reallaşmasına şərait yaradacaq. Məlumatıma görə, komissiyanın yeni sədri prinsipial adamır, şəffaf insandır. Elmi ictimaiyyətdə onun barəsində müsbət fikirlər mövcuddur. Bilirik ki, ölkəmizdə ciddi islahatlar dövrü başlayıb. Prezident yanında Ali Attestasiya Komissiyası kimi nüfuzlu bir qurum ölkədə alimlərə verilən adların təsdiqini həyata keçirir. Görün, bu nə qədər vacib işi həyata keçirir. Amma bu qurumun fəaliyyətində ciddi qüsurlar olması zaman-zaman qeyd edilib, mətbuatda işıqlandırılıb. Yeni sədr təyinatına qədər Ali Attestasiya Komissiyasında mövcud olan qeyri-obyektivliyin, bürokratik əngəllərin, orada çalışan insanların müraciət edənlərlə xoş olmayan rəftarının, eləcə də bir sıra neqativ halların şahidi olmuşam. Bunu təkcə mən deyil, bütün elm adamları müşahidə edib. Əlbəttə, bu kimi göstəricilər bu quruma yaraşan hərəkətlər olmasa da, orada çalışanlar bunu açıq şəkildə sərgiləyirdilər. Təəssüflər olsun ki, bu kimi hallar mövcud olub. Bilirsiz ki, Azərbaycan elmi ilə bağlı ölkənin siyasi rəhbərliyinin - Prezidentinin, Birinci vitse-prezidentinin mövqeyi birmənalıdır. Ölkənin siyasi rəhbərliyi eyni zamanda Azərbaycanı bir elm ölkəsi kimi görmək istəyir. Bunu da alimlər, elm adamları təmin etməlidir. Bunun üçün də elmin fəaliyyət istiqamətlərində təmizlik, şəffaflıq olmalıdır, elmə təsadüfi insanlar gəlməməlidir. Onların qarşısını Ali Attestasiya Komissiyası almalı idi. Amma təəssüflər olsun ki, bu qurum üzərinə düşən işin öhdəsindən gələ bilmədi. Ali Attestasiya Komissiyasına rəhbərlik etmiş, mərhum akademik Arif Mehdiyev rəhmətə getdikdən sonra Ali Attestasiya Komissiyasına rəhbərlik Vəli Hüseynova tapşırılmışdı. Onun rəhbərliyi dövründə Ali Attestasiya Komissiyasında çox ciddi nöqsanlar meydana gəldi, bu da açıq-aşkar görünürdü. Sədr əvəzi kifayət qədər insanlarla kobud və acı davranırdı. Onun digər qüsurları da vardı. Elmdə plagiatlıq halları mövcuddur, bu gizlədilməli faktlar deyil. Təsadüfi adamların müdafiəyə buraxılması Ali Attestasiya Komissiyasına yaraşmayan hallar olub. Onu da qeyd edim ki, müdafiə şuralarının fəaliyyətində də ciddi nöqsanlar vardı. Halbuki müdafiə şuralarını formalaşdıran qurum Ali Attestasiya Komissiyasıdır. Müdafiə Şuralarında təmsil olunan ekspertlərlə bağlı ciddi ittihamlar vardı. Çünki nöqsan olmayan yerdə ittiham olmur” - İ.Orucov deyib.

  • “Bu sahədə ciddi işlər görülməli, islahatlar həyata keçirilməlidir”

İ.Orucov qeyd etdi ki, müdafiə şuralarında mövcud olan nöqsanları səsləndirənlər, gündəmə gətirənlər təsadüfi adamlar olmayıb, onlar ciddi elm adamları olub. Son illər ölkəmizdə elmi kadrlarla bağlı bir sıra problemlərin ortaya çıxdığını deyən İ.Orucovun sözlərinə görə, Azərbaycanda elmi məktəblərin dağılması, məhv olması da ciddi problem yaradıb: “Bütövlükdə Azərbaycan elmi geridə qalır. Halbuki elmi fəaliyyət ölkədə gedən inkişafın önündə getməli, bu inkişafın lokomativi olmaldır. Amma əslində elm heç bu inkişaf qatarının axırıncı vaqonu da deyil”.   

İ.Orucov hesab edir ki, Ali Attestasiya Komissiyasının yeni sədri mövcud sahədə olan qüsur və nöqsanların aradan qaldırılması üçün çox ciddi işlər həyata keçirməlidir. Onun sözlərinə görə, bu sahədə saysız qüsurların olması alimləri narahat edir. İ.Orucov qeyd etdi ki, Ali Attestasiya Komissiyası ilə yanaşı elm və ali təhsil qurumları da öz fəaliyyətlərində ciddi dönüşlər etməlidirlər.

“Əminəm ki, ölkə başçısının Ali Attestasiya Komissiyasına etdiyi yeni təyinat müsbət istiqamətdə öz bəhrəsini verəcək. Ali Attestasiya Komissiyasının fəaliyyətində ciddi dönüşlər olacağını gözləyirik. Bu sahədə ciddi işlər görülməli, islahatlar həyata keçirilməlidir. Çünki Komissiyanın fəaliyyətində son illər mövcud olan nöqsanların yeni rəhbərlik tərəfindən aradan qaldırılması çox vacibdir, bunun Azərbaycan elminin inkişafına böyük faydası dəyər. Təsadüfi adamların elmə gəlməsinin qarşısı alınmalıdır. Hesab edirəm ki, yeni rəhbərlik bu məsələni nəzarətə götürəcək. Əvvəlki rəhbərlikdən yeni rəhbərliyə həlli vacib olan bir sıra problemlər miras qalıb ki, onların həlli istiqamətində addımlar atılmalıdır. Ali Attestasiya Komissiyasının rəhbərindən elm adamları bu sahədə şəffaflığın təmin olunmasını, təsadüfi adamların elmə gəlməsinin qarşısını almasını gözləyirlər. Çünki bu çox vacibdir” - deyə İ.Orucov bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ