16/07/2019 13:06
728 x 90

Deputat Əhliman Əmiraslanov iyunun 28-dək Koreyada səfərdə olacaq

Azərbaycan və Koreya arasında səhiyyə sahəsində əməkdaşlığın artırılması məsələləri müzakirə ediləcək

img

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Koreya Milli Assambleyasının Səhiyyə və Rifah Komitəsinin dəvətilə iyunun 22-də Koreyanın paytaxtı Seulda səfərdə olacaq.

Məclis Aparatından “Trend”ə verilən məlumata görə, səfər müddətində millət vəkili bir sıra görüşlər keçirəcək, səhiyyə və rifah komitəsinin üzvləri ilə iki ölkə arasında səhiyyə sahəsində əməkdaşlığın daha da artırılması məsələlərini müzakirə edəcək.

Görüşdə tərəflər dostluq əlaqələrinin genişləndirilməsi və digər məsələləri də diqqət mərkəzində saxlayacaq.

Səfər iyunun 28-də başa çatacaq.

Son xəbərlər