şənbə günü, 14 noyabr 2026
     

Dilimizin internet bazası bərbad gündədir - istənilən mətni internet-poliqlotun tərcüməsinə verin və baxın...

Image


“Bu proqramın olmamasının nəticəsidir ki, dilimizin başqa dillərlə rəqabət prosesinə qoşulması ləngiyir, dilimizin imkanları üzə çıxa bilmir”

 

Son zamanlar Azərbaycan dilinin işləkliyinin təmin olunması ən vacib məsələlərdən biri kimi gündəmdədir. Dilimizin işləkliyi müəyyən sferalarda təmin edilsə də, elektron qaydada təmin edilməsi sahəsində ciddi problem mövcuddur. İnternet resurslarında Azərbaycan dilinin işləkliyi, demək olar ki, çox zəifdir. Biz bunu daha çox tərcümə proqramlarının yarıtmaz vəziyyətdə olmasında müşahidə edirik. İstənilən dildən Azərbaycan dilinə hansısa bir mətni tərcümə etmək mümkünsüzdür. Eləcə də Azərbaycan dilindən mətnləri xarici dillərə çevirməkdə ciddi qüsurlar mövcuddur.

Bu da ondan irəli gəlir ki, Azərbaycan dili internet resurslarında oturmayıb. Bu sistemin yoxluğu, yaxud zəifliyi bir sıra ciddi çətinliklərin meydana gəlməsinə səbəb olur. Dilimizin internet, daha dəqiq desək, elektron bazasının formalaşdırılmaması nəticəsində biz onun imkanlarını tam olaraq göstərə bilmirik.  

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın bəndlərindən biri Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun inkişafı­, qorunması, elektron məkanda daha geniş istifadəsi və ölkədə dilçiliyin in­ki­şaf etdirilməsi mexanizminin yaradılması ilə bağlıdır. Lakin indiyə qədər bu məsələ öz həllini tapmayıb. Nə əlaqədar rəsmi qurumlar, nə də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu tərəfindən bu istiqamətdə addımlar atılıb.

Dilimizin başqa dillərlə rəqabətə davam gətirməsi üçün Azərbaycan dilinin elektron bazasının formalaşdırılması zəruridir. Qeyd etdiyimiz kimi, buna qanunvericilik səviyyəsində şərait yaradılsa da, konkret olaraq mexanizm olsa da, işin icrası ləngiyir. Bunun müqabilində də biz çox şey itiririk. İngilis dilində olan bir mətni rusdillilər asanlıqla rus dilinə çevirib ondan istifadə edirlər, biz isə bunu edə bilmirik.

  • “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu prosesin həyata keçirilməsi işinə başlamalıdır”

Azərbaycan Dövlət Pedoqoji Universitetinin kafedra müdiri, tanınmış dilçi-alim, professor Buludxan Xəlilov “Bakı-Xəbər”ə sözügedən sahədə problemin mövcudluğunu, onun aradan qaldırılmadığını təəssüflə qarşıladığını bildirdi. “Bu sahədə təəssüf ki, ciddi problem mövcuddur. Bu da onunla bağlıdır ki, Azərbaycan dili proqramı tam olaraq sistemdə oturdulmalıdır. Azərbaycan dili proqramı internet resurslarına oturmalıdır. Beynəlxalq dillərə nəzər salsaq görərik ki, bir dilə aid material o biri dilə asanlıqla tərcümə edilir. Bu da ondan irəli gəlir ki, həmin dillər internet resurslarında proqramlaşdırılıb. Ancaq Azərbaycan dili proqramlaşdırılmayıb. Ona görə də Azərbaycan dilində olan mətnlərin başqa dillərə çevrilməsində, eləcə də başqa dillərdəki mətnlərin Azərbaycan dilinə tərcümə edilməsində ciddi problemlər yaranır. Azərbaycan dilinin işləkliyinin təmin edilməsi ilə bağlı proqram yoxdur. Bu proqramı yaratmaq lazımdır. Fikrimcə, bu istiqamətdə xüsusi bir proqram, layihə hazırlanmalıdır ki, internet resurslarında Azərbaycan dili otura bilsin. Bu sahədə dünya təcrübəsi var. Uzun illərdir biz bu cür söhbətləri eşidirik, hətta bununla bağlı iradlar da bildirilir. Bəzən çoxları Azərbaycan dilinin işləkliyinin təmin edilməsi ilə bağlı internet resurslarının olmamasına görə dilçiləri ittiham edirlər. Bir qisim insana elə gəlir ki, bu işi Dilçilik İnstitutu, yaxud dilçilər həyata keçirməlidirlər. Əslində isə belə deyil. Azərbaycan dili proqramının yaradılması, internetdə yerləşdirilməsi, Azərbaycan dilindən başqa dillərə, başqa dillərdən də Azərbaycan dilinə tərcümələrin həyata keçirilməsi dilçilərin problemi deyil. Bu, birbaşa aidiyyəti qurumların işidir ki, bunu onlar həyata keçirməlidirlər” - deyə B.Xəlilov qeyd etdi.

B.Xəlilovun sözlərinə görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu işlə məşğul olmalıdır. Onun fikrincə, sözügedən nazirlik dilçilərin də iştirakı təmin olunmaqla xüsusi proqram işləyib hazırlamalıdır. “Bu nazirlik öz mütəxəssislərini bu sahəyə yönəltməlidir və Azərbaycan dili proqramını hazırlayıb internet resurslarında oturtmalıdır. Bu proqramın olmaması bizim bir sıra sahələrdə geridə qalmağımıza səbəb olur. Bu proqramın olmamasının nəticəsidir ki, dilimizin başqa dillərlə rəqabət prosesinə qoşulması ləngiyir, dilimizin imkanları üzə çıxa bilmir. Bu gün dil ancaq yazı-pozu, kitab üzərində qorunmur, təbliğ edilmir, internet resursları üzərində də inkişaf edir. Hazırda internet resursları daha aktivdir. Biz bu prosesə qoşulmadıqca geridə qalırıq. Biz bu sahədə çox geridəyik və bunu qeyd edənlər çoxdur. Hətta mən bir dəfə tələbələrimi internet resurslarında bu sahədə iş görmələri üçün topladım, amma gördüm ki, işi həyata keçirmək tələbə işi deyil. Açığı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi  bu prosesin həyata keçirilməsi işinə başlamalıdır, eyni zamanda da bu işə dilçiləri də cəlb etməlidir ki, dillə bağlı problem çıxanda onların köməyindən istifadə etsin. Ancaq təəssüflər olsun ki, bu sahədə heç bir iş görülmür. Bilirsiniz ki, Prezident tərəfindən imzalanan “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda maddələrdən biri internet resurslarına Azərbaycan dilinin tətbiqi məsələsidir. Dilimizi internet resurslarında tətbiq etməklə Azərbaycan dilinin müasir imkanlarından istifadə etmək əsas işdir. Bu işə nazirlik kompyuter mütəxəssislərini, proqramçıları cəlb etməlidir ki, bu sahədə bir sistem yaradılsın. Bununla bağlı bir komissiya da yaradıla bilər. Bu iş kompleks yanaşma tələb edir”.  

B.Xəlilovun bildirdiyinə görə, bu proqram hazırlandıqdan sonra onun təqdimatı olmalıdır. Professor Xəlilovun sözlərinə görə, proqram hazır olduqdan sonra o müxtəlif sahələrə tətbiq edilməklə onun sınağı keçirilməlidir. Eksperiment yolu ilə tətbiq edildikdən sonra bu sistem bir qədər də təkmilləşdirilməlidir. “Bu prorqam müasir tələblərə uyğun şəkildə hazırlanmalıdır. Bu proqramda şrift, qrafika məsələləri də var. Bunu dilçilərdən öyrənə bilərlər. Ümumiyyətlə, bu məsələ ciddi müzakirə edilməlidir. Ancaq təəssüflər olsun ki, bu istiqamətdə bir dəfə də olsun müzakirə olmayıb. Ən azından, bu məsələ Prezident sərəncamında yer alıb. Bu mövzuda ciddi müzakirələr açılmalı, fikir mübadiləsi aparılmalıdır” - deyə alim bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ