şənbə günü, 14 noyabr 2026
     

Artıq piyin götürülməsi əməliyyatında daha bir qadın ölümü…

Image


“Gözəllik qurban tələb edir” düşüncəsi ilə bəzi qadınlar öz həyatlarını görünüş xatirinə risqə atırlar. Söhbət bəzən estetik əməliyyatların ölümlə nəticələnməsindən gedir.

Artıq çəki problemi yaşayan xanımlar bəzən bu məsələni əməliyyat yolu ilə həll etməyə çalışırlar. Hazırda  bir çox gənc qız və qadınların üz tutduğu qarın piylərinin liposaksiyası əməliyyatı ölüm təhlükəsi yüksək olan əməliyyatlardandır.

Əgər əvvəllər şou-biznes nümayəndələri, sənətçilər estetik əməliyyatlara müraciət edirdilərsə, hazırda sadə insanlar, hətta az imkanlı şəxslər də buna maraq göstərir. İnsanlar keçirəcəyi estetik əməliyyatların onlara həyatı bahasına başa gələcəyini, ölüm risqini bilə-bilə, yenə də bu addımı atırlar. Heç də gizlin deyil ki, estetik cərrahiyyə inanılmaz dərəcədə inkişaf etsə belə, hər zaman təhlükəlidir. Çünki mütəxəssislər dəfələrlə bildirirlər ki, istənilən cərrahiyyə əməliyyatının ölüm risqi var. Belə ki, xəstədə hər hansı sistematik problem yoxdursa, ölüm risqi 10 min nəfərdən birində və ya ikisində özünü göstərə bilər. Xəstənin qan, ürək, diabet, revmatizm, damar kimi xəstəlikləri və ya uşaqlıqdan gələn bir anormallığı varsa, bu da təhlükə yarada bilər.

Məlumat üçün bildirək ki, dünyada ən çox müraciət edilən plastik əməliyyat “ritidektomiya”, sifət və boyun dərisinin dartılması əməliyyatıdır. Bu əməliyyat növü ötən əsrin əvvəllərində Avropada yaranıb, lakin uzun müddət gizlin saxlanıb.

“Liposaksiya” - bel, yan, qarın, əl, boyun və digər hissələrdəki artıq piylər üçün nəzərdə tutulan əməliyyat növü də dünyada geniş yayılmağa başlayıb. Bu əməliyyat ilk dəfə 20 il əvvəl Fransada yaranıb.

Araşdırmalar zamanı məlum olub ki, ölkəmizdə ən çox müraciət edilən plastik əməliyyat “rinoplastik” burun əməliyyatıdır. Bununla yanaşı, son zamanlar “liposaksiya” əməliyyatı da geniş yayılıb.

Estetik əməliyyatlarla arıqlamaq, istədiyi bədən formasına sahib olmaq istəyi insanlar arasında geniş yayılıb. Bu üsulla qısa müddətdə qalıcı nəticə əldə etmək mümkün olduğu üçün, xüsusən qadınlar piylərini liposaksiya metodu, piy sovurma ilə kənarlaşdırmağa üstünlük verirlər.

Ancaq son vaxtlar təhlükəsiz kimi bilinən, təqdim olunan liposaksiya proseduru bir çoxlarının həyatına son verib. Təkcə Azərbaycanda hələ mətbuata məlum faktlar il ərzində 4-5 nəfəri keçir.

Həkimlər bu əməliyyatın xəstənin həyatı üçün təhlükəsiz olduğunu bildirsələr də, fakt faktlığında qalır.

Bir neçə həftə öncə "Baku Medical Plaza”da liposaksiya əməliyyatı keçirən, özü də həkim-ginekoloq olan Sona Gürgün Vəliyeva gözəlliyin qurbanı oldu.
Növbəti xoşagəlməz hadisə Avrasiya Hospitalında baş verib. Azərbaycan Dövlət Tibb Universitetinin müəllimi, pediatr Sədaqət Şahsuvarova liposaksiya əməliyyatından 4 gün sonra həyatını itirib. Onun əməliyyatı plastik cərrah Vüqar Ələkbərov tərəfindən həyata keçirilib. Cərrah açıqlamasında pasiyentin ölümündə günahkar olmadığını bildirib.

  • Bəxtiyar Qəhrəmanov: “… bu problemlər köhnə model aparatlarla edilən əməliyyatlarda müşahidə edilir”

Son zamanlar liposaksiya əməliyyatının qurbanlarının sayının nə səbəbdən artdığını öyrənmək məqsədilə plastik-estetik cərrah Bəxtiyar Qəhrəmanova müraciət etdik. Cərrah qeyd etdi ki, liposaksiya əməliyyatının həyata keçirildiyi cihazlar son illər çox təkmilləşib və uğurun yarısı da bu cihazlardan asılıdır: “Bu cihaz dəri altındakı piy toxumasını əridib, maye halına salaraq sovurub çıxarır. Həmin piy kütləsi yenidən işlənərək, bədənin müəyyən nahiyələrinə yeridilərək şəkilləndirilir.

Prosedur zamanı yaranan piy və ağciyər emboliyası xəstənin həyatına son qoya bilər. Əslində, sadalanan bu problemlər köhnə model aparatlarla edilən əməliyyatlarda müşahidə edilir. Bu zaman aparat piy toxumasını zədələyir, qan dövranını pozur, piy parçası qan damarlarına düşərək tənəffüs yollarını tutur, xəstənin vəfat etməsinə gətirib çıxarır.

Lakin son model liposaksiya aparatları təhlükəsiz hesab edilir. Çünki bu aparatlar sensorlarla təchiz olunub. Əməliyyat zamanı aparatın ucu yalnız piy toxumasına toxunduqda işləyir. Damar, əzələ, sümük və digər toxumaya çatdıqda aparat sönür, yəni fəaliyyətini dayandırır. Bu isə əməliyyat zamanı yaranan bütün risqləri aradan qaldırır, həkimin səhv etməsinin də qarşısını alır. Son model liposaksiya aparatı ilə edilən əməliyyat zamanı ölüm risqi demək olar ki, sıfıra enir.

Məlumat üçün bildirim ki, xəstənin həyatı üçün təhükəsiz olan son nəsil liposaksiya aparatları Bakı şəhərində cəmi iki klinikada mövcuddur, eləcə də mən bu aparatla əməliyyat edirəm. Ola bilər, bir çox həkim xəstələri inandırmaq üçün qeyd etsin ki, son model məndədir. Amma yoxlamaq, dəqiqləşdirmək lazımdır.

Bu aparatla piylər çıxarılan nahiyədə dəri sallanmaları da müşahidə edilmir. Əməliyyat zamanı əridilərək toplanan piy yenidən işlənələrək, hazır hala gətirilib pasiyentin istəyinə uyğun olaraq bədəninin müxtəlif nahiyələrinə yeridilir.

Bədən şəkilləndirmə zamanı ən çox qarın, qol və bud nahiyəsindən alınan piy sağrı, süd vəzi, hətta dodaq kimi hissələrə əlavə edilir. Beləliklə də pasiyentin öz piylərindən ona yeni forma verilir.

Prosedurdan sonra əməliyyat olunan pasiyent istədiyi bədən quruluşuna qovuşmaq üçün bir sıra korreksiyalar da etdirməlidir. Yalnız bundan sonra əldə edilən bədən forması bütün ömür boyu şəklini qoruyur".

B.Qəhrəmanov onu da vurğuladı ki, liposaksiya üçün hər hansı qadağa yoxdur. Yaş məhdudiyyəti qoyulmayıb, xəstəliklər də əks göstəriş deyil. Hətta şəkər xəstələrinə də olar. Bir sözlə, kimin ehtiyacı varsa, bu əməliyyatdan keçə bilər.

  • Adil Qeybulla: “Bu cür ciddi əməliyyatı qeyri-peşəkar həkimə etibar etmək olmaz”

Professor, tibbi ekspert Adil Qeybulla qeyd etdi ki, liposaksiya həyata keçirən həkim bu sahənin mütəxəssisi olmalıdır: “Bu cür ciddi əməliyyatı qeyri-peşəkar həkimə etibar etmək olmaz. Əməliyyat sırasında ölüm risqi bu proses üçün xarakterikdir. Liposaksiya əməliyyatında qorxulu məqamlardan biri tromb-embaliya risqidir. Bir də bəzən götürülən piyin miqdarı bədən çəkisi ilə uyğun gəlmir. Bu halda da əməliyyat ciddi fəsadla nəticələnə bilər. Əməliyyatdan əvvəl həmin şəxs həkim tərəfindən müayinə edilməlidir. Bədəndə hemoqlabinin və qanın səviyyəsi aşağıdırsa, həmçinin, qanda laxtalanma yüksəkdirsə, liposaksiya əməliyyatı həyata keçirmək olmaz”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ