şənbə günü, 14 noyabr 2026
     

Elmi adların verilmə prosedurlarında Prezidentin sadələşdirmə sərəncamı necə qarşılandı…

Image


Azərbaycanda elmin inkişafı, elm adamlarının elmə bağlanması, bu sahədə nəticələr əldə etməsi üçün dövlət tərəfindən ciddi dəstək göstərilir. Ümumiyyətlə, ölkəmizdə həqiqi elmlə məşğul olan insanların sayı kütləvi olmasa da, bu sahədə ciddi fəaliyyətləri ilə diqqəti çəkənlər də yox deyil. Lakin bir çox hallarda həqiqi elmlə məşğul olan adamların elmi iş müdafiə etməsi, elmi dərəcə alması elə də asan başa gəlmirdi. Bir tədqiqatçının elmi iş müdafiə etməsi və elmi dərəcə alması bəzən illər çəkirdi. Bəzən insanlar elmi iş müdafiə etsələr də, elmi dərəcə, ad alması müəyyən qurumların süründürməçiliyi ucbatından çətinliklər hesabına başa gəlirdi.

Artıq bu sahədə mövcud çətinliklərin, maneələrin aradan qaldırılması istiqamətində dövlət tərəfindən konkret iradə ortaya qoyulub. Məlum olduğu kimi, bu günlərdə Prezident İlham Əliyevin elmi adların və dərəcələrin verilməsinə dair təsdiq etdiyi əsasnamələrlə Azərbaycanda elmi adların və dərəcələrin verilməsi prosedurları sadələşdirilib, artıq maneələr aradan qaldırılıb.

Elmi adların və dərəcələrin verilməsi qaydalarının sadələşdirilməsinin əhəmiyyəti nə olacaq? Bu proses təsadüfi şəxslərin elmi ad və dərəcələr almasına şərait yarada bilərmi?

  • İlqar Orucov: “Fikrimcə, bizim universitetlər hələ proseduru reallaşdırmaq səviyyəsində deyillər və bu fəaliyyəti universitetlərə həvalə etsək, daha ciddi problemlər ortaya çıxacaq”

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov mövzu ilə bağlı “Bakı-Xəbər”ə bildirdi ki, müvafiq qurumlar bu məsələ ilə bağlı sənədi daha tez hazırlayıb təqdim etməliydilər. İ.Orucovun sözlərinə görə, elmi adların verilməsini həyata keçirən Ali Attestasiya Komissiyasının Sovet dövründən qalan sistemlə fəaliyyət göstərməsi özünü zərərli

tendensiyalarla büruzə verirdi: “Elmi adların verilməsində olan problemlərin nədən ibarət olduğunu zaman-zaman dilə gətirirdik. Atılan addımı bu istiqamətdə bir dönüş hesab edirəm. Bu sahədə çox ciddi problemlər var. Plagiatlıq halları, təkrar mövzuların işlənməsi, müdafiə şuralarında bürokratik əngəllər, iddiaçılardan lazımsız sənədlərin tələb olunması, illərlə diplomların təsdiq edilməməsi, süründürməçilik, elmə aid olmayan adamların elmə gəlməsi və s. kimi neqativ hallar, əslində, hamımıza bəlli məsələlərdir. Ölkə Prezidenti İlham Əliyev tərəfindən həm elmlə, bütövlükdə, elmi kadrların hazırlanması ilə bağlı görülən işlərlə Ali Attestasiya Komissiyası ayaqlaşa bilmir. Onun nəticəsidir ki, elmi kadr hazırlığı ilə bağlı bu qədər problemlər ortaya çıxır. Hesab edirəm ki, yeni sənədin qəbul olunması bu istiqamətdə olan problemlərin aradan qaldırılmasına və sözün yaxşı mənasında, Ali Attestasiya Komissiyasının fəaliyyətində bir dönüşə gətirib çıxaracaq”.

  • “Bunun fərqində olmaq, məsuliyyətin dərəcəsini hiss etmək lazımdır”

Bu sahədə təəssüf ki, bir sıra problemlərin olduğunu deyən İ.Orucov hesab edir ki, Ali Attestasiya Komissiyasının işində xeyli problem ortaya çıxıb. “Hətta Ali Attestasiya Komissiyası kimi mötəbər qurumda işləyən kadrlar o qədər kobud və qaba adamlar idilər ki, sanki, dövlətin bu idarəsi onların dədələrinin şəxsi müəssisəsi idi. Bura müraciət edənlər ölkənin, cəmiyyətin elitar təbəqəsidir, alim olmağa iddia edənlər, alimlərdir. Bu cür müəssisələrin fəaliyyəti, əslində, nümunə, orada çalışanların vicdanı təmiz, şəxsiyyəti kristal olmalıdır. Nəzərə alsaq ki, status baxımından da bu qurum xeyli ali bir təşkilatdır, adının əvvəlində ölkənin birinci şəxsinin yanında yazılması təsadüfi deyil. Bunun fərqində olmaq, məsuliyyətin dərəcəsini hiss etmək lazımdır. Bu gün məmurların böyük əksəriyyət adlarının qarşısında “fəlsəfə doktoru” yazılmasının arzusundadır və bununla bağlı çox ciddi problemlər var. Yaxud Milli Məclis üzvlərinin böyük əksəriyyəti deputat seçildikdən sonra müdafiə edir, alimlik dərəcəsi və elmi ad alır. Bu insanların faktiki zamanı yoxdur, onsuz da üzərilərinə düşən yük də kifayət qədərdir. Əvvəldən elmdə olan insanlar var ki, onlar siyasi və ictimai fəaliyyətə elmi fəaliyyətdən sonra başlayıblar. Əlbəttə, onların elmi ad almaları haradasa başadüşüləndir. Amma məmur və ya deputat olan kimi alim olmaq nə deməkdir? İqtisadiyyat İnstitutunun tanınmış və həqiqəti deyən bir direktoru var idi. Mən indi ad çəkmək istəmirəm.

Həmişə deyirdi ki, biznesmenlər, bankirlər və məmurların əlindən bezmişəm. Qapıdan qovursan, pəncərədən girirlər və hamısı da alim olmaq istəyir. Sual olunur: onlar nə vaxt elmə vaxt ayırırlar, necə müdafiə edirlər? Acınacaqlı hal odur ki, bu kimi adamlar bütün ailə üzvlərini də “alim” edirlər, məşhur filmdə deyildiyi kimi, adlarını elmə calaq edirlər. Əslində, bu hal elmə böyük bir zərbədir, bu, elmi ələ salmaqdır. Ali Attestasiya Komissiyası bu cür hallara qarşı ciddi mübarizə aparmalı idi. Elmi kadrların vəziyyətinin bu səviyyəyə düşməsi ciddi problemdir və bu prosesdə AAK-ın günahı danılmazdır. Dünyada bu gün elm və texnologiyalarsız inkişaf mümkün deyil. Ölkəmizin ali rəhbəri hər zaman çıxışlarında ifadə edir ki, inkişaf etmiş ölkələrin firavan həyatını təbii resurslar deyil, insan kapitalı və yeni texnologiyalar şərtləndirir. Yeni texnologiyaları yaradan elmi kadrlardır. Deməli, cənab Prezident elm və elmi-texniki siyasəti həyata keçirən icraçı orqanlara mesaj verir, çağırış edir, ölkəmizin bilik iqtisadiyyatına malik dövlətlərdən olmasını arzulayır. Deməli, elmin inkişafına, elmi kadrların hazırlanmasına yönəlmiş siyasi iradə mövcuddur. Yetər ki, aidiyyəti məsul şəxslər bu mesajların məsuliyyətini dərk edərək üzərilərinə düşən işləri yerinə yetirsinlər. Amma reallıq onu sübut edir ki, Azərbaycanda bu sahədə ciddi geriliklər var. Bu sahədə Ali Attestasiya Komissiyasının görəcəyi işlər çoxdur. Prinsipiallıq mütləq gözlənilməlidir, Komissiyada tapşırıqlar və neqativ hallar olmamalıdır. Bir neçə il öncə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev “İctimai və humanitar elmlər: zamanın kontekstində” adlı məqalə ilə konkret nöqsanları ortaya qoydu. Fikirləşirdik ki, dönüş olacaq. Amma oldumu? Olmadı və yeni-yeni nöqsanlar ortaya çıxdı. İndi AAK-ın rəhbərliyi də yenilənib və arzu edirəm yeni rəhbərlik ölkəmizin, xalqımızın gələcəyi naminə problemləri həll etsin”.

  • “AAK-ın olması, bu strukturun saxlanması hələ ki, lazımdır”

İ.Orucov qeyd etdi ki, dövlət elmin inkişafı üçün kifayət qədər iş görür, amma elmə rəhbərlik edən şəxslər, məsul adamlar da öz üzərinə düşən vəzifənin məsuliyyətini dərk etməlidirlər: “Elmimiz cənab Prezidentin həyata keçirdiyi islahatlara uyğun formada inkişaf etsin, görüntü xarakterli olmasın, elmi kadrlarımız bu islahatlara təkan verə bilsinlər. Artıq hüquqi baza da yenilənib və ümid edirəm ki, ölkə başçısının bu istiqamətdə imzaladığı sənədlərin məsuliyyətini dərk edən məsul şəxslər işin müsbət tərəfə inkişafına nail olacaq, son dövrlərdə Ali Attestasiya Komissiyası ətrafında formalaşmış və bu quruma yaraşmayan söz-söhbətin aradan qaldırılmasına nail olacaqlar. Bir çox ekspertlərdən fərqli olaraq, mən o fikirdəyəm ki, bizim ölkəmizdə AAK-ın olması, bu strukturun saxlanması hələ ki, lazımdır. Baxmayaraq ki, qurum SSRİ-dən miras qalıb, keçmiş sovet respublikalarından olan müstəqil dövlətlər istisna olmaqla, elmtutumlu ölkələrdə bu tip qurumlar yoxdur və elmi dərəcələrin verilməsi prosedurunu universitetlər həyata keçirirlər. Fikrimcə, bizim universitetlər hələ proseduru reallaşdırmaq səviyyəsində deyillər və bu fəaliyyəti universitetlərə həvalə etsək, daha ciddi problemlər ortaya çıxacaq. Ona görə də fikirləşirəm ki, AAK-ın saxlanması, lakin, onun işinin təkmilləşdirilməsi lazımdır. Hesab edirəm cənab Prezidentin “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Fərmanı da buna hədəflənib” - deyə İ.Orucov bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ