10/12/2019 03:21
728 x 90

Gəncə polisi talassemiya xəstələri üçün qan verdi - FOTO

img

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə,  B.Ə.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı və Gəncə şəhər Səhiyyə İdarəsinin təşkilatçılığı ilə “Qan ver, yaşat!” devizi ilə gerçəkləşən humanist aksiyada Şəhər Baş Polis İdarəsinin və tabeli qurumlarının şəxsi heyəti fəal iştirak edib.

Onlar bu kimi xeyriyyə tədbirlərinin keçirilməsini təqdirəlayiq hesab etməklə, xəstə insanların heç də cəmiyyətdən kənarda qalmadıqlarını nümayiş etdiriblər. Bu aksiyaya qoşulmağın səhhəti imkan verən hər bir insanın vətəndaşlıq borcu olduğunu bildiriblər.

Polis əməkdaşları əvvəlcə tibbi müayinədən keçirilib, sonra isə qan vermək üçün masalara yaxınlaşıblar.

Qeyd edək ki, yığılmış qan Mərkəzi Qan Bankına təhvil veriləcək və talassemiya xəstəliyindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

Baki-xeber.com

Son xəbərlər