22/10/2019 08:19
728 x 90

Yol polisi "Son zəng"lə bağlı məzunları maarifləndirdi – Sumqayıtda...

img

Sumqayıt şəhər Dövlət Yol Polisi şöbəsinin əməkdaşları məktəblərdə məzunlarla görüşlər keçirib.

Baki-xeber.com-un xəbərinə görə, 11 nömrəli məktəbdə keçirilən maarifləndirici tədbir zamanı çıxış edən Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı, Polis Baş leytenantı Elçin Qasımov məzunları təbrik edib. Bildirib ki, “Son zəng” günü məzunlar valideynlərinin və yaxın qohumlarının avtomobillərini götürərək sürməsinlər. “Bu sizin həyatınız üçün təhlükəlidir. Başa düşürük ki, bu gün sizin sevinci günününzdür. Amma həm qanunla bu qadağandır, həm də xoş gününüz pozula bilər. Ani bir qəza sizin bu sevincli gününüzü kədərə çevirər.”

Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin təbliğat-təşviqat üzrə inspektoru, Polis Baş leytenantı Fərid İldırımzadə çıxışında bildirib ki, artıq şəhərdəki bütün məktəblərin önünə yol polisi tərəfindən hazırlanmış 4 bənddən ibarət xəbərdaredici məlumatlar vurulub. “Bu həm də valideynlər üçün tövsiyədir. Övladlarının təhlükəsizliyi üçün, xüsusilə “Son zəng” günü onlara nəzarət etsinlər.”

Tədbirdə məzunları yol-hərəkəti ilə bağlı maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər